Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə18/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

Bildirişlər


1. Zəkat iman izharında sədaqəti göstərir.

2. Zəkat umacaqlar yox, vəhy əsasında bölünür. Ayədə eyb axtaran münafiqlərə cavab verilir.

3. Zəkatı ayədə göstərilən təyinatlardan kənarda sərf etməyə icazə verilmir.

4. İslamın ictimai ədalət prinsiplərindən biri məhrumların dolanışıq təminatıdır.

5. İnsanın var-dövləti bütünlüklə onun deyil. Bu mülkiyyətdə başqalarının da payı var.

6. Zəkat verənlər fəqirlərə minnət qoymamalıdırlar. Çünki zəkat onların öz mülkləri deyildir.

7. Yoxsulluğun aradan qaldırılması İslam quruluşunun ilkin vəzifələrindəndir. Öncə fəqirliyin aradan qaldırılması, sonra digər tədbirlər bəyan olunur.

8. Dini hökmləri yerinə yetirənlərin dolanışığını təmin etmək zəruridir.

9. İnsanın ehtiyaclı olub-olmamasından asılı olmayaraq onun gördüyü işin dəyəri var.

10. Hakimin rüşvət fikrinə düşməməsi üçün onu təmin etmək lazım olduğu kimi, zəkatı yerbəyer edənləri də əyri yoldan çəkindirmək üçün təmin etmək lazımdır.

11. Zəkatın toplanması üçün İslam hökuməti tərəfindən məmurlar təyin olunmalıdır.

12. Maddi və mənəvi məsələlər bir-biri ilə əlaqəlidir.

13. İslam yalançı və boşboğaz istismarçıların xilafına olaraq, cəmiyyətin iqtisadi problemlərini həll etməklə, Allaha yaxınlıq məqsədi ilə, dəlil və çağırışla öz məktəbini genişləndirir.

14. Yardımlar vasitəsi ilə qəlbləri cəzb etmək İslam dövlətinin vəzifələrindəndir.

15. İslam dini qulların azad olunması üçün büdcə müəyyənləşdirmişdir.

16. Zəkat qurumunun xərclərini dövlət ödəmir, bu qurum özü özünü təmin edir.

17. Fəqirlərin birbaşa varlılara müraciət edib özünü alçaltmaması üçün İslam hökuməti zəkatı toplamaq və yerinə çatdırmaq məsuliyyəti daşıyır.1

18. Cihad və ölkənin müdafiə büdcəsi zəkatdan ödənir və xalqın boynunadır.

19. Maddiyyat insanın Allaha yaxınlığı üçün vasitə olmalıdır.

20. İslam yolda qalanlara büdcə ayırmaqla səfər, ticarət və səyahət məsələlərinə əhəmiyyət vermişdir.

21. Zəkat qanunu hesablanmış və hikmətə əsaslanan qanundur.

22. İslam təkcə ibadət dini deyil, onun iqtisadi qanunları da vardır.


Ayə 61:

﴿وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيِقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُواْ مِنكُمْ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ﴾

Münafiqlərdən bəziləri Peyğəmbəri incidir və deyirlər: “O, başdan-ayağa qulaqdır (hər kəsin dediyinə qulaq asır.) De ki, onun dinləməyi sizin xeyrinizədir. O, Allaha inanır, möminləri təsdiq edir və sizlərdən iman gətirmiş hər bir kəs üçün rəhmət səbəbidir. Allahın rəsulunu incidənlər üçün ağrılı əzab vardır.”


Nöqtələr


◘“Minhum” deyilərkən ya münafiq bir dəstə, ya da qorxudan cəbhədə iştirak etməyib döyüşdən sonra üzr və bəhanə gətirən süst imanlı fərdlər nəzərdə tutulur.

◘Rəvayətlərin bildirdiyinə görə, Peyğəmbər (s) Həzrət Əli (ə) ilə daimi təmasda olduğundan bəzi münafiqlər onu sadəlövh və tez inanan kimi tanıtdırırdılar.1

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allahın lənəti olsun mənim əhli-beytimi incidən kəsə.”

Həzrət (s) öz qızı Fatimə (s) haqqında belə buyurmuşdur: “Fatiməni incidən məni incitmişdir.”2


Bildirişlər


1. Həzrət Peyğəmbəri (s) ardıcıl şəkildə incidənlər vardı.

2. Peyğəmbərin (s) səhabələri arasında ədalətli olmayanlar, onu incidənlər vardı.

3. Ümmətin rəhbəri həm özününkülərin, həm də biganələrin əziyyətinə məruz qalır.

4. Peyğəmbəri (s) incitmək küfrdür.3

5. Münafiqlər hətta Peyğəmbərə (s) qarşı təbliğat aparır, quyu qazırdılar.

6. Allah-təalaÖ Peyğəmbərini (s) müxaliflərin gizli söhbətlərindən və planlarından xəbərdar edirdi.

7. Sadəlövhlükdə ittiham edilsəniz də, bütün xalqa danışmaq icazəsi verin ki, “bizi dinləyən yoxdur” deyə bilməsinlər.

8. İnsanın bütün vücudu ilə danışana qulaq asması dinləmə ədəblərindəndir.”Başdan-ayağa qulaqdır” təbiri qeyd olunan hala işarədir.

9. Bəzən ümmətin ümumi xeyri üçün müəyyən sözlərdən vaz keçmək lazım gəlir.

10. Bəzən tərbiyəvi, ictimai-siyasi baxımdan sükut danışmaqdan daha əhəmiyyətli olur.

11. Agah rəhbərin xüsusiyyətlərindən biri onun qəlb genişliyi, bütün dəstələrin sözünü dinləməsi, ətrafdakılarla xoş rəftar etməsi, eybləri örtməsi və xalq üçün tövbə yolu qoymasıdır.

12. Xoş üz və açıq qəlblə xalqı dinləyək.

13. Bir sözü eşidib susmaq həmin sözlə razı olmaq nişanəsi deyildir.

14. Əziyyətə düşmüş kəsi himayə edin. Peyğəmbəri (s) ittiham edənlərə Allah-təala o həzrətin dörd səciyyəsini sadalamaqla cavab verir.

15. Mömin şəxslər bir xəbər gətirdikdə onu təsdiq edin.

16. Peyğəmbər (s) bütün aləmdə olanlara rəhmətdirsə də, bu rəhmətdən yalnız iman əhli bəhrələnir.

17. Peyğəmbəri (s) incitməkdən qorxun.
Ayə 62:

﴿يَحْلِفُونَ بِاللّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُواْ مُؤْمِنِينَ﴾

(Münafiqlər) and içirlər ki, sizi razı sala bilsinlər. Halbuki iman gətirsəydilər, Allah və Onun rəsulunu razı salmaq daha yaxşı olardı.”


Bildirişlər


1. Münafiq daim qorxu, dəhşət və iztirab içindədir. O, yalan andlarla xalqın inamından istifadə edib diqqəti özünə cəlb etmək istəyir.

2. Hər anda aldanmayın. Çünki bəzən müqəddəsliklər çirkin insanların əlində alətə çevrilir.

3. Həqiqi mömin üçün xalqın yox, Allahın razılığı mühümdür.

4. Peyğəmbərin (s) razılığı elə Allahın razılığıdır.

5. Xalqın razılığını Allahın razılığından üstün tutan kəsin nifaqdan payı var və belə bir şəxs məzəmmət olunmalıdır.
Ayə 63:

﴿أَلَمْ يَعْلَمُواْ أَنَّهُ مَن يُحَادِدِ اللّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ذَلِكَ الْخِزْيُ الْعَظِيمُ﴾

Bilmədilərmi ki, hər kəs Allah və Onun rəsulu ilə düşmənçilik etsə, cəzası cəhənnəm odudur və daim orada qalacaq? Budur böyük rüsvayçılıq!”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə