Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə2/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   2   3   4   5   6   7   8   9   ...   81

Müəllifdən


Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!



Möhsün Qəraəti


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

“TÖVBƏ” SURƏSİ

9-cu surə, 129 ayə

On, on birinci cüzlər

“Tövbə” surəsinin siması


Qurani-kərimin 129 ayədən ibarət olan 9-cu, “Tövbə” surəsi hicrətin 9-cu ilində nazil olmuşdur.1 Surənin bir hissəsi Təbuk döyüşündən öncə, bir hissəsi döyüş gedişində, digər bir hissəsi döyüşdən sonra nazil olmuşdur.

Rəvayətlərdə surənin ən məşhur adları “Tövbə” və “Bəraətdir”. Surənin “Tövbə” adlandırılmasının səbəbi bu surədə insanın tövbəsinə, ilahi lütfün qayıdışına dəfələrlə işarə olunmasıdır. Surənin “Bəraət” adlanmasının səbəbi isə, onun müşriklərdən cana doymasının elanı ilə başlamasıdır.

Bəzi təfsirçilər bu surədəki mövzuları “Ənfal” surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə “Bismillahir-Rəhmanir-Rəhim”-siz başlamışdır. Amma bizim, peyğəmbər əhli-beytinə (ə) əsaslanan əqidəmizə görə, bu surə müstəqildir və onun “Bismillah”-sız başlamasının səbəbi onda müşriklərə qəzəbli tərzdə müraciət olunmasıdır. Çünki “Bismillah aman vermək üçün, bəraət isə amanın götürülməsi üçündür.”2

Surənin əhəmiyyətini anlamaq üçün həzrət Peyğəmbərin (s) bir buyruğunu xatırlamaq kifayət edir: “Bəraət” və “Tövhid” surələri yetmiş min mələyin müşayiəti ilə nazil oldu.”


Ayə 1:

﴿بَرَاءةٌ مِّنَ اللّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدتُّم مِّنَ الْمُشْرِكِينَ﴾

(Bu ayələr) Allah Onun peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət ( onlarla olan əhd-peymanın ləğv edilməsi onlara verilən amanın aradan qaldırılması) bildirişidir.


Nöqtələr


◘Bu surənin adı rəvayətlərdə “Bəraət” və “Tövbə” kimi qeyd olunduğundan, onun “Ənfal” surəsinin davamı yox, müstəqil bir surə olduğu anlaşılır.

◘Surənin hədələyici məzmun səbəbindən “Bismillah”sız gəlməsi göstərir ki, digər surələr sadəcə dəbdəbə xatirinə “Bismillah”la başlamamışdır. “Bismillah” həmin surələrin tərkib hissələridir.

◘Bəraət elan olunmasının səbəbi kafirlərin əhdi pozması idi. Bu məsələyə 7, 8-ci ayələrdə toxunulmuşdur. Ümumi qanunlara əsasən isə qarşı tərəf bağlanmış əhdi pozanadək bu əhdə sədaqət göstərilməlidir. 4-cü ayədə buyuruldu: “Əhdi pozmamış, fitnəyə yol verməmiş müşriklərlə müddət başa çatanadək əhdinizə vəfa qılın.” Bundan əlavə, müsəlmanlar zəif olduqlarından belə bir peyman bağlamışdılar. Əslində isə onların arzusu şirkin mümkün qədər tez aradan götürülməsidir.

Ayələrin elan olunma macərası


◘Hicrətin 8-ci ili Məkkə fəth olundu. Amma müşriklər hələ də xurafat və çaşqınlıq qatqılı ibadətlərini yerinə yetirmək üçün Məkkəyə gəlirdilər. Onların adətlərindən biri də bu idi ki, təvaf etdikləri libası sədəqə verirdilər. Birdən təvaf etmək istəyən qadının əlavə libası olmadıqda kafirlər onu çılpaq şəkildə təvaf etməyə məcbur edirdilər. Belə bir vəziyyətdə təvaf edən qadını ətrafdakılar seyr edirdilər.

Bu hal qüdrət zirvəsində olan Peyğəmbər və müsəlmanlar üçün dözüləsi hal deyildi. Həzrət Peyğəmbər (s) ilahi göstəriş intizarında olduğu vaxt Mədinədə bu surə nazil oldu. Həzrət (s) Əbu-Bəkrə göstəriş verdi ki, bu ayələri Məkkə əhlinə oxusun. Belə bir iş üçün Əbu-Bəkrin seçilməsi səbəbi onun yaşlı olması və kimsənin ona qarşı həssaslıq göstərməməsi ola bilərdi.

Amma Əbu-Bəkr Məkkəyə yaxınlaşdığı vaxt Cəbrail Allah tərəfindən belə bir göstəriş gətirdi ki, ayələri peyğəmbər ailəsindən olan bir şəxs oxumalıdır. Həzrət Peyğəmbər (s) bu iş üçün həzrət Əlini (ə) seçib buyurdu: “Mən ondanam, o isə məndən.” Həzrət Əli (ə) Əbu-Bəkri yarıyolda saxlayıb ayələri ondan aldı və Məkkəyə gedib müşriklərə oxudu.

◘Bu surədəki ayələrin Həzrət Əli (ə) vasitəsi ilə çatdırılma macərası sünnə əhlinin də kitablarında nəql olunmuşdur. Bu məsələ səhabələr, Əbu-Bəkr, Əli (ə), İbn-Əbbas, Ənəs ibn Malik, Cabir ibn Abdullah Ənsari tərəfindən rəvayət edilmişdir. Bir çox digər mənbələrdə də uyğun məsələyə toxunulur.1

Fəxr-Razi və Alusi kimi bəzi sünnə əhli alimləri çalışmışlar ki, bu seçimin əhəmiyyətini azaltsınlar və bu iş Həzrət Əli (ə) üçün imtiyaz sayılmasın. Onlar bildirirlər ki, uyğun iş üçün Əlinin (ə) seçilməsində məqsəd onun qəlbini ələ almaq olmuşdur. Düz belə bir məqsədlə təhlükəli iş tapşırılması mümkünsüzdür. Bir çox müşriklərin müsəlmanlarla savaşda öldürüldüyü, əksər müşriklərin qəlbində kin-küdurət alovlandığı bir vaxt uyğun ayələrin müşriklərə oxunması çox təhlükəli bir iş idi.

◘Allah-təala həzrət Musaya Fironun yanına gedib onu tövhidə dəvət etmək göstərişi verdiyi vaxt Musa dedi: “Pərvərdigara, mən onlardan birini öldürmüşəm və qorxuram ki, qisas alalar. Qardaşımı da mənimlə göndər. Halbuki Həzrət Əli (ə) bir çox şirk başçılarını öldürmüşdü. Belə bir vəziyyətdə o tək-tənha onların yanına gedib, tam aramlıqla “Bəraət” ayələrini oxudu. Bu iş Mina və Cəməreyi-əqəbə kənarı kimi həssas bir məhəldə gerçəkləşdi.

Həzrət Əli (ə) tərəfindən kafirlərə elan olunan nöqtələr: Bəraətin və peymanların ləğvinin elanı; növbəti ildə müşriklərə həcdə iştirakın qadağan olunması; çılpaq halda təvafa qadağa qoyulması; müşriklərin Allah evinə daxil olmasının qadağan edilməsi.

◘Quranın bir çox ayələrində Allah və Onun rəsulunun adı yanaşı çəkilir. O cümlədən: Hədiyyə və lütf məsələsində1; beyət məsələsində2; itaət və ardıcıllıq məsələsində3; başqalarından bəraət və üz çevirməkdə.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə