Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə34/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

Nöqtələr


◘Yaxındakı düşmənlərlə döyüşün bəzi məziyyətləri var: az xəzinə ilə keçinmək imkanı, düşmən haqqında daha ətraflı məlumat, cəbhə ehtiyaclarının və ümumi hazırlığın asan əldə olunması; döyüş məntəqəsinə sürətlə çatmaq imkanı; yaxındakı həm özü düşməndir, həm də uzaq düşmənin əli ola bilər.

◘“Ğilzə” dedikdə daşürəklilik və pis xasiyyət yox, sərtlik, möhkəmlik, qüdrət nəzərdə tutulur. Bu səbəbdən də İslam ordusunun qüdrətini göstərən manevrlər, paradlar, geyimlər, şüarlar bəyənilmişdir. Məkkənin fəthi zamanı həzrət Peyğəmbər (s) müsəlmanlara göstəriş verdi ki, Əbu-Süfyanın qarşısından nizamla ötüşüb öz qüdrətlərini göstərsinlər və bununla da müşriklərin ruhiyyəsini qırsınlar.

◘Bütün İslam təlimlərində “yaxın imtiyazlıdır” prinsipi nəzərə alınmışdır. İnfaq və sədəqədə yetim və yoxsul qohumlar, zəkatda məhəllədəki ehtiyaclılar, döyüşdə ən yaxın düşmən, təbliğatda insanın ətrafındakılar, məsciddə məscidin qonşuları, süfrədə ən yaxında oturan, camaat namazında kamillik baxımından imama münasib olanlar önəmli sayılırlar.

◘Ayədə müdafiədən yox, azadlıq carçısı olan cihaddan danışılır. Bu səbəbdən də kafirlərin hücum şəraitindən yox, İslam mübarizlərinin sifətlərindən söhbət açılır.1

◘Həzrət Peyğəmbər (s) İslam ordusuna təkrar-təkrar belə tövsiyə edirdi: “Təqvalı olun, kafir qadınlarına zərər vurmayın, ağacları qırmayın.” Həzrət (s) bir dəfə kafir qızını öldürülmüş görüb çox narahat oldu.2

Bildirişlər


1. İman əməl və mübarizə ilə müşayiət olunmalıdır.

2.Yaxındakı düşmənlərin dəfi öndə gəlir. (İslamın döyüş strategiyasına görə, öncə yaxındakı düşmənlə mübarizə aparılmalıdır. İdeoloji mübarizədə də öncə mövcud şübhələrə cavab verilməlidir.)

3. Düşmənə münasibətdə sərtlik üçün hər cür tədarük görülməlidir. Döyüşçülərin şücaəti, silahların müasirliyi, mütərəqqi biliklər diqqət mərkəzində olmalıdır.

4. İslam ordusunun sərtliyi və heybəti olmalıdır.

5. Daxili şücaət zahiri sərtliklə müşayiət olunmalıdır.

6. Sərtliklə yanaşı təqva prinsipinə də riayət olunmalıdır.

7. Cihad ilahi təqva cilvələrindəndir.

8. Döyüşdə hisslər alovlandığından döyüşçülər təqva prinsipinə ciddi riayət etməlidirlər.


Ayə 124:

﴿وَإِذَا مَا أُنزِلَتْ سُورَةٌ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَـذِهِ إِيمَانًا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ﴾

Bir surə nazil olduqda münafiqlərdən bəziləri deyir: “Bu surə sizlərin hansı birinizin imanını artırdı?” Amma iman gətirənlərin imanı artar və onlar müjdə alarlar.”


Bildirişlər


1. Quran nazil olan zaman istehza və mənfi münasibət nifaq nişanəsidir.

2. Münafiqlər öz sualları ilə mənfi ruhiyyələrini başqalarına sirayət etdirirlər.

3. Möminlər münafiqlərin sual və şübhələrini cavablandırmağa hazır olmalıdırlar.

4. İmanın mərtəbələri var. O artıb-azala bilər, necə ki, nifaq genişlənə bilir.

5. Quran mömini münafiqdən seçmək üçün yaxşı vasitədir.

6. Quran ayələrini eşidərkən ruhun şadlanması imanın təkamül nişanəsidir.

7. Quran iman əhlinə müjdə qaynağıdır.


Ayə 125:

﴿وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَى رِجْسِهِمْ وَمَاتُواْ وَهُمْ كَافِرُونَ﴾

Amma (bu ayələr) qəlblərində xəstəlik olanların çirkinliyini artırar və küfr halında ölərlər.”


Nöqtələr


◘Əgər ölünün cəsədi bir gölməçəyə düşsə, yağış yağdıqca daha da üfunətlənər. Bu üfunəti artıran yağış yox, cəsəd özüdür. Quran ayələri nazil olduqca inadkar və təkəbbürlü insanın qəlb xəstəliyi daha da güclənər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Çirkinlik üzərinə çirkinlik” dedikdə “şəkk üzərinə şəkk” nəzərdə tutulur.”1


Bildirişlər


1. Ruhi xəstəliklər də bədən xəstəlikləri kimidir. Bu xəstəlik müalicə olunmazsa, güclənib insanı məhv edər.

2. Küfr, haqqı gizləmək, naşükürlük insan ruhunun və qəlbinin təhlükəli xəstəliyidir.

3. Münafiqin aqibəti pisdir.
Ayə 126:

﴿أَوَلاَ يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لاَ يَتُوبُونَ وَلاَ هُمْ يَذَّكَّرُونَ﴾

Görmürlərmi ki, onlar hər ildə bir və ya iki dəfə sınağa çəkilirlər, amma nə tövbə edərlər, nə də öyüd götürərlər.”


Bildirişlər


1. Hər bir dövrdə hər bir kəsin sınağa çəkilməsi ilahi sünnələrdəndir.

2. Hadisələrin və ilahi sınaqların fəlsəfəsi tövbə və tənbehdir.

3. İlahi sınaqların təsirsizliyi insandakı nifaq və qəlb xəstəliyinin nişanəsidir. Bu xüsusiyyətlər məzəmmət olunmuşdur.

4. Daşqəlblilik və pis aqibət nifaq nəticəsidir.



Ayə 127:

﴿وَإِذَا مَا أُنزِلَتْ سُورَةٌ نَّظَرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ هَلْ يَرَاكُم مِّنْ أَحَدٍ ثُمَّ انصَرَفُواْ صَرَفَ اللّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَفْقَهُون﴾

Əgər bir surə nazil olsa, onlardan (münafiqlərdən) bəziləri bəzilərinə baxar, (soruşar:) sizi bir kəs görürmü? Sonra (Peyğəmbərin (s) hüzurundan yavaşca) xaric olarlar. Allah onların qəlblərini (haqdan) döndərmişdir. Çünki onlar anlamaz qövmdürlər.”


Nöqtələr


◘Münafiqlərə Quran ayələri heç bir təsir göstərmir. Necə ki, cərəyan yanmış elektrik lampasını işıqlandıra bilmir.

Bildirişlər


1. Çirkin niyyətlərinin ifşa olunması münafiqləri ağrıdır, onlar gizli fəaliyyət göstərməyə çalışırlar.

2. İlahi ayələr münafiqlərdə ikrah doğurur.

3. Münafiqlər Quran məclislərindən qaçırlar. Qurandan uzaqlıq nifaq və qəlbin xəstəliyi nişanəsidir.

4. İlahi qəhri doğuran insanın hidayət ruhiyyəsindən uzaqlığıdır.

5. Qurandan uzaqlığın səbəbi düzgün düşüncədən məhrumluqdur.
Ayə 128:

﴿لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ﴾

Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizi incidən şey ona ağırdır. O sizin hidayətiniz üçün can yandırır və möminlərə rəfətli (mərhəmətli, şəfqətli), mehribandır.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə