Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə24/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

Nöqtələr


◘“Xalif” dedikdə həm döyüşə qarşı çıxan, həm müxaliflik edən, həm də qocalıq və ya xəstəlik səbəbindən cəbhəyə gedə bilməyən kəs nəzərdə tutulur.

◘Sədaqətlə tövbə edənin tövbəsi qəbuldur. Münafiqlər isə riyakarlıq, özünü nümayiş səbəbindən cəbhəyə getmirdilər.

◘Ayədən məlum olur ki, Peyğəmbər (s) özü Təbuk döyüşü üçün Mədinədən xaric oldu və savaş qurtarandan sonra oraya qayıtdı. Ayə həm də “Peyğəmbər (s) münafiqlərin iç üzünü açsın” deyə onların gələcək rəftarlarından xəbər verir.

Bildirişlər


1. Münafiqlərin cihadla bağlı istəklərinə etimad göstərməyək. Onlar hərəkət zamanı qalmaq üçün, geriyə qayıtdıqdan sonra hərəkət üçün icazə istəyirlər.

2. Dünən fərarilik edib bu gün cihad istəyinə düşənlərdən qorxaq.

3. Fərdlərin pis keçmişini unutmayaq.

4. Münafiqlərin iç üzünü açıb onları alçaldaq. Peyğəmbərlə döyüş yoldaşı olmaq ilahi bir lütfdür. Cəbhəyə getməməkdən fərəhlənən münafiqlər bu lütfdən daim məhrum qalmalıdırlar.


Ayə 84:

﴿وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَىَ قَبْرِهِ إِنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَرَسُولِهِ وَمَاتُواْ وَهُمْ فَاسِقُونَ﴾

Münafiqlərdən heç birisinin ölüsünə namaz qılma və dua üçün qəbri üstə dayanma. Çünki onlar Allaha və Onun rəsuluna kafir oldular, azğın halda dünyadan getdilər.”


Nöqtələr


◘Müsəlmanlardan biri öldükdə onun dəfnində iştirak etmək, onun üçün dua edib cənazə namazı qılmaq həzrət Peyğəmbərin (s) qaydası idi. Allah-təala bu ayəni nazil etməklə, münafiq halda ölənlərin mərasimində Peyğəmbərin (s) iştirakına qadağa qoydu.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) meyyit namazında dördüncü təkbirdən (“Allahu əkbər”-dən) sonra ölü üçün dua edərdi. Bu ayə nazil olduqdan sonra həzrət bir daha belə dua etmədi.”1


Bildirişlər


1. Münafiqlərlə mübarizə üsullarından biri mənfi mübarizə, yəni onlardan uzaqlıqdır.

2. Münafiqin ölüsünə də həqarətlə yanaşmaq lazımdır. Onların dəfnində iştirak etməyək və qəbirlərinin ziyarətinə getməyək.

3. Müxaliflərin tənbehi üçün namazdan da istifadə edək.

4. Meyit namazı və qəbir ziyarəti öləndən sonra möminə hörmət nişanəsi və bəyənilmiş işdir. Münafiqin isə belə bir hörməti yoxdur.

5. Münafiq kafir və azğındır.

6. İşin aqibəti mühümdür. Təhlükə odur ki, insan tövbə etmədən, azğın halda dünyasını dəyişsin.


Ayə 85:

﴿وَلاَ تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلاَدُهُمْ إِنَّمَا يُرِيدُ اللّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَ﴾

Onların var-dövləti və övladları səni heyrətə gətirməsin. Həqiqətən, Allah bu vasitə ilə onlara dünyada əzab vermək, canlarının küfr halında çıxmasını istəyir.”


Nöqtələr


◘İlkin İslam dövründə münafiqlərin çoxlu var-dövləti, övladları və imkanları vardı. Müsəlmanlar isə bu baxımdan zəif idilər. Müsəlmanların ehtiyac səbəbindən münafiqlərə yaxınlaşma təhlükəsi olduğundan uyğun ayə vasitəsi ilə onlara xəbərdarlıq olundu. Bu surənin 55-ci ayəsində də eyni məsələyə toxunulur.

◘“Zəhuq” dedikdə çətinlik, təəssüb və həsrətlə xaric olmaq mənası başa düşülür.


Bildirişlər


1. Başqalarının imkanlı olmasına görə özümüzü əskik saymayaq.

2. Var-dövlət və övlad bəzən xoşbəxtliyə yox, əzaba aparır.

3.Allah bəzən dünyəvi təzahürlərlə cəzalandırır.

4. Ölüm yoxluq yox, ruhun bədəndən çıxmasıdır.

5. Bir ömür küfr və naşükürlük insanın dünyadan kafir getməsinə səbəb olur.

6. Dəyər ölçüsü bir neçə günlük rifah yox, xeyir aqibət və imanlı ölümdür.


Ayə 86:

﴿وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ آمِنُواْ بِاللّهِ وَجَاهِدُواْ مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُوْلُواْ الطَّوْلِ مِنْهُمْ وَقَالُواْ ذَرْنَا نَكُن مَّعَ الْقَاعِدِينَ﴾

Əgər surə nazil olsa ki, Allaha iman gətirin və peyğəmbərlə birlikdə cihad edin, sərvət sahibləri (münafiqlər) səndən (peyğəmbərdən) mürəxxəs olmaq icazəsi istəyib deyərlər: “Bizi azad burax, qoy evdə oturanlarla qalaq.”




Ayə 87:

﴿رَضُواْ بِأَن يَكُونُواْ مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَفْقَهُونَ﴾

Onlar müxaliflər və evdə oturanlarla qalmağa razı oldular. Onların qəlblərinə möhür vurulmuşdur, bu səbəbdən də anlamırlar.”


Nöqtələr


◘“Təvl” dedikdə imkan və qüvvə, “ulut-təvl” dedikdə isə qüvvəlilər və sərvətlilər nəzərdə tutulur.

◘“Surə” dedikdə xüsusi mövzuları bəyan edən ayələr məcmusu nəzərdə tutulur. Bu səbəbdən də surənin müəyyən bir hissəsi də ”surə” adlandırılır.


Bildirişlər


1. Cihad Allaha iman şərtidir.

2. Peyğəmbər (s) savaş meydanında öndə dayanırdı.

3. Cihad müsəlmanların rəhbərinin göstərişi və onunla birlikdə həyata keçməlidir.

4. Cihada münasibətdə zəifliyimizə, nifaq və qorxumuza mürəxxəs olma icazəsi ilə don geyindirməyək.

5. Canını sevən rifahtələblər cihaddan daha çox qorxurlar. Onlara ümid bağlamayaq.

6. Münafiqlər qəlbi ölmüşlərdirlər.

7. Dünyapərəstlik, rahattələblik və nifaq ruhiyyəsi insanı düzgün baxış və dərin mərifətdən məhrum qoyur.
Ayə: 88

﴿لَـكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَأُوْلَـئِكَ لَهُمُ الْخَيْرَاتُ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ﴾

Amma peyğəmbər və onunla birlikdə olan möminlər öz malları və canları ilə cihad etdilər. Onlardır bütün xeyir və yaxşılığa sahib olanlar, onlardır nicat tapanlar.”


Bildirişlər


1. Münafiqlərin və rahattələblərin döyüşdə iştirak etməməsinə görə narahat olmayaq.

2. Münafiqlər elə düşünürlər ki, onlar cihadda iştirak etməsə, İslam köməksiz qalacaq.

3. Rəhbər döyüşçülərdən öndədir.

4. Peyğəmbərə iman azdır, onun yanında olmaq lazımdır.

5. Cihad hərtərəfli olmalıdır.

6. Yalnız iman və cihad sayəsində nicat tapmaq olar.

7. Döyüş və cihad döyüşçülərə ilahi xeyir və bərəkət nazil olması ilə nəticələnir.

8. Mücahidlər qalib də gəlsələr, zahirən məğlub da olsalar, nicat tapmışlar.


Ayə: 89

﴿أَعَدَّ اللّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾

Allah onlar üçün altından çaylar axan bağlar hazırlamışdır və orada əbədi qalarlar. Bu, həmin böyük qurtuluşdur.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə