Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


Böyük coğrafi kəşflərin iqtisadi nəticələri



Yüklə 421 Kb.
səhifə21/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   16   17   18   19   20   21   22   23   24
movzu1

Böyük coğrafi kəşflərin iqtisadi nəticələri. Coğrafi kəşf­lə­r İspaniya və Portuqaliya dənizçiləri tərəfindən olmuşdur. Hələ XV əsrin əvvəlində Şimali İta­li­ya şəhərləri Avropa ilə ticarəti təkcə Cənubi Almaniya şəhərləri vasitəsilə deyil, həm də Cəbəllü­tariq boğazından keçməklə aparmağa başlamışdılar. Ispaniya və Portuqaliya güclü dəniz dövlətinə çevrilmişdi.
Böyük coğrafi kəşflər Avropada kapitlist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri aşağıdakılardır:
a).Avropada əmtəə-pul münasibətlərinin güclənməsi və Şərqlə aparılan ticarətin daha da geniş­lən­məsinə ehtiyacın artması;
b).türklərin Konstantinopolu tutması (1453), ərəblərin Aralıq dənizi ticarətində ağalıq etməsi, şimal­da monqol tatarların hökmranlığı ilə əlaqədar quru ticarət yollarının bağlan­ması nəticə­sində Genuya və Venetsiya tacirlərinin öz vasitəçilik funksiyalarını yerinə yetirə bilməməsi.
Bu səbəblər Avropa ölkələrini yeni ticarət yolları axtarmağa vadar edirdi. İlkin şərt kimi texniki imkan­la­rın genişlənməsi, karavella (yelkənli qayıq) gəmilərinin inşası, kompasın, texniki saatların kəş­fi, elmi biliklərin genişlənməsi, Yerin kürə şəklində olmasının öyrənilməsi, xəritələrin tətbiqi və s. böyük coğrafi kəşfləri mümkün edirdi. Amerikanın kəşfi və Hindistana dəniz yolunun tapılması Avro­panın iqtisadi inkişafına böyük təsir göstərdi. BCK-lər kapitalist təsərrüfatının sürətli inkişafı üçün ilkin şərtləri hazırladı.
Böyük coğrafi kəşflərin iqtisadi nəticələri:
a) Avropanın ticarət mərkəzi Aralıq dənizindən Atlantik okeanına, Genuya və Venetsiyadan Antverpen və Amsterdam şəhərlərinə keçdi;
b) Avropada “qiymətlər inqilabı” baş verdi və kapitalist münasibətlərinin bərqərar olması prosesi gücləndi;
v) dünyada müstəmləkəçiliyin əsası qoyuldu;
q) ümumdünya bazarı yarandı;
d) ümumdünya iqtisadiyyatı formalaşdı.
Böyük coğrafi kəşflər nəticəsində müstəmləkəçilik sisteminin əsası qoyuldu, dünya ticarə­tinin dairəsi genişləndi, dünya bazarının yaranması üçün ilkin şərtlər meydana gəldi, əmtəələrin çeşidi art­dı. Yeni torpaqlar zəbt etmək üstündə Avropa ölkələri arasında kəskinləşən ziddiyyət­lər mühari­bələ­rə səbəb olurdu. Ticarət yolları Aralıq dənizindən Atlantik okeanına və Şimal dəni­zinə keçdi. Orta əsr yarmarkalarını kapitalist mal birjaları əvəz etdi. Müxtəlif ölkələrdə ticarət inhisarına malik olan fond birjası (XVI əsrdə, Antverpendə), saysız-hesabsız səhmdar ticarət şirkətləri (Ost-Hind, Vest-Hind və b.) yarandı. Dünya ticarətinin əhatə dairəsi artdı. Əvvəllər Avropaya məlum olmayan tütün, kakao, kofe, çay və s. kimi yeni əmtəələr ticarət dövriyyəsinə daxil oldu. BCK-lər dünya ticarət dövriyyəsinin hədsiz genişlənməsinə, kapitalist münasibətlərinin formalaş­ma­sı­na səbəb oldu. İlkin kapital yığımı prosesi sürətləndi.
XVI əsrdə kapitalın ilkin yığımı dövrü başlamışdır. Avropada ilkin kapital yığımı istehsalçıların istehsal vasitələrindən zorakılıq yolu ilə məhrum edilməsi nəticəsində sərvətin bir qrup şəxsin əlində cəmləşməsi və azad işçi qüvvəsi ordusunun yaranması prosesidir. İlkin kapital yığımı prosesi kapitalist təsərrüfatı üçün vacib olan iki mühüm amili təmin edir:
1.natural səciyyəli kapitalist əmtəə təsərrüfatı başlan­ğıc­dan kapital qoyuluşu tələb etdiyindən bu vəsaitin həmin təsərrüfatı yaratmaq funksiyasını öz üzərinə götürən üçüncü zümrə nümayəndələrinin, əsasən burjuaziyanın əlində cəmləşməsi idi; 2.muzdlu əməyə əsaslanan kapita­list təsərrüfatının azad işçi qüvvəsi bazarının olmasını tələb etməsi.
Kapitalizmin yaranmasında əsas rol oynayan III zümrə (silk) əsasən 3 mənbənin: mütərəqqi feo­dallar olan yeni zadəganların, tacirlər və şəhər varlılarının, varlı kəndlilərin hesabına formalaşmışdır.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə