Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə15/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

Bildirişlər


1. Hərbi qüvvələrə komandanlıq Peyğəmbər (s) və İslam cəmiyyətinin rəhbərinə aid məsuliyyətlərdəndir.

2. Hədəfsiz münafiqlər həzrət Peyğəmbəri(s) fitnəkar sayırdılar.

3. Münafiqlərin nəzərində Allah yolunda cihad bəladır.

4. Döyüş fitnə və sınaq butasıdır.

5. Bəzi münafiqlər imanlı insanları aldatmaq üçün dini məsələlərdən istifadə edirlər. (Onlar Rum qızlarına baxmamaq bəhanəsi ilə Allah və Onun rəsulunun əmrini ayaq altına alırlar.)

6. Döyüş fitnəsindən qorxanlar daha üstün fitnəyə düçar olurlar.

7. İlahi sınaqdan qaçmaq mümkünsüzdür.1

8. Münafiqlərin cihaddan kənarlaşmaq üçün bəhanə gətirməsi küfr səbəbidir.

9. Günah kafirlərin vücudunu əhatə etdiyindən cəhənnəm odu da onları əhatəyə alır.2
Ayə 50:

﴿إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُواْ قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّواْ وَّهُمْ فَرِحُونَ﴾

Sənə yaxşılıq üz verdikdə münafiqlər narahat olurlar. Sənə bir müsibət üz verdikdə isə deyirlər: “Biz öncədən özümüzə çarə qılmışıq” və xoşhallıqla dönüb gedirlər.”


Bildirişlər


1. Peyğəmbər və din rəhbəri İslam quruluşunun və ümmətin simasıdır.

2. Başqalarının xoş gününə narahat olan şəxsdə həsəd və münafiq sifəti vardır.

3. Dost-düşmənimizi acı və şirin hadisələr zamanı tanıyaq.

4. Peyğəmbər döyüşlərində həm qələbə olub, həm də məğlubiyyət.

5. Fürsəti qənimət sayan münafiqlər müsəlmanların rastlaşdıqları çətinliklərdən öz məqsədləri üçün istifadə edir və uzaqgörən olduqlarını bildirirdilər.
Ayə 51:

﴿قُل لَّن يُصِيبَنَا إِلاَّ مَا كَتَبَ اللّهُ لَنَا هُوَ مَوْلاَنَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ﴾

De ki, Allahın müəyyənləşdirdiyindən qeyri bir şey heç vaxt bizə yetişməyəcək. O, bizim mövlamızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”


Bildirişlər


1. Rəhbər və ümmət həm qəm, həm də şadlıqda şərikdir.

2. Biz vəzifəmizi yerinə yetirməliyik, nəticəyə cavabdeh deyilik. Biz cihad edirik, amma müqəddərat Allahın əlindədir.

3. Həqiqi möminlər hətta çətinlikləri də öz xeyirlərinə bilirlər.

4. İnsanın müqəddəratı öncədən yazılmışdır.

5. Ağa öz qulu üçün pislik istəməz. Allah möminlər üçün yalnız xeyir yazmışdır.

6. Mö min insan özünü ilahi hakimiyyət altında bilir.

7. Tövhidin ən üstün dərəcəsi ilahi qanun çərçivəsində hərəkət edilməsi və taleyin hikmət sahibi olan Allaha tapşırılmasıdır.

8. Yalnız Allaha sığınmaq lazımdır.

9. İman şərti Allaha təvəkküldür.
Ayə 52:

﴿قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلاَّ إِحْدَى الْحُسْنَيَيْنِ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ اللّهُ بِعَذَابٍ مِّنْ عِندِهِ أَوْ بِأَيْدِينَا فَتَرَبَّصُواْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ﴾

(Ey Peyğəmbər! Münafiqlərə) de ki, bizim üçün iki yaxşıdan (qələbə və ya şəhadət) özgə bir şeymi gözləyirsiniz? Amma biz gözləyirik ki, Allahın əzabı ya Onun Özü tərəfindən, ya da bizim əlimizlə sizə yetişsin. Belə isə, siz intizarda olun, biz də sizinlə intizardayıq.”


Nöqtələr


◘Bu ayə Allahı möminlərin mövlası bilən, Onun yalnız xeyir yazdığını bəyan edən, hətta şəhidliyin də xeyir olduğunu bildirən ötən ayəni izah edir.

◘İmam Baqir (ə) “İhdəl-husnəyəyni” təbiri haqqında buyurmuşdur: “Məqsəd ya Allah yolunda şəhadət, ya da əsrin imamının (ə) zühurunun dərkidir.”1


Bildirişlər


1.”İki yaxşılıqdan biri” baxışını dost-düşmənə aydınlaşdırıb, təbliğ etmək lazımdır.

2. Möminlərin və münafiqlərin dəyərləndirmə ölçüsü fərqlidir. İman əhlinin nəzərində həyat və ölümün fərqi yoxdur. Əsas məsələ doğru yolda olmaqdır. Bu səbəbdən də həm qələbə, həm də şəhadət möminlər üçün qələbə sayılır.

3. İslamla döyüş və çəkişmədə öldürülən münafiqlər cəhənnəm əhlidirlər. Onlar döyüş meydanından kənarda ölsələr də, cəhənnəmə düşəsidirlər. Demək, ya möminlərin əli ilə, ya da Allah tərəfindən əzaba düçar olurlar.

4. Möminlər öz işlərinin məqsəd və nəticəsinə əmindirlər.


Ayə 53:

﴿قُلْ أَنفِقُواْ طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَاسِقِينَ﴾

(Cəbhədə iştirak əvəzinə maddi yardım göstərən münafiqlərə) de ki, istər könüllü, istər ikrahla etdiyiniz infaq sizdən heç vaxt qəbul olunmayacaq. Çünki siz həddi aşmış qövmsünüz.”


Nöqtələr


◘Təfsirlərə əsasən, Təbuk döyüşündə iştirak etməyən münafiqlər cəbhəyə maddi yardım göstərməklə qələbəyə şərik olmaq istəyirdilər.

◘Münafiqlərin infaqının qəbul olunmaması dedikdə, ya onlardan dünyada maddi yardımların qəbul olunmaması, ya da axirətdə onlara mükafat verilməməsi nəzərdə tutulur.


Bildirişlər


1. İnfaq təkcə qarın doyurmaq üçün deyil. İslam infaqın ruhun islahına və mənəvi təkamülə təsirini nəzərdə tutur.

2. Fərdlərin ruhu, niyyəti və batini onların əməllərinin dəyərinə təsir göstərir. Müsəlmanların qələbəsindən qəmlənən, onların məğlubiyyətinə sevinən münafiqin əməlləri səmərəsizdir.

3. Münafiqlərin xidmətləri və infaqları dəyərsizdir və puça çıxar.

4. Hər adamdan hər köməyi qəbul etməyək.

5. Əməllərin qəbulu üçün təqva və pak qəlb lazımdır. Siyasi, ictimai, ibadi və əxlaqi məsələlər bir-birləri ilə əlaqəlidir.

6. Günah əməllərin qəbuluna mane olur.


Ayə 54:

﴿وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلاَّ أَنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَبِرَسُولِهِ وَلاَ يَأْتُونَ الصَّلاَةَ إِلاَّ وَهُمْ كُسَالَى وَلاَ يُنفِقُونَ إِلاَّ وَهُمْ كَارِهُونَ﴾

Münafiqlərdən infaqın qəbul olunmamasının səbəbi yalnız Allah və Onun rəsuluna kafir olmaları, namazı süstlüklə, halsız qılmaları və ikrahla infaq etmələridir.”


Nöqtələr


◘Ötən ayədə bəyan olundu ki, münafiqlərin istər könüllü, istər könülsüz infaqları qəbul deyil. Burada isə bəyan olunur ki, onların infaqı ikrahla müşayiət olunur.

◘İslam dövlətinin xüms, zəkat, sədəqə və infaq kimi gəlirlərinin digər dövlət gəlirlərindən üstünlükləri:

1. Fərdlər həmin gəlirləri öz istək və iradələri, dini vicdanları əsasında ödəyirlər;

2. Bu gəlir qorxusuz və Allaha yaxınlıq məqsədi ilə ödənir;

3. Xüms, zəkat, sədəqə və infaq verənlər öz verdiklərini qiyamət ehtiyatı sayırlar;

4. Dini ödənc almaq üçün ədalətli alim seçirlər;

5. Məsrəf yeri bilinir və nəzarətdə saxlanılır;

6. Alan üçün sadə həyat tərzi şərt sayılır və Allaha şükr edilir.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə