Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

edir  və  ümumi  proqramlar  həyata  keçirir,  ya  da  müəyyən  elmi  istiqamətlər  üzrə 

ixtisaslaşaraq əldə olunmuş nəticələrlə mübadilə edirlər. 

 

Dördüncü amillər qrupuna kapital ixracının artması aid edilir. Ölkələr arasında xarici 



iqtisadi  münasibətlərin  bərqərar  olmasında  kapital  ixracı  mühüm  rol  oynamışdır.  Xarici 

investisiya  qoyuluşunun  həyata  keçirilməsi  ilə  beynəlxalq  istehsalın  əsas  subyektləri  – 

transmilli  və  çoxmilli  şirkətlər  meydana  gəlmişdir.  Beynəlxalq  kreditləşmə  hazırda  dünya 

istehsalının fasiləsizliyini təmin edən mühüm şərtlərdən biridir. 

 

Son illərdə digər amillər bloku – qlobal problemlərin BİM-in inkişafına özünəməxsus 



təsir  dərəcəsi  getdikcə  artmaqdadır.  Ekoloji,  enerji,  xammal,  ərzaq  və  digər  problemlər 

ümumilikdə sivilizasiyaya aid olduğundan onların həlli ayrıca bir ölkənin qüvvəsi hesabına 

baş  verə  bilməz.  Buna  görə  də,  onların  aradan  qaldırılması  üçün  sosial-iqtisadi  inkişaf 

səviyyələrindən  və  siyasi  istiqamətlərindən  asılı  olmayaraq  bütün  ölkələrin  birgə  səyi 

zəruridir. 

 

Müasir  dünyada  BİM-in  rolunun  artımının  əsasında  dünya  arenasında  baş  verən 



fundamental dəyişikliklər durur. Qısa olaraq bu faktorları aşağıdakı kimi göstərmək olar: 

 



Əvvəllər    beynəlxalq  əmək  bölgüsündə  zəif  iştirak  edən  ölkə  və  ərazilər  dünya 

iqtisadiyyatına  daha  aktiv  surətdə  cəlb  olunurlar.  Keçmiş  müstəmləkələr  və  asılı 

ölkələr müstəqillik əldə etdikdən sonra bir qayda olaraq dünya ticarətinə, daha sonra 

isə BİM-in digər formalarına daha intensiv surətdə qoşulurlar.  

 

Müxtəlif  regionlarda  istehsal  olunan  əmtəə  və  xidmətlərin  çeşidi  əhəmiyyətli 



dərəcədə  artır.  Elmi-texniki  tərəqqi  təbii  resursların  istifadə  sferasını  genişləndirir, 

məhsulları dünya ticarətinə cəlb olunan yeni istehsal sahələrinin yaranmasına gətirib 

çıxarır.  Beynəlxalq  əmtəə  mübadiləsinin  həcmini  əhəmiyyətli  dərcədə  artırmış  və 

onun  çeşidini  genişləndirmiş  elmi-texniki  tərəqqi  dünya  təsərrüfat  əlaqələrinə 

xidmətlərlə  və  texnologiyalarla  mübadiləni  də  cəlb  etmiş,  dünya  maliyyə  bazarının 

fəaliyyətinin  zaman  və  məkan  baxımından  fasiləsizliyini  təmin  etmiş,  beynəlxalq 

əmək miqrasiyası proseslərini yüngülləşdirmiş və sadələşdirmişdir. 

 



İnsanlarının  özlərinin  həyatı  dəyişir.  Bu,  ilk  növbədə  sayı  artmaqda  olan  sənayecə 

inkişaf  etmiş  ölkələrdə  baş  verir.  Xarici  əmtəə  və  xidmətlərin  istehlakı,  beynəlxalq 

turizm,  xarici  ölkələrdə  iş,  təhsil,  müalicə  adi  hala  çevrilir.  Texniki  cəhətdən  daha 



mürəkkəb 

nəqliyyatdan, 

telekommunikasiya 

vasitələrindən, 

maliyyə 

hesablaşmalarından istifadə ənənəvi hal xarakteri alır. 

 

Müəssisələrin  səhmdar  formasının  hökmranlığı,  ümumdünya  maliyyə  bazarının 



strukturunun  formalaşması  (banklar  və  digər  maliyyə  qurumları,  qiymətli  kağız  və 

valyuta  bazarları)  kapitalın  hətəkəti  üçün  geniş  imkanlar  yaradır.  Transmilli 

şirkətlərin inkişafı bu proseslərin rolunu daha da yüksəldir. Xarici müəssisələr özləri 

ilə yeni istehsal üsullarını, müəssisələrin idarə edilməsinin müasir metodlarını və yeni 

texnologiyalar gətirirlər. 

 



Beynəlxalq  şirkətlərin  dünya  təsərrüfatında  əhəmiyyətinin  artması.  Hazırda  onlar 

BİM-in  formalarının  böyük  bir  hissəsinə  nəzarət  edirlər  və  BİM-in  ayrı-ayrı 

formalarının inkişafında əhəmiyyətli rol oynayırlar. 

 



Təsərrüfat  fəaliyyətinin  bazar-kapitalist  metodları  ümumi  genişlik  qazanır,  qeyri-

bazar sosialist iqtisadiyyatının yayıldığı ərazi isə getdikcə azalır. Bu, sonuncular üçün 

xarakterik  olan  qapalılıq  və  avtarkiya  meyllərini  azaldır.  Iqtisadiyyatın  açıqlılığı  bir 

növ normaya çevrilir. 

 

Milli iqtisadiyyatların açıqlığı həmçinin BİM-in liberallaşması, əmtəələrin, kapitalın, 



işçi  qüvvəsinin,  texnologiyanın  sərbəst  hərəkəti  imkanlarının  genişlənməsi  hesabına 

artır. Müxtəlif formalarda təzahür edən proteksionizm BİM-də hələ də qalmaqdadır, 

lakin onun təsir dairəsi getdikcə azalır. 

 



Dövlətlərarası regional inteqrasiya ölkələri vahid iqtisadi məkana yaxınlaşdırır, milli 

təsərrüfatlar arasında ixtisaslaşma və kooperasiyanın sərhədlərini genişləndirir. Bütün 

qitələri  əhatə  etmiş  regional  iqtisadi  inteqrasiya  prosesləri  inteqrasiya  birliklərinin 

iştirakçı  dövlətləri  arasında  BİM-in  bütün  formalarının  intensiv  inkişafına  şərait 

yaradır. 

 



BİM-in inkişafında meydana gələn problemlərə cavab olaraq onun tənzimlənməsinin 

dünya  və  regional  sistemləri  yaradılır.  Bu  sistemlərin  təkmilləşdirliməsi  nəticəsində 

bütün ölkələr üçün ümumi olan normativ-hüquqi baza formalaşdırılır. 

 



Özündə  nəqliyyatın,  kommunikasiyanın  ümumdünya  şəbəkəsini,  qlobal  informasiya 

şəbəkəsini  birləşdirən  BİM-in  ümumdünya  infrastrukturu  formalaşır.  Bu,  BİM-in 

praktiki  reallaşdırılmasını  zaman  baxımından  əhəmiyyətli  dərəcədə  sürətləndirir, 



onun  həyata  keçirilməsinin  yeni  üsullarını  yaradır  (İnternet  şəbəkəsi  vasitəsilə  alqı-

satqı  müqavilələrinin  bağlanması,  beynəlxalq  birjalarda,  hərraclarda  əmtəə  və 

xidmətlərin alqı-satqısı, beynəlxalq hesablaşmaların dərhal həyata keçirilməsi və s.). 

BİM-in  inkişafını  sürətləndirən  amillərlə  yanaşı,  onun  təkamülünə  mənfi  tərəfdən 

təsir  göstərən  faktorlar  da  mövcuddur.  Onilliklər  ərzində  iki  sistem  (kapitalist  və  sosialist 

sistemləri) arasında olan münaqişəli vəziyyət və soyuq müharibə BİM-in inkişafından da yan 

keçməmişdir.  Qarşılıqlı  İqtisadi  Yardım  Şurasına  (QİYŞ)  üzv  olan  ölkələrin  SSRİ  başda 

olmaqla  yaratdıqları  hərbi-siyasi  və  ticarət-iqtisadi  blokda  ölkələr  arasındakı  münasibətlər 

yalnız  müəyyən  qədər  iqtisadiyyat  tərəfindən  formalaşdırlır,  xarici  əlaqələr  isə  maksimum 

dərəcədə məhdudlaşdırlırdı. Belə ki, bu ölkələr praktiki olaraq birbaşa xarici investisiyaları 

öz  ölkələrinə  buraxmırdılar.  Öz  növbəsində  Qərb  ölkələri  ABŞ  başda  olmaqla  iqtisadi 

əlaqələrin  məhdudlaşdırılmasından  SSRİ-yə  qarşı  mübarizə  vasitəsi  kimi  aktiv  surətdə 

istifadə  edirdilər.  Bütün  bunlar  BİM-in  inkişafına  mənfi  təsir  edirdi.  Müasir  düvrdə 

postsosialist  ölkələrin  dünya  iqtisadiyyatına  ətraflı  surətdə  qoşulma  prosesi  də  qapalı 

iqtisadiyyatın  miras qoyduğu çətinliklərlə, dünya bazarlarında kəskin  mübarizə ilə və  digər 

faktorlarla üzləşir. 

BİM-in  inkişafı  həmçinin  sənaye  ölkələrinin  və  keçmiş  müstəmləkə  və 

yarımüstəmləkə  əyalətlərin  iqtisadi  inkişaf  səviyyələrində  olan  iri  fərqlə  də  məhdudlaşır. 

Sonuncu qrup ölkələrinin əksəriyyətinin iqtisadiyyatı bir-iki kənd təsərrüfatı məhsulunun və 

ya  mineral  xammalın  ixracından  birbaşa  surətdə  asılıdır.  Bu  isə  onsuz  da  tam  olmayan 

iqtisadiyyatın strukturunun qeyri-sabitliyini daha da artırır. 

İqtisadiyyatların açıqlığına olan meyl dövlətlər tərəfindən tətbiq olunan müxtəlif növ 

maneə  və  məhdudiyyətlərin  saxlanılması,  bəzi  hallarda  isə  artırılması  ilə  müşaiyət  olunur. 

Kasıb  ölkələr  üçün  bu  cür  maneələr  başa  düşülən  və  hətta  qaçılmazdır,  çünki  milli 

iqtisadiyyatı  səmərəli  surətdə  müdafiə  etmədən  müasir  iqtisadiyyatı  inkişaf  etdirmək 

mümkün deyildir. 

Normal  bazar  qüvvələrinin  fəaliyyətinə  maneçilik  törədən  hərbi-siyasi  amillər  də 

mühüm  əhəmiyyət  kəsb  edir.  Silah  ixracının  artımı  son  nəticədə  BİM-in  sağlam  inkişafını 

dağıda bilər. Bu baxımdan ayrı-ayrı ölkələrə qarşı beynəlxalq qaydada razılaşdırılmış tam və 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə