Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya təsərrüfat sisteminin inkişafının əsas istiqamət­ləri



Yüklə 421 Kb.
səhifə23/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   16   17   18   19   20   21   22   23   24
movzu1

XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya təsərrüfat sisteminin inkişafının əsas istiqamət­ləri. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstə­qil müəs­sisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olu­nur. Sənayenin müx­təlif sahələrində elmin nailiyyətlərinin istehsala tətbiqi nəticəsində böyük texniki irəliləyişlər baş ver­mişdi. Bu dövr üçün metallurgiya sahəsində polad­ərit­mənin yeni üsulunun tapılması, kimya sənayesində sul­fat turşusu və soda istehsalı, sənaye və iqtisa­diyyatda yeni, güclü mexanizmlərin – daxili yanma mühərriki, buxar turbini və dizel istehsalı kimi bö­yük texniki kəşflər səciyyəvidir.
İstehsalın və nəqliyyatın elektrikləşdirilməsinə başlanmışdı. Elektrik enerjisinin alınması, ötü­rül­məsi və qəbul edilməsi mexanizmi yaradılmışdı. Sənaye və nəqliyyatda elektrik enerjisindən isti­fadə imkan­ları artmışdı. 1879-cu ildə Almaniyada elektrik dəmir yolu nəqliyyat vasitəsi olan tram­vay ixtira edilmiş, 1876-cı ildə Rusiyada və 1880-ci ildə isə ABŞ-da gözərmə lampaları, 1886-cı il­də metal alın­masında elek­troliz üsulu, 1877-ci ildə elektrik poladəritmə sobası, 1887-ci ildə metalın elek­triklə qay­nağı, 1884-cü ildə İngil­tərədə fırlanma sürəti qat-qat çox olan reaktiv buxar turbini ixti­ra olunmuşdu. Elektrik istehsalında tək­mil­ləşdirilmiş hidravlik mühərriklərdən–su turbinlərin­dən istifadəyə başlanıldı. 1898-ci ildə ABŞ-da Niaqara şəlaləsi üzərində tikilmiş hidroelektrostan­siya ilk cərəyan verdi.
Bu dövrdə çox mühüm yanacaq kimi neftin iqtisadi əhəmiyyəti artmışdı. Neft hasilatının sürəti ildən-ilə çoxal­mağa başlamışdı. 1870-ci ildə bütün dünyada cəmi 0,8 milyon ton çıxarılmışdısa, artıq 1890-cı ildə bu rə­qəm 20 milyon tona çatmışdı. Bu dövrdə kimya texnologiyası da sürətlə inki­şaf edirdi. Belçikada plastmas is­tehsalına başlanıl­mışdı. 1913-cü ildə Almanyada kömürdən durulaşdırılmış (maye) yanacaq alındı, 1915-ci il­də isə metil-kauçuk is­teh­salına başlanıldı, sintetik yolla boya, dərman, ətriyyat və digər üzvi birləşmələr alın­dı. Qeyri-üzvü kimya məhsulları isteh­sa­lında əsas xammal növü olan sulfat turşusu və sodanın kəşfi böyük əhəmiyyətə malik idi.
Metallurgiya və poladəritmə sahələrində də böyük dəyişikliklər baş vermişdir. Çuqundan polad alın­­­ma­sı­nın yeni üsulu istehsala tətbiq edilmiş, elektroliz üsulu ilə alüminium əldə olunmuş, elek­trik­lə polad əridil­mə­si­nə başlanmış və gələcəkdə aviasiya üçün material olacaq düraliminium kəşf edilmiş­di. XIX əsrin I yarısın­da ixtira və təkmilləşmə onlarla idisə, XIX əsrin sonu-XX əsrin əvvəl­lə­­rin­də bu rəqəm minlərlə hesablanırdı. ABŞ-da maşınqayırmanın yeni sahəsi olan avtomobil isteh­sa­lı yara­dıl­dı. Q.Fordun zavodunda ilk avtomobil 1892-ci ildə buraxılmışdı, cəmi 8 il sonra-1900-cü ildə burada 4 min avtomobil istehsal edilmişdi. Qara metallurgiya sahəsində polad istehsalı artırdı.
Sənaye istehsalının və dünya ticarətinin yüksək sürətlə artması nəqliyyat və rabitənin inkişafına təkan verirdi. 1860-cı ildən 1900-cu ilədək dünya dəmir yolu şəbəkəsi 4 dəfəyədək artmışdı. ABŞ, Almaniya və Rusiyada dəmir yolları daha surətlə çəkilirdi. Dəniz nəqliyyatında yelkənli gəmilər buxar gəmiləri ilə əvəz olunmuşdu.Yeni texnika və texnologiyanın tətbiqi nəticəsində sənayedə məhsuldar qüvvələrin inkişafının ye­ni səviyyəsi iqtisadiyyatda struktur dəyişikliyinə gətirib çıxartmışdı. Yüngül sənaye ilə müqayi­sə­də ağır sənaye aparıcı sənayeyə çevrilmişdi.
XX əsrdə I və II dünya müharibəsi kimi iki qlobal hadisə kapitalizmin inkişafına bö­yük təsir göstər­miş­dir. I dünya müharibəsindən sonra əksər ölkələrdə milli valyutaların möv­­qeyi və bank­la­rın hegemonluğu güclənmiş və ölkələr arasında ticarət maneələri artmış, Asiya və Afrika xalqları müstəmləkə zülmündən qur­tul­­maq üçün uğurla azadlıq mübarizəsinə başla­mış­lar. 1929-1933-cü illər dünya iqtisadi böhranı əksər ölkə­lərd­ə dövlətin iqtisadi sahəyə qarışması siya­­­sətinə son qoy­muşdur. II dünya müharibəsindən sonra ölkədə iqtisadiyyata əsaslı vəsait qoyu­luşları görünməmiş dərəcədə artmış, ETT güclənmiş, Avropa iqtisadi və siyasi baxım­­dan dirçəlmiş və Yapo­niya dünya­nın iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. ABŞ və Qərbi Av­ro­pa ölkələrində iqti­sa­­diy­yatın dövlət tərəfindən tənzimlənməsi prosesi güclənmiş, gəlirlərin ye­ni­dən bölüşdü­rülməsi mexanizmi tətbiq edilmiş və böhrana qarşı məqsədyönlü siyasət həyata keçi­rilmişdir. Nəticədə kapita­list təsərrüfat mexanizmi rəqabətə qabil, sosial yönümlü və tənzimlənən bir sistemə çevrilmiş­dir.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə