Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə27/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

Nöqtələr


◘“Ğəramət” sözündən olan “məğrəm” sözü muğayat olmaq mənasını bildirir. Bir-birinə bağlı borclu və tələbkar “ğərim” adlanır. Borcu qaytarmaq üçün insana yanaşan borcluya “məğrəm” deyilir.

◘“Dairə” sözünün cəm forması olan “dəvair” sözü insanı öz ağuşuna almış hadisələrə deyilir.


Bildirişlər


1. Münafiq və ilahi hədlərdən xəbərsiz insan infaqı zərər sayır.

2. Münafiq həsədçildir və başqaları üçün yalnız pislik istəyir.

3. Başqalarına pislik istəyən özü pisliklə rastlaşar.

4. Allah insanın dediklərindən və xasiyyətlərindən agahdır.


Ayə 99:

﴿وَمِنَ الأَعْرَابِ مَن يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللّهِ وَصَلَوَاتِ الرَّسُولِ أَلا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ سَيُدْخِلُهُمُ اللّهُ فِي رَحْمَتِهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾

Amma bədəvi ərəblərdən bəziləri Allaha və qiyamət gününə imanlı kəslərdir. Onlar infaq etdiklərini Allaha yaxınlıq və peyğəmbərin duası üçün vasitə bilirlər. Agah olun ki, həmin infaqlar onlar üçün yaxınlıq səbəbidir. Tezliklə Allah onları Öz rəhmətinə daxil edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Bildirişlər


1. Bir dəstəni məzəmət edərkən onların arasındakı yaxşıları nəzərdən qaçırmayaq.

2. Bədəvilik və ictimai mühit təkamül imkanını insanın əlindən almır.

3. İman infaq və aramlığa zəmin yaradır.

4. Allaha yaxınlıq üçün maddi imkanlardan bəhrələnək.

5. Sırf əməl yox, xalis niyyət Allaha yaxınlıq səbəbidir. Həm mömin infaq edir, həm də münafiq. Amma möminin infaqı mədh olunmuşdur.

6. Peyğəmbərin razılığını qazanmaq üçün iş görmək tövhid əqidəsinə zidd deyil.

7. İnfaq edən mömin peyğəmbərin duasına nail olur.

8. Mömin ilahi rəhmətə qərq olmuşdur. Münafiq isə acı hadisələrə qərq olmuş vəziyyətdədir.

9. Mədəni mühitdən uzaq olan bədəvi ərəblərin xalis niyyətlə etdikləri infaq daha çox dəyərləndirilir.
Ayə 100:

﴿وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ﴾

Mühacirlərdən, ənsardan və yaxşılıqda onlara itaət edənlərin öncüllərindən Allah razıdır. Onlar da Allahdan razıdırlar. Onlar üçün altından çaylar axan bağlar hazırlanmışdır və orada əbədidirlər. Budur böyük qurtuluş və feyz.”


Nöqtələr


◘Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah öncə müsbət keçmişli mühacirləri, sonra ənsar və köməkçiləri, daha sonra onların ardıcıllarını yada salır. Beləcə, hər bir dəstənin məqamı öz yerində bəyan olunmuşdur.”1

◘Müsəlmanların ümumi rəyinə görə, İslamı qəbul etmiş ilk qadın həzrət Xədicə olmuşdur. Bütün şiə və bəzi sünni mənbələrinin bildirdiyinə görə, İslamı qəbul etmiş ilk kişi Əli ibn Əbi-Talibdir (ə).2 Həzrət Əlinin (ə) ilk iman gətirən kişi olduğunu hamı qəbul etsə də, bəziləri bildirirlər ki, on yaşlı növcavanın imanı ciddi deyil. Onların cavabında deməliyik ki, Həzrət İsa və həzrət Yəhya da uşaq vaxtı peyğəmbərliyə çatmışdı.

Bildirişlər


1. Yaxşı işdə öncüllük dəyərdir. Hərəkatlarda öncüllərin mövqeyi hifz olunmalıdır.

2. Mühacirlərin və ənsarın bir qismi ilahi razılıq əldə edə bilmir.

3. Keçmişdəkilərin hər baxışına yox, kamilliklərinə itaət dəyərdir.

4. Mömin Allahın qəzavü-qədərindən razı olarsa, Allah da ondan razı olar.

5. Behişt iman, öncüllük, hicrət, yardım və ehsan sayəsində əldə olunur.
Ayə 101:

﴿وَمِمَّنْ حَوْلَكُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ﴾

Sizin bədəvi ardıcıllarınızdan bir qismi münafiqdir. Mədinə əhlinin də bir dəstəsi nifaqa üz tutmuşdur. Sən onları tanımırsan, onları Biz tanıyırıq. Tezliklə onlara iki əzab verəcəyik. Sonra ağır əzaba doğru qaytarılarlar.”


Nöqtələr


◘“Mərədu” dedikdə bir işin xasiyyət yaradanadək təkrarı nəzərdə tutulur.

◘Ayədə qeyd olunan iki əzabdan biri xalq arasında rüsvayçılıq, digəri çətin can verməkdir. Necə ki, “Ənfal” surəsinin 50-ci ayəsində buyurmuşdur: “Ölüm mələkləri onların üzlərinə və arxalarına sillə vurarlar.” İki əzab dedikdə ruhun və cismin əzabı nəzərdə tutula bilər.


Bildirişlər


1. Yaxınlıqdakı münafiqləri nəzərdən qaçırmayaq.

2. Bədəvilərin küfr və nifaqı tünd də olsa, aşkardır. Şəhər əhlinin nifaqı isə pərdəlidir.

3. Nifaqın mərhələləri var. Nifaq bəzən səthi, bəzən köklü olur.

4. Peyğəmbər yalnız Allahın bəxşişi və təlimi sayəsində qeybdən xəbər tutur.

5. Öz azğınlığı üzərində israr göstərən və bu azğınlığın xasiyyətə çevrildiyi kəslər daha ağır əzaba düçar olurlar.

6. Münafiq həm dünya, həm də axirətdə müşkül içindədir. Onun çətinlikləri bir o qədər də uzaqda deyil.



Ayə 102:

﴿وَآخَرُونَ اعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللّهُ أَن يَتُوبَ عَلَيْهِمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾

(Ərəblərdən) bir başqaları da var ki, öz günahlarını etiraf etmişlər. Onlar yaxşı işi pis işə qarışdırmışlar. Ümid var ki, Allah onların tövbəsini qəbul etsin (Öz lütfünü onlara qaytarsın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Peyğəmbərin (s) tərəfdarlarından bir neçəsi Təbuk döyüşündə iştirak etməkdən boyun qaçırdı. Onları buna sövq edən nifaq yox, dünyaya bağlılıq idi. Məzəmmət dolu ayələr nazil olduqdan sonra belələri peşman oldular və tövbə nişanəsi olaraq özlərini məscidin sütununa bağladılar. Nəhayət, Allah onların tövbəsini qəbul etdi və həzrət Peyğəmbər (s) onları sütunlardan açdı.

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə