Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə26/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Ədəbiyyat

  1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981

  2. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985

  3. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988

  4. Əliyev K. Natiqlik sənəti. Bakı. 1994

  5. Ə. Əfəndizadə Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı. 1983

  6. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013

  7. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.

  8. T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018

MÖVZU 9
İşgüzar kommunikasiya prosesində danışma və dinləmə mədəniyyəti.
IX Mühazirənin
PLANI

  1. Kommunikasiya mədəniyyəti

  2. Dinləmə formaları

  3. Çətin dinləyici

Danışıq insan fəaliyyətinin bütün sferalarını əhatə edir. Bu zaman danışıq yardımçı vasitə yox, insanın konkret fəaliyyətindən asılı olaraq formalaşan məqsədyönlü və şüurlu prosesdir. Məzmun planında danışıq insanın fəaliyyət dairəsini əks etdirir. Məhz bunun nəticəsi olaraq hər kəs öz nitqini fəaliyyət dairəsinə daxil olan dil vahidləri üzərində qurmalı olur. Bəzən məcazi mənada nitqlə bağlı ən böyük peşənin elə həyatın özü olduğu bildirilir. Bu fikirlə razılaşsaq, onda belə bir nəticə çıxarmalıyıq ki, nitq həyatın nəbzidir.
Danışıq fəaliyyət formasıdır. Bu fəaliyyət nitq fəaliyyəti olduğundan digər fəaliyyət formalarından çeşidlidir. Bunlardan ən əsası danışığın motivlə bağlılığıdır. Bu o deməkdir ki, insanın danışması ixtiyari deyildir. Bunun üçün hansısa daxili tələbat(ehtiyac, zərurət), yəni motiv olmalıdır. Ümumiyyətlə, insanın digər fəaliyyət formaları üçün də motivlər zəruridir. Lakin kommunikativ motiv iki formada təzahür edir:

    1. İnsan sosial varlıq kimi ünsiyyətə möhtacdır.

    2. Konkret məqamlara nitq fəaliyyəti ilə müdaxilə etmək tələb olunur.

Birinci halda motivləşmə ümumi “kommunikativ motivləşmə” adlandırılır və ikincisi üçün baza rolunu oynayır. İkinci hal isə «situativ motivləşmə» adlandırılır. Bu da nitqin məqamdaxili hadisə olması ilə bağlıdır.
Danışıq vasitəsi ilə insan ətraf varlığın hadisə və proseslərinə öz aktiv münasibətini ifadə edir. Aktivlik isə yalnız insan danı- şan zaman deyil, dinləyici qismində çıxış etdikdə də təzahür edir. Əks halda normal ünsiyyət aktı, qarşılıqlı anlaşma, baş tuta bilməz. Hətta danışmadıqda belə insanın varlığında daxili bir aktivlik yaşayır və bu aktivlik hər dəqiqə nitq fəaliyyətinə sövq edə bilər. Nitqin predmetinə dinləyici biganə deyilsə, bu zaman, təbii ki, emosional münasibət oyanır. Bu isə subyektin ünsiyyət prosesinin iştirakçısına çevrilməsi ilə nəticələnir.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə