Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə8/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

Nöqtələr


◘Ötən ayələrdə cihada təşviq, dünyəvi bağlılıqlar məsələsinə toxunuldu. Bu ayədə ilahi lütf və yardımlar yada salınır və bununla da cihad amili gücləndirilir.

◘Bu ayədə “Məvatinə kəsirə” təbiri ilə yad edilən Peyğəmbər (s) döyüşlərinin sayı 80-ə çatır.1 Nəql olunur ki, Mütəvəkkil Abbasi xəstələndiyi vaxt sağalması üçün çoxlu dirhəm (pul) nəzir edir. Mütəvəkkil sağaldıqdan sonra bu miqdarı təyin etməkdə çətinlik çəkir və İmam Hadiyə (ə) bu barədə sual ünvanlayır. İmam Hadi (ə) haqqında danışılan ayəyə istinad edərək Mütəvəkkilə 80 dirhəm nəzir verməyi tövsiyə edir.2


Hüneyn döyüşünün siması


◘Hüneyn döyüşü Taif yaxınlığındakı bir məntəqədə baş verdi. Bu döyüşdə müsəlmanlar Həvazən qəbiləsi ilə qarşılaşmışdılar. Elə bu səbəbdən də həmin döyüşə Həvazən döyüşü də deyilir.

Hicri 8-ci ildə Peyğəmbər (s) bu qəbilənin fitnəsinin qarşısını almaq üçün həmin məntəqəyə qoşun yeritdi. Məkkəni fəth etmiş on minlik qoşun İslamı yenicə qəbul etmiş başqa iki min nəfərlə birlikdə həmin məntəqəyə yola düşdü.

Döyüş sübh namazından sonra başladı. Həvazən qəbiləsinin qəfil hücumuna tuş gəlmiş müsəlmanların bir çoxu qaçmağa başladı. İslam qoşunundakı nizam pozuldu. Amma böyük çətinlikdən sonra qaçanları saxlayıb yenidən hücuma keçmək mümkün oldu. Allahın yardımı ilə Hüneyn döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Bu döyüşdə 100 müşrik öldürüldü, qalanları təslim oldu, böyük qənimətlər ələ keçirildi. Bu döyüşdəki əsirlərin sayı, qənimətin miqdarı və necə bölünməsi məsələləri ilə daha ətraflı tanış olmaq üçün tarix kitablarına müraciət etmək lazımdır.

Bildirişlər


1. İlkin İslam dövründə döyüşlərdə əldə olunan qələbələrin səbəbi ilahi yardım idi.

2. İlahi mərhəmətlərin xatırlanması ruhiyyə və imanı gücləndirən amillərdəndir.

3. Hüneyn döyüşünün böyük əhəmiyyəti vardır.(“Məvatinə kəsirə” təbiri Hüneyn döyüşünə da aiddir. Amma xüsusi əhəmiyyət daşıdığından ayrıca qeyd olunmuşdur.)

4. Bəzən cəmiyyətin və maddi imkanların çoxluğu insanı qürrələndirir, onu qəflətə uğradır və məğlubiyyətlə nəticələnir.

5. Bütün hallarda ilahi yardımlara ehtiyac var. Bədr döyüşündə azsaylı, Hüneyn döyüşündən isə çoxsaylı müsəlmanlara ilahi yardım nazil oldu.

6. İlahi iradə olmayan yerdə maddi vasitələr təsirsizdir.

7. Bəzən bəndəlik və təvazökarlıq ruhiyyəsinin yaranması üçün zəif nöqtələr üzə çıxarılır. Zəiflik üzə çıxdıqda qürura yer qalmır.
Ayə 26:

﴿ثُمَّ أَنَزلَ اللّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعذَّبَ الَّذِينَ كَفَرُواْ وَذَلِكَ جَزَاء الْكَافِرِينَ﴾

Sonra Allah Öz peyğəmbərinə və möminlərə aramlıq nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirləri əzaba saldı. Bu, kafirlərin cəzasıdır.”


Nöqtələr


◘Qurani-kərimdə “Səkinə” sözü altı yerdə işlədilmişdir. Bunlardan beşi döyüşlə bağlı ayələrə təsadüf edir.

◘Hüneyn döyüşündə Allah möminlərə dörd şeyi lütf buyurdu: “Səkinə (aramlıq), görünməyən döyüşçülər, kafirlərə qəzəb, fərarilərin tövbəsinin qəbulu. (Növbəti ayədə bu nöqtəyə toxunulacaq.)

◘Bəzi kafir əsirlər müsəlmanlardan soruşurdular: “Bizi öldürən ağ libaslılar haradadır?”1 Onlar kafirlərin gözünə ağ libasda görünən mələkləri nəzərdə tuturdular.

Bildirişlər


1. Döyüşçülərin cəbhədə büdrəməsi qeybi yardımların kəsilməsinə səbəb olmur.

2. Qeybi yardımlar müsəlmanların qələbə rəmzidir.

3. Yaxşı əhval-ruhiyyə, imandan doğan arxayınlıq döyüşdə qələbənin əsas səbəblərindəndir.

4. Aramlıq və arxayınlıq həm rəhbərə, həm də onun ardıcıllarına lazımdır. Peyğəmbəri narahat edən ətrafdakıların qaçması, xalqı narahat edən isə qorxu hissi idi.

5. Möminlərdəki ruhi aramlıq Allah tərəfindən idi.2

6. Döyüşdə möminlərə yardım üçün mələklərin iştirakı Qurandan doğan bir əqidədir.

7. Öldürülmək yaranış və məada imanı olan insan üçün iftixar, kafirlər üçün isə əzabdır.

8. Bütün kafirlərin aqibəti məğlubiyyət və zillətdir.


Ayə 27:

﴿ثُمَّ يَتُوبُ اللّهُ مِن بَعْدِ ذَلِكَ عَلَى مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾

Sonra Allah bunun (fərariliyin) ardınca istədiyinə Öz lütfünü nazil edər. (Fərarilərin tövbəsini qəbul edər.) Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘“Tövbə” dedikdə nəyin nəzərdə tutulması barədə bir neçə ehtimal var: cəbhədən fərarilik günahından tövbə; şirkdən tövbə; qürurdan, cəmiyyətin çoxluğuna arxayınçılıqdan tövbə.

Bildirişlər


1. Tövbə qapıları həmişə və hamının üzünə açıqdır. Hətta kafir əsirlər və fərarilər də tövbə edə bilərlər. (Felin indiki zaman forması davam bildirir.)

2. Tövbənin qəbulu Allaha vacib deyil. Allah-təala bir fəzl olaraq tövbəni qəbul edir və bu iş Onun hikmətindən qaynaqlanır.

3. Allah-təala həm günahları örtür, həm də insanı sevir.
Ayə 28:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلاَ يَقْرَبُواْ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللّهُ مِن فَضْلِهِ إِن شَاء إِنَّ اللّهَ عَلِيمٌ حَكِيمٌ﴾

Ey iman gətirənlər! Şübhəsiz, müşriklər çirkin və murdardırlar. Gələn ildən Məscidül-hərama yaxınlaşmamalıdırlar. Əgər (kafirlərlə alış-verişin kəsilməsi ilə bağlı) yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, tezliklə Öz fəzli ilə sizi ehtiyacsız edəcək. Həqiqətən, Allah agahdır və hikmət sahibidir.”


Nöqtələr


◘Hicrətin 9-cu ili həcc mərasimində Həzrət Əlinin (ə) müşriklərə oxuduğu dörd göstərişdən biri bu idi ki, növbəti ildən müşriklər Məscidül-hərama daxil ola bilməzlər.

Bildirişlər


1. Şirk murdarlıqdır. Gerçək paklıq iman sayəsində mümkündür.

2. Mömin insan qəlbində müşrikə qarşı nifrət hissi duymalıdır.

3. Dini hökmləri utancaqlıqla yox, qətiyyətlə yerinə yetirmək lazımdır.

4. Proqram və baxışın elanında icra gücümüzü nəzərə alaq. (Müşriklər elə əvvəlcədən çirkin idilər. Amma müsəlmanlar yalnız qüdrətə çatdıqdan sonra bəraət elan etdilər.)

5. Girişə yaxınlaşmaq daxil olmağa şərait yaratdığından, müşriklər müqəddəs yerlərə yaxınlaşmamalıdır.

6. Qurani-kərimdə bəzi qadağaların fəlsəfəsi bəyan olunmuşdur.

7. Müqəddəslik baxımından yer üzünün ayrı-ayrı hissələri bir-birlərindən fərqlənir.

8. Müxaliflərlə keçinib, onlara möhlət verək.

9. Göstəriş və proqramlarda onların doğuracağı reaksiya və nəticələrə qarşı diqqətli olaq.

10. İqtisadi sıxıntılar bizi dinimizə biganələşdirməsin.

11. İctimai nigarançılıq yarandıqda xalqa ümid və təvəkkül ruhiyyəsi verilməlidir.

12. Ruzimiz başqalarının yox, yalnız Allahın əlindədir.

13. Əqidəyə görə kafirlərlə iqtisadi əlaqələri kəsdikdə narahat olmayaq.

14. Xalqın razılığında rəhbərliyin zirəkliyindən, müdiriyyətindən çox, Allahın fəzl və mərhəməti rol oynayır.

15. Dini hökmlər ilahi elm və hikmətə əsaslanır.
Ayə 29:

﴿قَاتِلُواْ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللّهُ وَرَسُولُهُ وَلاَ يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حَتَّى يُعْطُواْ الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَ﴾

Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram etdiyini haram saymayan, haqq dinə boyun əyməyən kitab əhli ilə, onlar xar və zəlilcəsinə öz əlləri ilə cizyə verənədək vuruşun.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə