Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə19/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   16   17   18   19   20   21   22   23   24
movzu1

3. Orta əsrlərdə iqtisadi inkişaf. Elm aləmində feodalizmin daha geniş yayılmış dövrləşdirməsi aşağıdakı kimidir:
1). erkən orta əsrlər – V-IX əsrlər. Bu dövrdə fedalizmin ilk əlamətləri meydana çıxmış, torpaqlar cəmiy­yətin ali zümrəsinin əlində toplanmış, asılı kəndli təbəqəsi və vassal-torpaq münasibətləri formalaşmışdır.
2). yuxarı orta əsrlər - X-XII ərslər. Bu dövr üçün təsərrüfatın domen (feodalın xüsusi mülkü) sistemin hökmranlığı, formalaşmış feodal ierarxiyası, sənətkarlıq və ticarətin yüksək inkişafı səciyyə­vidir. XIII yüzillik Qərbi Avropada feodalizmin inkişafının zirvəsi sayılır.
3). son orta əsrlər - XIV-XV əsrlər. Bu dövrdə əmtəə-pul münasibətlərinin təsiri altında domen təsərrüfatı azalmış, kəndlilərin şəxsən azad olunması prosesi sürətlənmiş, feodal ierarxiyası dağılmışdır. İlkin kapitalizm ünsürləri meydana çıxmışdır.
Feodal iqtisadiyyatının səciyyəvi cəhətləri aşağıdakılardır:

  • feodallar zümrəsinin əlində iri torpaq mülkiyyətinin hegemonluğu,

  • əsas əmək alətləri, mal-qara və xırda torpaq sahəsi üzərində fərdi mülkiyyət hüququnu saxlayan və bila­vasitə istehsalçı olan kəndlilərin xırda təsərrüfatlarının feodalların iri torpaq mülkiyyəti ilə birləşməsi;

  • torpaq mülkiyyətçisi olmayan, ancaq irsi istifadə hüququnadək müxtəlif şərtlərlə torpağa sahiblik edən kəndli zümrəsinin özünəməxsus statusu;

  • kəndlilərin qeyri-iqtisadi məcburiyyətə əsaslanan şəxsi və torpaq asılılığı, feodalın məhkəmə hakimiyyətinə tabe edilməsi, kəndlilərin müxtəlif dərəcə və formalarının mövcud olması;

  • aqrar bölmənin ticarət və sənayedən (sənətkarlıq) üstün olması;

  • bütövlükdə elmin və texnikanın aşağı səviyyədə olması, istehsalda əl əməyinin tətbiqi.

Erkən feodalizm dövründə təsərrüfat natural səciyyə daşıyırdı, sənətkarlıq kənd təsərrüfatının tərki­bində idi. X-XIII yüzilliklərdə Fransa iqtisadiyyatında məhsuldar qüvvələr inkişaf etmiş və kənd təsərrüfatının məhsuldarlığı yüksəlmişdir.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə