Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


INSANIN TƏSƏRRÜFAT HƏYATININ PARADİQMALARI



Yüklə 421 Kb.
səhifə11/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
movzu1

INSANIN TƏSƏRRÜFAT HƏYATININ PARADİQMALARI aşağıdakılardır:
1.Formasiya paradiqması;
2.Sivilizasiya paradiqması.

İctimai-iqtisadi formasiya. Əsasında müvafiq istehsal üsulu dayanan cəmiyyətin tarixi forma­laş­mış tipidir. Formasiya öz varlığını növbəti yeni formasiyaya keçidlə davam etdirir. Formasiya para­diq­masının əsasında ictimai-iqtisadi formasiya kateqoriyası dayanır. İctimai-iqtisadi formasiya özündə bazi­si (maddi nemətlərin istehsal üsulunu, istehsal gücləri, istehsal vasitələri) və üstqurumu (müvafiq siyasi oriyentasiya) birləşdirir. «Formasiya» Karl Marks tərəfindən ictimai elmlərə geologiyadan gətirilmişdir.


İctimai-iqtisadi formasiyalar:
•İbtidai icma;
•Quldarlıq;
•Feodalizm;
•Kapitalizm;
•Kommunizm - iki fazada: Sosializm və Kommunizm.
SİVİLİZASİYA anlayışını XVIII əsrdə barbarlıq anlayışına əks olaraq fransız mütəfəkkirləri yaratmışlar. Bu zamanlar düşüncə obyekti olaraq siviliza­siya, qədim tarixin vəhşilik, barbarlıq mərhə­lə­sindən sonrakı III dövrü ifadə edirdi. Müasir zamanda sivilizasiya termini özünün ilkin mənasını praktiki olaraq itirmiş və o, hazırda yüksək tarixi və coğrafi mədəniyyətlərin məcmusunu ifadə etməkdədir. Sivi­lizasiyon yanaşma cəmiyyətin inkişafını ənənəvi, industrial və postindustrial formatda ehtiva edir.
Natural təsərrüfatçılıqdan əmtəə-pul münasibətlərinə keçid. Bizim eradan əvvəl IV minil­likdə Qədim Şərqdə artıq quldarlıq quruluşu yayılmağa başlamışdı. Bu cəmiyyət forma­sının yaranışı öz növbəsində natural təsərrüfatçılıqdan əmtəə-pul münasibətlərinə keçidə rəvac vermiş, icma, dövlət və şəxsi mülkiyyətin qarşılıqlı ünsiyyətini yeni inkişaf mərhələsinə yüksəltmişdi.
Klassik istehsal üsulu Qədim Şərqdə dövlətin təsərrüfat həyatında, xüsusən də əkinçilikdə irriqa­siyanın (quraq sahələrdə əkinlərin, tarlaların süni suvarılması) tənzimlənməsində iştirakı klassik və spesifik istehsal üsulunun yaranışına gətirib çıxarmışdır. Bu istehsal nümunəsi iqtisad elmi tarixinə «Asiya istehsal üsulu» kimi daxil olmuşdur. «Asiya istehsal üsulu» qədim Şərqdə dövlətin təsərrüfat həyatında, xüsusən də əkinçi­likdə irriqa­siyanın tənzimlənməsində iştirakı formasında yaranan istehsal ukladı formasıdır. Onun əsas əlamətləri:
1.təsərrüfat həyatının nizamlanmasında dövlətin aparıcı rolu;
2.səxsi əmlakın toxunulmazlığı;
3.ticarətin məhdudluğu kimi xüsusi istismar üsulu.
«Asiya istehsal üsulu»nun mahiyyəti fundamental kontekstdə tam açılmamış qalmaqdadır.
ANTİK İQTİSADİYYAT. Antik istehsal üsülu Şərqin sosial-iqtisadi strukturunda özəl mülkiy­yət formasının olması ilə fərqlənir. Onun ictimai olan tərəfləri də mövcuddur. Antik istehsal üsülunun mövcud olduğu ərazidə iqlim əlverişliliyi əkinçilikdə müvafiq irriqasiya sistemlərinin yaradılmasını gərəksiz etmişdir. Bu üsül daha çox şəhər-dövlət tipli istehsal formasında çıxış etmiş və burada qul əməyindən geniş istifadə edilmişdir.
Antik iqtisadiyyatın yaranışı bizim eradan əvvəl IX əsrdə başlamış, bizim eranın II əsrinin sonunda böhrana uğramışdır. Onun coğrafiyası Yunanıstan və Romadır. Antik mülkiyyətçi özü-özlü­yün­də müstəqil olmayaraq şəhər-dövlətin tərkib hissəsi kimi çıxış etmişdir. Antik iqtisadiyyatda sənət­kar­lıq emalatxana formasında olmaqla kənd təsərrüfatından ayrılıqda fəaliyyət göstərmişdir.
Orta əsrlər iqtisadiyyatı. Quldarlıq cəmiyyətlərinin çökməsi ictimai həyatın yeni şərtləri zəmi­nin­də feodal epoxasını formalaşdırdı. Feodal iqtisadiyyatının bazisini kəndli və sənətkarların xırda istehsalı, feodalların torpaq mülkiyyəti və xarici iqtisadi əlaqələr təşkil edirdi. Natural təsərrüfatın hökm sürdüyü feodal iqtisadiyyatı spesifik xarakterə malik olmaqla, ruhanilərin yaratdığı dini-ideoloji çərçivədə formalaşmışdı.
Şərq Qərbin iqtisadi inkisaf səviyyələri. II minilliyin başlanğıcında Şərq ölkələrində inki­­şaf səviy­yə­si Avropadan 1,5-2 dəfə yüksək idi. İstehsal üsulunun intellektual komponent­lərinə və savad­lı­lıq səviyyəsinə görə Şərq Avropanı 8-20 dəfə üstələyirdi.
Kapitalizm - şəxsi mülkiyyət və azad rəqabətin hökm sürdüyü iqtisadi sistemdir. Avropa, ABŞ, Yaponiya, Avstraliyada geniş yayılmışdır. Kapitalizmin ilkin əlamətləri Qədim Romada müşahidə olun­muş və ticarətin, sənayeləşmənin, bank işinin təşəkkülü XV əsrdə daha böyük vüsət almışdır. XVII əsrin sənaye inqilabı kapitalist münasibətlərinin inkişafında yeni amil olmuşdur. XIX əsrdə Böyük Britaniya iqtisadiyyatında kapitalizm azad sahibkarlıq və yaxud «xalis kapitalizm» formasında formalaşmışdır.
Sosializm istehsal prosesi və gəlirlərin bölgüsü ictimai nəzarətdə olan iqtisadi və sosial-siyasi sistemdir. Tam və ya qismən özəl mülkiyyəti əvəz edən istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır.
Kommunizm - tam bərabərlik, istehsal vasitələri üzərində ictimai mülkiyyət üzərin­də qurulan ictimai-iqtisadi cəmiyyətdir. Əsas prinsipi «hər kəsə bacarıq və tələbinə görə». Praktiki baxımdan belə bir cəmiyyətin hər hansı bir ölkədə formalaşdırılması mümkün olmamışdır.
Dünya iqtisadiyyatının dünya bazarının yaranışı ilə bağlı formalaşması mərhələləri:
I mərhələ - XV-XVIII əsrlər. Dövrün əsas hadisələri:
- dünya kapitalist bazarının yaranışı;
- manufaktura təsərrüfatının təşəkkülü və inkişafı;
- böyük coğrafi kəşflər;
- müstəmləkə ekspansiyaları.
II mərhələ -XVIII - XIX əsrlər. Dövrün əsas hadisələri:
- manufakturadan fabrik sisteminə keçid;
- sənaye inqilabları;
-burjua inqilabları.
Kapital ixracı. XIX əsrin ortalarında Avropa ölkələrindən kapitalın ixracı geniş miqyas aldı. Kapitalın əsas hissəsi dövlət istiqrazları olmaqla infrastrukturun qurulmasına, xüsusən də dəmiryol çəki­liş­lərinə yönəldi. Kapital ixracının yarıdan çoxu Latin Amerkası, Asiya, Afrika, Okeaniya ölkələrinə və 24%-i Şilmali Amerikaya axın etdi. Kapital ixracı qızıl standartının yaranışına rəvac verdi və bir sıra milli valyutaların qızıla konvertasiyasına yol açdı.
III mərhələsi - XIX əsrin sonu - XX əsrin I yarısı. Dövrün əsas hadisələri:
-dünya təsərrüfatının sistem olaraq formalaşması;
-istehsala elektrik enerjisinin tətbiqi;
-daxili yanma mühərriklərinin tətbiqinin genişləndirilməsi və maşın sistemlərinin yaranısı;
-material infrastrukturun inkişafı;
-dünyanın iqtisadi cəhətdən bölüşdürülməsi;
-inhisarçı kapitalizmə keçid.
IV mərhələsi - XX əsrin 50-ci illərindən bəri. Dövrün əsas hadisələri:
- beynəlxalq əmək bölgüsü sisteminin yeni formalarının təşəkkülü;
- təsərrüfat həyatının beynəlmiləlləşməsi;
- ölkələrin iqtisadiyyatlarının qarşılıqlı asılılığının artması;
- inhisarçı kapitalizmin korporativləşməyə transformasiyası;
- qloballaşma prosesi;
- texnoloji inqilablar, innovasiyaların inkişafı.
Dünya iqtisadiyyatının formalaşmasının XIX-XXI əsrlər mərhələsi. Dövrün ən mühüm hadisələri:
- dünyanın ərazi cəhətdən bölüşdürülməsinin başa çatması;
- müstəmləkə sisteminin dağılması;
- beynəlxalq iqtisadi təşkilatların təşəkkülü;
- beynəlxalq valyuta sistemlərinin yaranması;
- Avropa valyuta sisteminin yaranması;
- dünya iqtisadi böhranlarının təsir gücünün artması;
- qloballaşma və onun dərinləşməsi.
Dünya iqtisadiyyatının təşəkkülü və inkişaf xronologiyasının konseptual ümumiləşdirilməsi.
Xronoloji dövrlənmənin iki böyük mərhələsi:
1.Natural təsərrüfat.
2.Bazar iqtisadiyyatı.
Natural İqtisadiyyat - təsərrüfatçılığın primitiv tipidir. Natural iqtisadiyyatda istehsal satışa deyil, yalnız şəxsi ehtiyacların ödənilməsinə yönəlir. Xarakterik xususiyyəti:
- əmək bölgüsünün inkişaf etməsi;
- xarici aləmdən təcrid olunma;
- istehsal vasitələri və işçi qüvvəsi ilə özünütəminat;
- natural iqtisadiyyatda bazara ehtiyacın olmaması.
Bazar İqtisadiyyatı azad təsərrüfatçılıqdır. Bazar iqtisadiyyatının üç modeli:
1. Liberal bazar iqtisadiyyatı modeli:
- xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması;
- dövlət tənzimlənməsinin məhdud xarakter daşıması;
- ümumi milli məhsulda dövlət büdcəsinin payının az olması.
2. Sosial yönümlü bazar iqtisadiyyatı:
-bazar subyektlərinin fəaliyyətinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;
-hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsi;
-məşğulluğun tənzimlənməsi və ÜMM-də dövlət büdcəsinin xüsusi çəkisinin çox olması.
3. Sosial-demokrat yönümlü bazar iqtisadiyyatı:
- sosial yönümlü bazar iqtisadiyyatı modeli ilə demək olar ki, eynidir. Buna baxmayaraq, bu model üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterikdir. Bazar iqtisadiyyatı­nın bu modeli ən çox İsveçrədə tətbiq olunduğundan ona bəzən İsveç modeli də deyilir.
Qloballaşma:
- Dünya təsərrüfatının, əmtəə və xidmətlərin, kapital və işçi qüvvəsinin, biliyin təcəssümündə vahid bazara çevrilməsi;
- Qloballaşdırma həm də daha çox kriminal sindikatlara gəlir gətirir;
- Qloballaşma mahiyyətcə beynəlmiləlləşmənin yüksək fazası kimi müəyyən mənada dünya­da yoxsulluğun artmasına zəmin yaradır və bu əsnada yerlərdə çoxlu etirazlarla müşayiət olunur.



Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə