Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə51/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

Bildirişlər


1. Peyğəmbərlərin bütün proqramları, o cümlədən məskunlaşmaları vəhyə əsaslanır.

2. Məskən ilahi nemətlərdən biridir.

3. Dini rəhbərlər xalqın maddi vəziyyətinə qarşı da diqqətli olmalıdırlar.

4. Möminlərin yaşayış məskənləri kafirlərin yaşayış məskənlərindən kənarda olmalıdır. Bu uzaqlıq möminlərə izzət, qüdrət, istiqlal verir.

5. Şəhərsalma tarixi həzrət Musaya gedib çıxır.

6. İslamda memarlıq və şəhərsalma əqidə prinsiplərinə uyğun olmalıdır. Bu işdə qiblə məsələsi unudulmamalıdır.

7. Elə bir ev tikək ki, onda dini mərasimlər keçirmək və namaz qılmaq mümkün olsun.

8. Möminlərin evi namaz evi olmalıdır.

9. Qarşı-qarşıya tikilmiş evlər mərkəzləşmə, mühafizə, nəzarət və qarşılıqlı ünsiyyət üçün daha münasibdir.

10. Biganələrə imkan verməyək ki, yaşadığımız məhəllə və cəmiyyətdə fəsad törədələr.

11. Peyğəmbərlərin proqramlarında namaz öndə gəlir.
Ayə 88:

﴿وَقَالَ مُوسَى رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلأهُ زِينَةً وَأَمْوَالاً فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَ رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلاَ يُؤْمِنُواْ حَتَّى يَرَوُاْ الْعَذَابَ الأَلِيمَ﴾

Musa dedi: “Pərvərdigara! Sən Firon və onun qövmünün başçılarına dünya həyatında zinət və çoxlu var-dövlət vermisən. Pərvərdigara, (nəticədə bu vasitələrlə xalqı) Sənin yolundan azdırdılar. Pərvərdigara! Onların var-dövlətini məhv et, qəlblərini bərkit. Çünki onlar ağrılı əzabı görməyincə iman gətirməyəcəklər.”


Nöqtələr


◘Neft kəmərlərinin bağlanması, ticarət və hərbi əlaqələrin kəsilməsi, düşmənin təchizat anbarlarının oda çəkilməsi “onların var-dövlətini məhv et” təbirinin ünvanlarındandır.

Bildirişlər


1. ”Rəbbəna” müraciətinin duada mühüm rolu var.

2. Bütün olanlarımız Allahdandır.

3. Hər hansı bir insanın var-dövlətli olması onun Allah yanında əziz olması nişanəsi deyil.

4. Küfr insanın dünya ləzzətlərindən kam almasına mane olmur.

5. Zalım təkəbbürlülərin maddi rifahı yalnız bir neçə günlük dünyaya aiddir.

6. Peyğəmbərlərin nifrini şəxsi münasibətlərdən yox, vəhydən qaynaqlanır. Bu sayaq nifrində məqsəd məktəb və ümməti qorumaqdır.

7. Var-dövlət qeyri-saleh insanları doğru yoldan azdırır, yoxsulluq isə küfrə zəmin yaradır.

8. Dualarımızda düşməni lənətləməyi yaddan çıxarmayaq.

9. Dəlil və möcüzə səmərə vermədikdə, növbə nifrinə çatır.

10. Qəlbidaşlar ilahi qəzəbi görməsələr haqqa iman gətirməzlər.


Ayə 89:

﴿قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلاَ تَتَّبِعَآنِّ سَبِيلَ الَّذِينَ لاَ يَعْلَمُونَ﴾

(Allah-təala) buyurdu: “Siz iki nəfərin duası qəbul oldu. Möhkəm dayanın və nadanların yolu ilə getməyin.”


Nöqtələr


◘Ötən ayədə Musanın nifrinindən, bu ayədə Musa və Harunun dualarının qəbul olmasından danışıldı. Rəvayətlərdə qeyd olunur ki, Musa dua edir, Harun “amin” deyirdi. “Rəbbəna” sözü deyilənləri təsdiqləyir.”1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Musanın nifrinindən qırx il sonra Firon qərq oldu.2


Bildirişlər


1. Peyğəmbərlərin duası qəbuldur.

2. Musanın duasının qəbul olması göstərir ki, onun fironçuların məhvi ilə bağlı istəyi düz istək imiş.

3. Hətta dua qəbul olduqdan sonra səbir və mətanət lazımdır.

4. İlahi rəhbərlər cahil düşüncələrə qarşı qətiyyətlə yanaşmalıdırlar. Çünki süstlük cəhalət nişanəsidir.

5. Elm əhlinə itaət caizdir.
Ayə 90:

﴿وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا حَتَّى إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنتُ أَنَّهُ لا إِلِـهَ إِلاَّ الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَاْ مِنَ الْمُسْلِمِينَ﴾

Biz Bəni-İsraili dəryadan keçirdik. Bir halda ki, Firon və əsgərləri zülm-sitəmlə onları təqib edirdilər. Burulğan Fironu bürüdüyü vaxt o dedi: “İman gətirdim ki, Bəni-İsrailin iman gətirdiyindən savay məbud yoxdur və mən təslim olanlardanam.”


Nöqtələr


◘“Bəhr” dedikdə ayədə Nil çayı nəzərdə tutulmuşdur. Bu çaydan keçmək Allahın əmri idi. Musaya göstəriş verildi ki, əsasını Nil çayına toxundursun. Əsa Nilə toxunduqdan sonra su yarıldı və suyun dibi göründü. Musa və yoldaşları bu yolla ötüb keçdilər.

◘Ölüm məqamı tövbə etmək və iman gətirmək faydasızdır. Qurani-kərimdə oxuyuruq: “Ölüm astanasında tövbə edib peşman olan günahkarın tövbəsi qəbul deyil.”3


Bildirişlər


1. Zalım qüvvələrlə mübarizədə Allaha təvəkkül etsək, O bizi tənha buraxmaz.

2. Varlıq aləmində bütün dəyişikliklər Allahın iradəsi ilə baş verir.

3. Peyğəmbərlərin duası nəhayətdə qəbuldur.

4. Musanı aradan götürmək istəyən Firon özü məhv oldu.4


Aləmlərin Rəbbi çatan tonqalı

Hər kim üfürərsə yanar saqqalı.


5. İlahi əzab nazil olan məqamda iman gətirmək faydasızdır.

6. Təkəbbürlü zalımlar bir gün aciz və möhtac qalacaqlar.

7. Firon kimi təkəbbürlülər yalnız ölüm zamanı təslim olur. Amma bunun nə faydası?!

8. Acı hadisələr insanın gözündən qəflət pərdəsini qaldırır.

9. Qeyri-ilahi qüdrətlər hörümçək torundan başqa bir şey deyil. Onlar bir gün təslim olar.
Ayə 91:

﴿آلآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ الْمُفْسِدِينَ﴾

İndimi?! (Ölüm zamanımı tövbə edirsən?) Bir halda ki, əvvəllər itaətsizlik edirdin və həddi aşırdın.”


Ayə 92:

﴿فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ﴾

Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.”


Nöqtələr


◘“Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: “Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.”

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə