Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə10/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

Nöqtələr


Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah-təala yer əhlinə nəzər salıb məni seçdi. İkinci dəfə nəzər salıb Əli ibn Əbi-Talibi ayırdı. Məndən sonra yer üzünün nuru odur.” Sonra həzrət (s) bu ayəni tilavət etdi.4

Bildirişlər


1. Düşmənlərin fitnəkarlığı daimidir.

2. İslam hökmləri və Allahın dini bir nur, nur isə öz növbəsində həyat qaynağıdır.

3. Kafir dəstələri fərqli səylər göstərsələr də, onların son məqsədi din nurunu söndürməkdir.

4. Kafirlərin dinlə mübarizəsi günəşi üfürmək kimidir.

5. Din düşmənlərinin əsas fəaliyyəti təbliğat üzərində qurulmuşdur.

6. Əgər peyğəmbərin dilindən İslam nidası nurdursa, onun imamət şəklində davamı nurun tamamlanmasıdır.

7. Allah haqq tərəfdarlarına qələbə vəd etmişdir.

8. Allah din nurunu nəinki hifz edir, hətta genişləndirir.

9. Kafirlər bilsinlər ki, onlar dinə qarşı çıxmaqla Allahın qəti iradəsinə qarşı çıxmışlar. İslam məktəbinə qarşı istənilən bir səy məğlubiyyətə məhkumdur.

10. İslam əbədi məktəbdir, onun müxalifləri kafirdirlər.

11. Allah kafirlərə xoş gəlməsə də, Öz peyğəmbərini razı salmaq istəyindədir. (Allah İslam Peyğəmbərinin (s) razılığına xatir qibləni dəyişdi.)


Ayə 33:

﴿هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ﴾

(Allah) O kəsdir ki, Öz peyğəmbərini müşriklərin narahatçılığına baxmayaraq bütün dinlərə qalib gəlmək üçün hidayət və haqq dinlə göndərdi.”


Nöqtələr


◘Bu ayə “Fəth” (ayə 28) və “Səff” (ayə 9) surələrində də zikr olunmuşdur.

◘İslam məntiq baxımından həmişə qalib olsa da, bu ayə İslamın bütün dünyaya real hakimiyyətini vəd edir. Çünki digər ayələrdə də “Zəhərə” sözü istila mənasında işlədilmişdir.1

◘Bu vəd hələlik həyata keçməsə də, Allahın vədi qətidir və bir çox rəvayətlərdə bildirildiyi kimi, həzrət Mehdinin (ə) zühuru ilə həyata keçəsidir.

◘Həzrət Mehdinin (ə) qiyamı bir çox şiə və sünni mənbələrində nəql olunmuş həqiqətdir. Bu həqiqət müsəlmanların prinsipial etiqadlarındandır. Amma bəziləri, o cümlədən vəhhabilər bu əqidənin şiələr tərəfindən uydurulduğunu iddia edirlər.2

◘İmam Baqir (ə) buyurmuşdur: “Bir dövr gələcək ki, həzrət Məhəmmədin (s) risalətini etiraf edənlərdən savay kimsə qalmayacaq.”1

Bütün yer üzünü bürüyəcək dini hakimiyyətlə bağlı hədislər çoxdur. Həzrət Əli (ə) buyurur ki, əsrin imamının (ə) zühuru zamanı İslamın daxil olmadığı bir ev, bir şəhər qalmayacaq. Bütün məntəqələrdə sübh və axşam azan sədası ucalacaq.”2


Bildirişlər


1. İslam dini haqq üzərində qurulmuşdur. (Digər səmavi dinlər təhrif səbəbindən bu səciyyəni itirmişdir.)

2. Haqq batilə qalibdir.

3. Öz istək və hərəkətlərimizi Allahın iradəsi ilə uyğunlaşdıraq. Əks-təqdirdə məhv olasıyıq.

Ayə 34:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّ كَثِيرًا مِّنَ الأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللّهِ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنفِقُونَهَا فِي سَبِيلِ اللّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ﴾

Ey iman gətirənlər! Bir çox alimlər və rahiblər (öz məqamlarından istifadə edərək) xalqın malını nahaqdan yeyir, onları Allah yolundan uzaqlaşdırırlar. Qızıl-gümüş yığıb, onu Allah yolunda infaq etməyənləri dərdli əzabla müjdələ!”


Nöqtələr


◘Otuz birinci ayədə “Əhbar” və “röhban” sözlərinin mənası açıqlandı.

◘“Zəhəbə” “getdi” mənasını bildirir. Qızıl tez əldən çıxdığından və ya xalq ona tərəf getdiyindən “zəhəb” adlandırılmışdır. “Fizzə” “paylanma”, “dağılma” mənalarını bildirir. Gümüş tez bir zamanda dağıldığından və ya xalq ona cəzb olunmadığından “fizzə” adlandırılır.

◘Yəhudi alimləri öz maddi mənafelərinə xatir haqqı gizlədir, İslam dininin haqq olmasını etiraf etmir, rüşvət alıb günah bağışlayır, əqidələrdə təftiş aparıb böhtan atırdılar.

◘Üçüncü xəlifə ayədə “vəlləzinə” sözünü “əlləzinə” şəklinə salmaq istəmişdir. Bu sözün önündən “vav” hərfi götürüldükdə ayədəki sifətlər yalnız qızıl toplayan əhbar və rahiblərə aid olur. Amma bir qrup müsəlman xəlifənin bu işinə ciddi şəkildə etiraz bildirdi.3


Rəvayətlərdə zəkat məsələsi


◘İmam Sadiqdən (ə) soruşdular: “Hansı miqdar mala zəkat vacibdir?” Həzrət buyurdu: “Zahiri zəkat, yoxsa batini zəkat?” Dedilər: “Hər ikisi.” Həzrət əvvəlcə zahiri zəkat üçün ölçü hədlərindən danışdı, sonra isə batini zəkat məsələsinə keçərək buyurdu: “Din qardaşının səndən daha çox ehtiyac duyduğu şeyi ona verəsən.”1

◘Digər bir rəvayətdə imam buyurur: “Allah sizə artıq mal əta edib ki, xəzinəyə yığmayıb, Onun razılığı yolunda xərcləyəsiniz.”2

◘Rəvayətlərə əsasən, imam Mehdi (ə) zühur etdiyi vaxt xəzinə saxlamağı haram buyurub, bütün xəzinələri öz mübarizəsi yolunda sərf edər.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah varlı müsəlmanların malından fəqirlərin ehtiyacını ödəyəcək qədər zəkat vacib etmişdir. Agah ol! Həqiqətən, əgər vəzifələrinə əməl etməsələr, Allah onlarla ciddi hesab çəkəcək.”3

◘Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: “Zəkatı ödənməyən hər bir mal aşkarda saxlansa da, qızıl-gümüş olmasa da, “kənz” (haram xəzinə) hökmündədir.”4

Əbuzər və “Kənz” ayəsi


◘Həzrət Peyğəmbərin (s) böyük səhabəsi Əbuzər Qəffari Müaviyə, Osman və onların nümayəndələrinin qızıl-gümüş toplamasına etiraz edərək hər vaxt haqqında danışılan ayəni uca səslə oxuyardı. O bu ayəni Müaviyə və Osmanın nəzərinə çatdırıb deyirdi: “Bu ayə təkcə zəkata maneçilik haqqında yox, istənilən növ qızıl-gümüş toplamaq haqqındadır.”

Qiymətli “Əl-mizan” təfsirində bildirilir ki, Əbuzərin Osman, Müaviyə və Kəbül-Əhbarla rəftarından anlaşılır ki, yoxsul cəmiyyətdə hətta halal yolla, zəkatını ödəməklə sərvət toplamaq haramdır.

Bəziləri belə düşünürlər ki, Əbuzər bu hökmü özündən vermişdir. Əbuzər isə bu barədə belə deyir: “Dediklərimi Peyğəmbərdən (s) eşitmişəm.” Bunu da qeyd etməliyik ki, Əbuzərin sadiqliyi həzrət Peyğəmbər (s) tərəfindən qeyd olunmuşdur.

Əbuzərin öz dövrünün hakimlərinə əmr və nəhy etməsi, büdcə məsələləri barədə Osmanla çəkişmələri onun həyatının parlaq səhifələrindəndir.

Amma Osman Əbuzərin bu hərəkətlərinə dözməyib sevimli Peyğəmbər (s) səhabəsini Şama sürgün etdi. Müaviyə Şamda Əbuzərin çıxışlarına dözməyib onun ağır vəziyyətdə Mədinəyə qaytarılmasına nail oldu. İnqilabçı səhabə növbəti dəfə susuz Rəbəzə çölünə sürgün olundu və həmin yerdə məzlumcasına dünyasını dəyişdi. Bu həqiqətlər Osman hökumətinin həqiqi simasını göstərir.

Osmanın müdafiəçiləri ona bəraət qazandırmaq üçün Əbuzərə qarşı bir sıra əsassız ittihamlar irəli sürmüşlər. Belə ki, onlar Əbuzəri sosialist düşüncə tərzinə görə qınamış, xüsusi mülkiyyətə düşmən saymışlar. Amma böyük alim əllamə Əmini öz “Əl-qədir” kitabında bu barədə ətraflı danışaraq həmin ittihamları rədd edir.1

Əbuzərin hökumətlə qarşıdurmalara görə ardıcıl şəkildə sürgün edilməsi, onun Osmana, Müaviyəyə, Kəbul-Əhbara tuşlanmış tənqidləri şiə və sünnilərin tarix kitablarında öz əksini tapmışdır.2 Bəziləri cəhd göstərirlər ki, Əbuzərlə Osman arasındakı münaqişələri söz və əqidə azadlığı kimi qələmə versinlər. Onlar Əbuzərin sürgün olunmasına haqq qazandırmaq üçün “şərin dəfi mənfəət qazanmaqdan üstündür” prinsipini önə çəkirlər. Onlar Əbuzərin Mədinə və Şamdakı çıxışlarını şər kimi təqdim edir və onun sürgününü məqsədəuyğun sayırlar.3 Amma Peyğəmbərin (s) yalnız öz vəzifəsinə əməl etmək fikrində olan sədaqətli və təqvalı səhabəsi ilə bu sayaq rəftara heç bir don geyindirmək mümkün deyil.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə