Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

ticarətinin  onun  daxili  istehsalına  nisbəti  göstəricisindən  istifadə  edilir  ki,  buna  da  xarici 

ticarət kvotası (XT

k

) deyilir: 



 

XT



= XT/ÜDM x 100% 

 

 



Burada  XT  –  xarici  ticarət  dövriyyəsinin  həcmi,  ÜDM  isə  ümumi  daxili  məhsulun 

həcmidir.  

 

Kəmiyyət göstəricisi kimi həmçinin ixrac kvotasından (İx



k

) da istifadə edilir: 

 

İx

k



 = İx/ÜDM x 100% 

 

 



Burada  İx  –  ixracın  həcmidir.  Kifayət  qədər  yüksək  ixrac  kvotası  bir  qayda  olaraq 

milli əmtəənin beynəlxalq bazarda rəqabət qabiliyyətliliyini əks etdirən göstəricidir. 

 

Digər bir göstərici kimi isə idxal kvotasını (İd



k

) göstərmək olar: 

 

İd

k



 = İd/ÜDM x 100% 

 

 



Burada  İd  –  idxalın  həcmidir.  İdxal  kvotasının  yüksək  olması  ölkə  iqtisadiyyatının 

həmin əmtəə üzrə bir o qədər xaici amillərdən asılı olduğunu xarakterizə edir. 

Qeyd  olunan  göstəricilərin  müqayisəsi  milli  təsərrüfat  üçün  xarici  iqtisadi  amilin 

rolunu, müəyyən dövr üçün onun dinamikasını müəyyən etməyə imkan verir. 

Xarici ticarətin inkişaf göstəricisi kimi beynəlxalq tədqiqatlarda həmçinin adambaşına 

düşən  xarici  ticarət  dövriyyəsi,  həmçinin  ixrac  və  idxal  göstəricilərindən  də  istifadə  edilir. 

Bu  göstəricinin  üstünlüyü  ondadır  ki,  o,  iqtisadiyyatın  ayrı-ayrı  sahələri,  ölkənin  müxtəlif 

regionları,  konkret  müəssisə  və  məhsul  növləri  üzrə  hesablana  bilər  ki,  bu  da  rayonların, 

müəssisələrin, sahələrin xarici iqtisadi əlaqələrdə iştirak payını, ehtiyatları və perspektivləri 

müəyyən etməyə imkan verir.   

Bununla  yanaşı,  vurğulamaq  lazımdır  ki,  yuxarıda  göstərilən  indikatorlar  BİM-in 

bütün  formalarının  milli  təsərrüfata  təsirini  xarakterizə  etməyə  imkan  vermir,  çünki  bu 

göstəricilər yalnız xarici ticarəti nəzərə alır. Təsadüfi deyildir ki, hazırda beynəlxalq iqtisadi 



təşkilatların mütəxəssisləri tərəfindən bu göstəricilərin təkmilləşdirilməsi istiqamətində işlər 

aparılır,  onların  xarici  investisiyalar  və  milli  istehsalın  həcmi  ilə  əlaqələndiriliməsinə 

çalışılır. 

Ölkə  iqtisadiyyatının  BİM-lə  qarşılıqlı  əlaqəsini  müəyyən  etmək  üçün  birbaşa 

investisiyaların  əhalinin  bir  nəfərinə  düşən  həcmi  göstəricisindən  də  istifadə  edilir.  Eyni 

zamanda, xarici ticarət göstəricilərinə uyğun olaraq xarici investisiyaların hər iki istiqamətdə 

axını  üzrə  də  kvota  göstəriciləri  hesablanır  və  BİM-im  milli  iqtisadiyyatda  oynadığı  rolu 

xarakterizə etmək üçün istifadə edilir. 

BİM-in  miqyasının  genişlənməsi  və  rolunun  artması  ölkələrin  qarşılıqlı  asılılıq 

problemini daha da aktuallaşdırır. Ölkələrin qarşılıqlı iqtisadi asılılığı dedikdə BİM və milli 

qitisadiyyatların qarşılıqlı təsiri altında ölkələrin sarsılmaz qarşılıqlı təsərrüfat əlaqələri başa 

düşülür. 

Bu gün dünyada iqtisadi cəhətdən tam müstəqil olan ölkəni göstərmək çox çətindir, 

daha doğrusu mümkün deyildir. Bu yolu seçən ölkələr sonda avtarkiyaya – siyasi və iqtisadi 

izolyasiyaya  gəlib  çıxırlar.  Hazırda  Türkmənistanda  baş  verən  proseslər  bu  ölkənin 

avtarkiyaya  sürükləndiyini  söyləməyə  əsas  verir.  Lakin,  digər  ölkələrin,  xüsusilə  də 

Albaniyanın təcrübəsi göstərir ki, bu proses heç də yaxşı nəticələnmir, ölkə əhalisinin həyat 

səviyyəsini  aşağı  salır,  inkişaf  mənbələrini  əhəmiyyətli  dərəcədə  məhdudlaşdırır.  Təsadüfi 

deyil  ki,  milli  iqtisadiyyatın  bu  cür  istiqamətləndirilməsindən  imtina  qaçılmazdır.  Tam 

iqtisadi müstəqilliyin əldə edilməsi barədə verilən bəyanatlar mifdən başqa bir şey deyildir. 

Bununla yanaşı, bir çox, ilk növbədə isə inkişaf etməkdə olan ölkələr yeganə və ya bir 

neçə məhsul ixracı üzrə olan asılılıqdan, həmçinin ticarət partnyoru kimi əsasən bir ölkənin 

iştirak etdiyi hallardan qaçmağa çalışırlar ki, bu da onların iqtisadi təhlükəsizliyi baxımından 

təbii qəbul edilməlidir.

 

 

3. BİM-in inkişaf amilləri və meylləri 



 

Müasir  dünya  təsərrüfatının  xarakterik  cəhətlərindən  biri  beynəlxalq  iqtisadi 

münasibətlərin intensiv inkişafda olmasıdır. Bu özünü ölkələr, ölkə qrupları, ayrı-ayrı firma 



və  təşkilatlar  arasında  iqtisadi  münasibətlərin  genişlənməsində  və  dərinləşməsində  göstərir 

ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir: 

 

istehsalın  beynəlmiləlləşməsi,  yəni  onun  milli  sərhədlər  çərçivəsindən  kənara 



çıxması,  milli  iqtisadi  sistemlər  arasında  hərtərəfli  və  genişhəcmli  əlaqələrin  və 

qarşılıqlı asılılığın inkişaf etməsi; 

 

elmi-texniki  tərəqqi  nəticəsində  ictimai  əmək  bölgüsünün  dərinləşməsi  və 



istehsalçılar  arasında  ən  müxtəlif  əlaqələrin,  xüsusilə  də  texnoloji  əlaqələrin 

güclənməsi; 

 

regional  inteqrasiya  prosesinin  sürətlənməsi  nəticəsində  bu  prosesdə  iştirak  edən 



ölkələrin  qarşılıqlı  əlaqələrinin  güclənməsi  və  onların  iqtisadiyyatlarının  açıqlığının 

artması; 

 

qlobal  problemlərin  kəskinləşməsinin  bütün  dünya  ictimaiyyətinin  bu  problemlərin 



həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması. 

Yuxarıda  sadalanan  amillər,  həmçinin  qeyd  olunmayan  bir  sıra  digər  amillər 

beynəlxalq münasibətlərin xüsusi altsistemi olan BİM-in inkişafını aktivləşdirir. 

Ümumilikdə  BİM-in  bərqərar  olmasına  və  inkişafına  ciddi  təsir  göstərən  beş  amil 

bloku vardır. BİM-in inkişafının birinci amillər bloku kimi ölkələr üzrə mövcud olan təbii-

coğrafi  fərqliliyi  qeyd  etmək  olar.  Hər  bir  ölkə  faydalı  qazıntı  ehtiyatlarına,  torpağın 

münbitliyinə,  iqliminə  görə  müxtəlif  şəraitə  malikdir  ki,  bu  da  onlar  üçün  BİM-ə  cəlb 

olunmanı və bu münasibətləri inkişaf eydirməyi zəruri edir. 

 

İkinci amillər blokuna maşın sənayesi və kütləvi istehsalın təşkili daxil edilir. Kütləvi 



istehsalın  təşkili  əmək  məhsuldarlığının  kəskin  artımına  gətirib  çıxarır.  Nəticədə  istehsalın 

həcmi  daxili  bazarın  ehtiyaclarını  aşır  və  beləliklə  də,  istehsal  olunan  artıq  məhsul  xarici 

bazarlara  çıxarılır.  Eyni  zamanda  istehsalın  ixtisaslaşması  prosesi  inkişaf  edir  ki,  bu  da 

özlüyündə ölkələr arasında əmək nəticələrinin qarşılıqlı mübadiləsini zəruri edir. 

 

Üçüncü  amillər  bloku  elmi-texniki  tərəqqi  ilə  bağlıdır.  XX  əsrin  ikinci  yarısında 



yüksək  texnologiyaya  əsaslanan  istehsalda  inqilabi  dəyişikliklər  baş  verdi.  Lakin  yeni 

texnologiyaların  və  yeni  növ  əmtəələrin  işlənməsinə  əhəmiyyətli,  daim  artan  xərclər  tələb 

olunur.  Bununla  əlaqədar  əksər  ölkələr  bu  istiqamətdə  öz  səylərini  birləşdirir,  əməkdaşlıq 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə