Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Nitqi dinləmə bacarığına yiyələnmək



Yüklə 390,98 Kb.
səhifə36/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Nitqi dinləmə bacarığına yiyələnmək. “Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür” (31, 88). Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə sahib olmayan adamların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər yerinə düşən kəlamdır.

Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər:Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər.



    1. Məlum olan əşya və hadisə barədə danışıldıqda.

    2. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.

    3. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda.

    4. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.

Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoy- maq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə” və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.

Ədəbiyyat

  1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981

  2. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985

  3. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988

  4. Əliyev K. Natiqlik sənəti. Bakı. 1994

  5. Ə. Əfəndizadə Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı. 1983

  6. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013

  7. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.

  8. T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018

MÖVZU 10


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə