Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə18/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

Bildirişlər


1. Quran başdan-başa haqdır və istənilən bir batildən qorunmuşdur.

2. Quran həzrət Peyğəmbərin (s) dövründə də yazılı şəkildə olmuşdur.

3. Quran digər səmavi kitabların üsulunu hifz edir.

4. Kitab əhli arasında Quranla hökm etmək olar.

5. Rəhbərləri hədələyən təhlükə xalqın istəklərinə meyl edib haqqı görməməzliyə vurmaqdır.

6. İlahi sınaq vasitələrindən biri yeni şəriətin gəlməsidir. Bu vaxt kimi iman gətirir, kimi küfrə batır və təəssüb göstərir.

7. Bəşəriyyət tarix boyu peyğəmbərlərin göstərişinə ehtiyaclı olmuşdur.

8. Mənfi sərtliklər yerinə, fürsət əldən çıxmamış, xeyir işlərdə önə keçməyə çalışaq.

9. Müsabiqələrin mehvəri və məqsədi xeyir və mənəvi işlər olmalıdır.

10. Məada etiqad ixtilafların aradan qaldırılması və yaxşılıqlara meyl səbəbidir.


49. ﴿وَأَنِ احْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللّهُ إِلَيْكَ فَإِن تَوَلَّوْاْ فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ

Onların arasında Allahın nazil etdiyi ilə hökm et və onların nəfs istəklərinə tabe olma. Həzər qıl ondan ki, səni Allahın nazil etdiklərinin bəzisində azdırmasınlar. Əgər onlar (sənin hökm və mühakiməndən) üz döndərsələr, bil ki, Allah onları bir sıra günahlarına görə cəzalandırmaq istəyir. Şəksiz, xalqın çoxu günah əhlidir.”


Nöqtələr


◘Ayədə “yəftinukə” sözü ilə ifadə olunmuş fitnə İslam peyğəmbərini azdırmaq üçün həyata keçirilən qurğulara işarədir.

◘Ayənin nazil olma şəni haqqında deyilir: Bəzi yəhudi alimləri həzrət Peyğəmbərə (s) dedilər: ”Əgər bizimlə başqaları arasında olan ixtilaflı məsələdə xeyrimizə hökm versən, iman gətirərik və bizim ardımızca bütün yəhudilər iman gətirər.” Ayə nazil oldu və Peyğəmbər (s) bu fitnədən xəbərdar edildi.


Bildirişlər


1. Mühakimə peyğəmbərlik şənindəndir.

2. Mühakimə və hakimiyyətin əsasını ilahi qanunlar təşkil edir.

3. İslam peyğəmbərinin müsəlmanlardan əlavə, yəhudilər və məsihilər üzərində də hakimiyyəti var.

4. Mühüm və həyati məsələlərdə xatırlatmanın təkrarı zəruridir. (“Yalnız Allahın hökmü ilə mühakimə yürüt və xalqın nəfs istəklərinə tabe olma” buyuruğu bu və bundan qabaqkı ayədə təkrarlanmışdır.)

5. Xalqın nəfs istəklərinə meyl qazı və hakim üçün böyük təhlükələrdəndir.

6. İlahi xatırlatmalar peyğəmbərlərin paklıq amilidir.

7. Düşmənin ideoloji nüfuzuna diqqətli olaq.

8.Kafirlərin qurğularından peyğəmbər qorxmalı olduğu halda, başqalarının vəzifəsi aydındır.

9. Hətta bəzi ilahi göstərişlərə itaətsizlik xalqın nəfs istəklərinə ardıcıllıq nişanəsidir.

10. Müxaliflər də bəzi ilahi göstərişləri bəyənirlər. Onların müəyyən göstərişləri təhrif etməsi diqqətdən yayınmamalıdır və bu təhrif böyük təhlükədir.

11. Xalqın etiraz edəcəyi ehtimal olunsa da, vəhy əsasında mühakimə yürütməliyik.

12. Məqsədə çatmaq üçün hər hansı vasitəyə əl atmaq düzgün deyil. Bir dəstənin müsəlman olması üçün qeyri-ilahi mühakimələrdən istifadə etmək olmaz. (Ayənin nüzul şəninə əsasən.)

13. “İtaət etmə, həzər qıl...” kimi sərt xəbərdarlıqlar peyğəmbərin vəhy bəyanındakı sədaqətini göstərir. Yoxsa kimsə özünə bir bu qədər tünd xitab etməz.

14. Peyğəmbərin hakimliyinə itaətsizlik süqut və ilahi əzab səbəbidir.

15. Kafirlərin etirazının kökü günahkarlıqdır. Axı ilahi ayinlərdə heç bir nöqsan yoxdur.
50. ﴿أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ

Onlar cahiliyyət hökmü istəyirlərmi? İman və yəqin əhli üçün kimin mühakiməsi Allahdan üstündür?!”


Nöqtələr


◘Ən üstün qanun odur ki, qanun verəndə növbəti şərtlər olsun: Hazırda və gələcəkdə varlığın və insanın bütün sirlərindən agah olsun; heç bir mənafe güdməsin; bilərəkdən və ya bilməyərəkdən heç bir nöqsana malik olmasın; heç bir qüdrətdən qorxmasın, hamıya xeyirxah olsun.

Bütün bu şərtlər yalnız Allah-təalada mövcuddur. Ona görə də Quranda buyurulur ki, Allahın hökmünə zidd bütün bəşər qanunları cahilanədir. (Çünki əksər bəşəri qanunlar nəfs istəklərindən, qorxudan, tamahdan, cəhalətdən, xatadan, xəyaldan və elmi məhdudluqdan amanda deyildir.)


Bildirişlər


1. Bəziləri (müşriklər, kitab əhli) həzrət Peyğəmbərin (s) cahiliyyət qanunları əsasında mühakimə yürütməsini istəyirdilər.

2. Günah insanı cahiliyyət mədəniyyətinə sövq edir.

3. İlahi qanunlar olan yerdə ondan üz döndərənlər və bəşər qanunları ardınca gedənlər cahiliyyət yolundadırlar.

4. Cahiliyyət bir dövrə aid olan hadisə deyil. İstənilən bir vaxtda xalq Allahdan ayrı düşərsə, həmin dövr cahiliyyət dövrü olar.

5. Ağıl və vicdan ən üstün hakimdir.

6. Yalnız bəşəri qanunlara göz dikənlər və onu kamil sayanlar öz iman və yəqinlərinə şəkk etsinlər.


51. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

Ey iman gətirənlər, yəhudiləri və məsihiləri özünüzə rəhbər və yardımçı götürməyin. (Çünki) onlardan bəziləri digərlərinin yardımçısıdırlar. Sizdən onları rəhbər götürən hər kəs, şübhəsiz, onlardandır. Həqiqətən, Allah sitəmkar qövmü hidayət etməz.”


Nöqtələr


◘Ayədə yəhudilər və məsihilər nümunə olaraq zikr edilir. Şübhəsiz ki, heç bir kafirin hakimiyyətini qəbul etmək olmaz.

◘Quranın digər ayələrindən məlum olur ki, kitab əhlinin ətsiz xörəklərindən, onlarla müvəqqəti izdivacdan, alış-verişdən, dinc-yanaşı yaşayışdan bəhrələnmək olar. Uyğun hallar hakimiyyətin qəbul edilməsi sayılmır.


Bildirişlər


1. Allahın Öz mömin bəndələrindən xüsusi təvəqqö və intizarı var.

2. Düşməndən kənarlaşmaq iman şərtidir.

3. İslam ictimai-siyasi bir dindir və təkcə fərdi hökmlərlə sona yetmir.

4. Kafirlərdən yardım almaq qadağan olunduğu vəziyyətdə, şübhəsiz, rabitələrdə və xarici siyasətdə onların hakimiyyətini qəbul etmək qadağandır.

5. Düşmənlərin və kafirlərin hakimiyyətini qəbul etməyək, çünki onlar yalnız öz həmməsləklərinin fikrindədirlər.

6. Aralarında ciddi ixtilaf olan yəhudi və məsihilər İslamı məhv etmək üçün yaxınlaşmışlar.

7. Kafirlər yalnız öz aralarındakı əhdə vəfa edirlər. Onlar müsəlmanlarla bağladıqları əhdə sadiq deyillər.

8. Kafirlərin hakimiyyətini qəbul etmiş müsəlman dövlətləri onlardan sayılırlar. (İnsan dost tutduğu ünvandan sayılır.)

9. Nə kafirləri rəhbər tutun, nə də kafirləri rəhbər tutanlara tabe olun.

10. Kafirlərin hakimiyyətinin qəbulu ilahi hakimiyyətdən çıxmaqdır.

11. Kafirlərə arxalanmaq zülmdür.
52. ﴿فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ

(Bir bu qədər xəbərdarlığa baxmayaraq) qəlbi xəstə olanları kafirlərlə dostluğa tələsən görürsən. (Onlar öz işlərinə don geyindirib) deyirlər: “Qorxuruq ki, pis bir hadisə ilə üzləşək (onların köməyinə möhtac olaq).” Ümid var ki, Allah Öz tərəfindən bir qələbə və ya müsəlmanların xeyrinə) bir iş önə çıxarsın və həmin vaxt onlar qəlblərində gizlətdiklərinə görə peşman olsunlar.”


53. ﴿وَيَقُولُ الَّذِينَ آمَنُواْ أَهَـؤُلاء الَّذِينَ أَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُواْ خَاسِرِينَ

O kəslər ki, iman gətirdilər (müsəlmanların qələbəsi, münafiqlərin rüsvayçılığı zamanı təəccüblə bir-birlərinə ) deyərlər: “Bunlar təkidlə “biz sizinləyik” deyə and içən kəslərdirmi? (Nə üçün işləri bu yerə gəlib çıxdı?) Əməlləri puç oldu, ziyana uğradılar.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə