Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə26/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

Nöqtələr


◘Münafiqlərdən təqribən 80 nəfəri Təbuk döyüşündə iştirak etmirdi. Peyğəmbər (s) və müsəlmanlar döyüşdən qayıtdıqdan sonra onlar müxtəlif bəhanələr gətirdilər. Ayə nazil oldu ki, onların dediklərinə inanmayın, onları Allahın öhdəsinə buraxın.”

Bildirişlər


1. Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər özlərini üzr istəməyə borclu bilsinlər.

2. Bəhanəçi münafiqlərlə kəskin rəftar edin.

3. Allah münafiqlər və xalqın əməlləri haqqında Öz peyğəmbərinə qeybi yolla xəbər verir.

4. Savaş başa çatdıqdan sonra bəhanələr başlanır.

5. Allah üçün qeyb də aşkar kimidir və hər şey Ona bəllidir.

6. Qiyaməti yada salmaq insanın kamilləşməsi üçün ən üstün amillərdəndir.

7. İnsan gördüyü bütün işlərin məsuliyyətini daşıyır. Qiyamət müxaliflər üçün rüsvayçılıq günüdür.
Ayə 95:

﴿سَيَحْلِفُونَ بِاللّهِ لَكُمْ إِذَا انقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُواْ عَنْهُمْ فَأَعْرِضُواْ عَنْهُمْ إِنَّهُمْ رِجْسٌ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاء بِمَا كَانُواْ يَكْسِبُونَ﴾

Cihaddan münafiqlərin yanına qayıtdığınız vaxt Allaha and içərlər ki, onlara (günahlarına) göz yumasınız. Onlardan üz çevirin, uzaq olun. Onlar çirkindirlər və öz əlləri ilə qazandıqlarına görə yerləri cəhənnəm olacaq.”


Nöqtələr


◘Üz çevirmənin səbəbi ya böyüklükdür, ya da etinasızlıq. O ayədə hər iki məna nəzərdə tutulmuşdur. Münafiqlər onlara göz yumulmasını istədilər. Allah da qəzəblə uzaqlaşmaq göstərişi verdi.1

◘Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra xalqa göstəriş verdi ki, cəbhəyə getməmiş münafiqlərlə ünsiyyət saxlanılmasın.2

◘Ötən ayədə münafiqlərin üzr və bəhanələri qəbul olunmadı. Bu ayədə isə zillətə düşmüş münafiqlərin and içdiyi bildirilir.

Bildirişlər


1. Hər anda inanmaq olmaz.

2. Münafiqlər müqəddəsliklərdən və Allahın adından sui-istifadə edirlər.

3. Müsəlmanlar təvəlla və təbərra əhli olmalı, konkret mövqe tutmalıdırlar.

4. Üzürsüz səbəbdən cihadı tərk edənlərlə rabitələri kəsib onlarla sərt rəftar edək və onlara meydan verməyək.

5. Azğın fərdlərdən və mühitdən uzaq dayanaq. Çünki nifaq ruhiyyəsi və digər eyblər ətrafdakılara da sirayət edir.

6. Nifaq batini çirkinlik, ruhi xəstəlikdir.

7. Cəhənnəm Allahın intiqamı yox, insanın öz əməllərinin nəticəsidir.
Ayə 96:

﴿يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْاْ عَنْهُمْ فَإِن تَرْضَوْاْ عَنْهُمْ فَإِنَّ اللّهَ لاَ يَرْضَى عَنِ الْقَوْمِ الْفَاسِقِينَ﴾

Sizin üçün and içirlər ki, onlardan razı qalasınız. (Bilin ki, siz də) onlardan razı qalsanız, şübhəsiz, Allah azğın qövmdən razı qalmayacaq.”


Nöqtələr


◘Əgər ötən ayədə münafiqlər onlara göz yumulmasını istəyirdilərsə, bu ayədə qəlb razılığı sorağındadırlar.

◘Münafiqlər üçün müsəlmanların qəlb razılığı əhəmiyyətsiz bir şey idi. Onlar bu yolla, sadəcə öz ictimai nüfuzlarını qorumağa çalışırdılar.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xalqı qəzəbləndirmək bahasına Allahın razılığını arayan şəxsdən Allah razı qalar və xalqı da ondan razı salar. Allahı qəzəbləndirmək bahasına xalqın razılığını qazanmaq istəyən kəsdən Allah narazı qalar və xalqın da qəlbini ondan narazı edər.”1

Bildirişlər


1. Münafiqlər xalqın diqqətini cəlb etmək və öz mövqelərini qorumaq fikrindədirlər. Onları Allahın razılığı və tövbə maraqlandırmır.

2. Xalqın yox, Allahın razılığını düşünək. Xalqın razılığı bir o qədər də mühüm deyil. Ən mühümü Allahın bağışlaması və razılığıdır.

3. Allahın narazı qaldığı münafiqlərdən razı olanlar Allah yolundan uzaqlaşırlar.

4. Bəzən möminlərin razılığı Allahın razılığından fərqlənir.

5. Azğın kəsdən heç vaxt razı qalmayın.
Ayə 97:

﴿الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلاَّ يَعْلَمُواْ حُدُودَ مَا أَنزَلَ اللّهُ عَلَى رَسُولِهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Bədəvi ərəblər (peyğəmbər buyruqlarından xəbərsiz olduqları üçün) küfr və nifaqda daha tünd, Allahın Öz rəsuluna nazil etdiyinin hüdudlarını bilməməyə daha çox layiqdirlər. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘“Ərab” deyərkən bədəvi ərəblər nəzərdə tutulur. Bu sözün tək forması “ərəb” yox, “ərabi”-dir.

◘Ərabi olmaq odur ki, insan dini mədəniyyət və məktəb təlim-tərbiyəsindən uzaq olsun. Quranda “ərab” sözü on dəfə işlədilmişdir. Yalnız bir yerdə bu söz məzəmmətsiz zikr olunur.

◘Hədisdə deyilir: “Dinşünas olun. Çünki dərin dini düşüncəsi olmayan kəs ərabidir.” Digər bir hədisdə isə belə deyilir: “Bizim peyğəmbərimiz və yardımçılarımız ərəb, başqaları isə ərabidir.”1

◘Peyğəmbər dövrünün insanları iki zümrəyə ayrılırdı: şəhər əhli və bədəvilər. Ötən ayədə müsəlmanların Təbuk döyüşündəki qələbəsindən danışılırdı. Ola bilsin ki, bu ayədə bədəvi ərəblərin düşmən təsiri altında fitnə qoparma imkanı nəzərə çatdırılır.


Bildirişlər


1. Bədəvilik mədəniyyətdən və dini qaydalardan uzaqlığa səbəb olur.

2. İctimai mühit və insanın mədəniyyəti onun baxışına və mövqeyinə təsir göstərir.

3. Nadan və mədəniyyətdən uzaq insanlar bəzən kafirlərin və münafiqlərin əlində alətə çevrilir, hətta onlardan da tünd olurlar.

4. Küfr və nifaqın dərəcələri var.

5. Küfr və nifaq amillərindən biri bixəbərlikdir.

6. Dini biliklər zəruridir və onlardan xəbərsizliyimiz ərabi olmağımızla nəticələnir.

7. İlahi hədələrdən xəbərsiz olan cahil şəhər əhli bədəvilərdən də pisdir.

Ayə 98:

﴿وَمِنَ الأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ عَلَيْهِمْ دَآئِرَةُ السَّوْءِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾

Bədəvilərdən bəziləri infaq etdiyini zərər sayan kəslərdir və sizin üçün pis hadisələr intizarındadırlar. Onlara nəsib olsun pis hadisə! Allah eşidən və biləndir.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə