Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə48/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

Nöqtələr


◘Ötən ayədə Allahın malikiyyətinə, bu ayədə isə Onun varlıq aləmindəki hikmətli tədbirinə işarə olunmuşdur.

◘Quranda ruhi aramlıq tilavət, gecəni oyaq qalmaq, təsbih, qunut, səcdə ünvanlarında bəyan olunmuşdur.1

Fiziki aramlıq isə yuxu və istirahət vasitəsi ilə olur.2

Bildirişlər


1. Gecə və gündüz tədbirlə, insanın bəhrələnmə məqsədi ilə, hikmətlə proqramlaşdırılmışdır.

2. Gecə istər ruhi, istər fiziki aramlıq üçündür.


Ayə 68:

﴿قَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ هُوَ الْغَنِيُّ لَهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ إِنْ عِندَكُم مِّن سُلْطَانٍ بِهَـذَا أَتقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ﴾

(Müşriklər) dedilər: “Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?”


Nöqtələr


◘“İttəxəzəllahu vələdən” cümləsi “bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar.

◘Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyxaya dedi: “Yusifi övladlığa götürək.”3 Fironun arvadı Asiya ona dedi: “Musanı övladlığa götürək.”4


Bildirişlər


1. Allahın övlad götürməsinə heç bir səbəb yoxdur. O nə tənhalıqdan qorxur, nə varisə ehtiyaclıdır, nə köməkçiyə ehtiyac duyur, nə də nəsil davamı üçün övlada möhtacdır.

2. Dini əqidələr dəlilə əsaslanmalıdır.

3. Elmi əsası olmayan, dəlilsiz sözün dəyəri yoxdur.
Ayə 69:

﴿قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ﴾

De ki, həqiqətən, Allaha iftira yaxanlar nicat tapmır.”




Ayə 70:

﴿مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُواْ يَكْفُرُونَ﴾

Onların dünyada bəhrələri azdır. Sonra Bizə doğru qayıdarlar. Həmin vaxt küfrlərinin cəzası olaraq onlara ağır əzabı daddırarıq.”


Nöqtələr


◘“Mətaun”, “mutə” dedikdə qısa bir müddət bəhrələnmə nəzərdə tutulur. İnsan dünya nemətlərindən qısa bir müddət bəhrələndiyi üçün Quran dünya işlərinə münasibətdə “mətaun” sözünü işlətmişdir.

Sual: Əgər iftira yaxanlar nicat tapmırsa, nə üçün maddi dünyada rifah içində yaşayırlar?



Cavab: Bu rifah və firavanlıq müvəqqətidir. Onların əsil cəzaları Allaha doğru qayıtdıqları vaxt, axirət həyatındadır.

Bildirişlər


1. Şəfaət ümidi ilə insanı Allahın oğlu sayanlar məqsədlərinə çatmırlar.

2. Yalançı nicat tapmır.

3. Əgər müvəqqəti ləzzətin ardınca daimi əzab gəlirsə, bu ləzzət heç nəyə dəyməz.

4. Dünya ləzzətləri ötəridir.

5. Məadın xatırlanması insanı çaşqınlıq və günahdan uzaqlaşdıran amillərdəndir.

6. Müxtəlif bidətlər, təhriflər, rəy əsasında təfsirlər, Allaha övlad aid edilməsi ilə Allaha iftira yaxmaq küfrdür.


Ayə 71:

﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللّهِ فَعَلَى اللّهِ تَوَكَّلْتُ فَأَجْمِعُواْ أَمْرَكُمْ وَشُرَكَاءكُمْ ثُمَّ لاَ يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُواْ إِلَيَّ وَلاَ تُنظِرُونِ﴾

Onlara Nuhun əhvalatını oxu. O öz qövmünə dedi: “Ey mənim qövmüm! Əgər mənim qalmağım, (aranızdakı mövqeyim), Allahın ayələrini xatırlatmağım sizə ağır və dözülməz gəlirsə, (bilin ki,) mən yalnız Allaha təvəkkül etmişəm. Siz və şərikləriniz fikrinizi cəmləyin ki, işinizdən sizə qaranlıq qalmasın. Sonra mənim haqqımda qərar çıxarın və mənə möhlət verməyin.”


Nöqtələr


◘Ayədə həzrət Nuhun ilahi yardımlar sayəsində yenilməzliyindən, onun düşmən qurğularından qorxmamasından danışılır.

◘Nəql edirlər ki, İmam Hüseyn (ə) Kərbəlada aşura günortasından öncə Kufə qoşununa bu ayəni oxumuşdur.1


Bildirişlər


1. Xalqı keçmişin mühüm xəbərləri, tarix və onun fəlsəfəsi ilə tanış etmək ilahi rəhbərlərin vəzifəsidir.

2. Peyğəmbərlər xalq içindən çıxmışdılar və xalq arasında idilər. Onlar son anadək öz müxalifləri ilə mərhəmətli davranırdılar.

3. Qəlb hazırlığı olmadıqda hətta peyğəmbərlərin də xəbərdarlığı ağır gəlir.

4. Məqsədə iman peyğəmbərlərin ən böyük müqavimət və mübarizə vasitəsidir.

5. Peyğəmbərlər öz müxaliflərini mübarizəyə çağırırdılar.

6. Peyğəmbərlər Allaha təvəkkül etməklə, müxalif qüdrətləri puç bilməklə onları alçaldır və möminlərə şücaət verirdilər. Məkkədə azlıqda olan müsəlmanların bu ayələri tilavət etmələri onların böyük ruhundan və kamil şücaətindən danışır.

7. Düzgün qiymətləndirmə, qüvvələrin səfərbərliyə alınması və qəti qərar mübarizə üsullarındandır.

8. Peyğəmbərlər şəhadətdən qorxmurdular.


Ayə 72:

﴿فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّهِ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ﴾

Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.”


Nöqtələr


◘İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir.

Bildirişlər


1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur.

2. Müvəffəq və təsirli təbliğatçı o kəsdir ki, xalqın malında gözü olmasın və bunu xalqa elan etsin.

3. Peyğəmbərlər xalqdan heç bir əvəz istəməmiş, onlardan mal, xidmət umacağında olmamışlar.

4. Əgər bütün xalq dindən üz çevirsə, bunun ilahi rəhbərə heç bir təsiri yoxdur. İlahi rəhbər Allahın dininə təslimdir.

5. Axirət mükafatına inanan kəs dünyəvi mükafat istəyini qəlbindən rahatca çıxarır.

6. Bütün peyğəmbərlərə haqq qarşısında təslim olunmaq əmr edilmişdir.

7. Xalqın Allaha təslim olmasını istəyən kəs öncə özü təslim olmalıdır.

8. Bu gün xalqı üz çevirmiş görsən də, Allahın Ona təslim olmuş bəndələri çoxdur, belə isə sən onlara qoşul.


Ayə 73:

﴿فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلاَئِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ﴾

Onu (Nuhu) təkzib etdilər. Həmin vaxt Biz ona və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları yer üzündə canişin qərar verdik. Ayələrimizi təkzib edənlərin hamısını qərq etdik. Bax gör, xəbərdarlıq edilənlərin sonu necə oldu?”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə