Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti



Yüklə 421 Kb.
səhifə20/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   16   17   18   19   20   21   22   23   24
movzu1

Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti: 1095-ci ildə Fransanın Klermon şəhəri yaxınlı­ğındakı düzdəki nitqində Roma papası II Urban xalqı Şərq ölkələrinə yürüş etməyə çağırdı. Səlib ərəbcə xaç deməkdir. Buna görə də Şərqə yürüşlə­rin iştirakçılarını səlibçilər, həmin yürüşləri isə səlib yürüşləri adlandırmağa başladılar. Kəndlilər öz ağalarının əlindən yaxa qurtarmaq, feodallar gəlirlərini artırmaq, yeni torpaqlar və asılı kəndlilər ələ keçir­mək, varlı Şərq şəhərlərini qarət edərək orada yeni torpaq mülkləri əldə etmək, Roma papası Şərq ölkələrini asılı hala salmaq yolu ilə hakimiyyətini daha da gücləndirmək və gəli­rini artırmaq üçün, Qərb feodalları və ruhanilər Səlcuq imperatorluğunun ayrı-ayrı hissələrə parça­lan­masından istifadə edərək Şərq ölkələrini ələ keçirmək üçün Şərq ölkələrinə yürüş etməyə başladılar.
Səlib yürüşlərinin nəticəsində Qərb feodalları Şərq ölkələrini işğal edə bilmədilər, lakin səlib yürüş­lərinin Avropa üçün bir sıra nəticələri oldu. Aralıq dənizində ticarət daha da canlandı. Ticarətdə birin­cilik Şimali İtaliya şəhərlərinin əlinə keçdi. 1204-cü ildəki məğlubiyyətdən sonra Bizans artıq Venesiya və Genuya ilə rəqabət apara bilmədi. İtaliya tacirlərinin Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yarandı. Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götür­dülər, ipək parçalar toxumağı və güzgü istehsalını, metalı daha yaxşı emal etməyi öyrəndilər, kağız, barıt, kompas ilə tanış oldular.
Sənətin kənd təsərrüfatından ayrılması nəticəsində Avropada şəhərlər meydana gəlir və artırdı. Yeni əmək bölgüsü yarandı. Kənd sakinlərindən fərqli olaraq, şəhər sakinləri əsasən sənət və ticarətlə, bir az da kənd təsərrüfatı ilə məşğul idi­lər.
Avropalılar Aralıq dənizi vasitəsilə Suriya və Misirlə, Qara dəniz vasitəsilə Krım və Qafqazla ticarət əlaqələri saxlayırdılar. Əvvəllər ticarətdə başlıca yeri Bizans tuturdu. XIII əsrdən başlayaraq Aralıq dənizi vasitəsilə Şərq ölkə­ləri ilə ticarət Venesiya və Genuya tacirlərinin əlinə keçdi. XIII ərsdə Avropada ən məşhur yarmarka Fran­sanın Şampan yarmar­ka­sı idi. Burada pul işini yaxşı bilən sərraflar müxtəlif ölkələrin pullarını yox­layır və dəyi­şir­dilər, hətta sələmlə borc da verirdilər. Onlar bu yolla varlanıb sələmçilərə çevrilir­di­lər. Onların arasında ilk bankir­lər meydana gəlirdi. Ən bö­yük bank İtaliyada yerləşirdi. XVəsrdə Avro­­panın mərkəzi pul-maliyyə bazarı Genuyaya məx­sus idi. Bu maliyyə ba­zarı “Bezanson” adla­nırdı. Beləliklə, Qərbi Avropada ilkin kapitalist münasibətləri üçün XV əsrdə əlverişli şərait yaranırdı
Dünya iqtisadiyyatı tarixində XVI-XVIII əsrin son qərinəsi feodal münasibətlərinin dağılması və kapitalist istehsalının yaranması dövrü kimi daxil olmuşdur. İstehsalın ayrı-ayrı sahələrində əmək alət­lərinin və texnologiyanın təkmilləşməsi, texniki yeniliklər və onların istehsala tətbiqi bu prosesin ilkin əlamətləridir. Xüsusilə metal əridilməsində yeni üsulların tətbiqi, domna sobalarından istifadə nəti­cəsində çuqun ərintisindən dəmir və polad almaq mümkün oldu. Mədən işlərində kiçik su arxının köməyilə hərəkətə gətirilən su çarxı ixtira edildi. Toxuculuq sahəsində yeni dəzgahlar tətbiq edildi. XVI əsrin əvvəllərində odlu silah istehsalına, kağız istehsalına, kitab çapına, saat və eynək isteh­sa­lına baş­landı. Kənd təsərrüfatında yeni keyfiyyətli əmək alətlərindən və gübrədən istifadə edilməklə çoxtarlalı əkin sisteminə keçildi. İstehsalın ixtisaslaşma səviyyəsi yüksəldi, kənd təsərrüfatı məhsulla­rının böyük hissəsi bazara çıxarılaraq əmtəə-pul münasibətlərinin inkişafına təkan verdi.
XVI əsrdən Qərbi Avropada kapitalist sənayesinin ilkin manufaktura (latınca “əl ilə düzəldilən” demək­dir) mərhələsi başlanmışdır. İlkin vaxtlar bu istehsal “evdə iş” və ya “dağınıq”manufaktura adla­nırdı. Kapitalı olan tacirlər kəndlərdə sənətkar və kəndlilərə dəzgah, əmək alətləri paylayırdı və onlar yun və kətandan müxtəlif məhsullar hazırlayıb müəyyən haqq müqabilində tacirə təhvil verirdilər. Bundan başqa, bəzən tacirlər evdə işləyən öz muzdlu işçilərini bir emalatxanaya toplayıb istehsala sahibkar kimi nəzarət edirdi.
XVI yüzillikdə Qərbi Avropada kapitalist istehsalı feodal cəmiyyəti içərisində inkişaf etməkdə olan uklad formasında idi. Böyük coğrafi kəşflərin nəticələri kapitalist münasibətlərinin inkişafını sürətlən­dirən başlıca iqtisadi amillərdən oldu.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə