Mövzu fəRDİ bazarlarin təHLİLİ: TƏLƏb və TƏKLİFİn mahiYYƏTİ



Yüklə 205,61 Kb.
səhifə3/7
tarix11.12.2023
ölçüsü205,61 Kb.
#143699
1   2   3   4   5   6   7
MÖVZU 7

O Q1 Q2 Q

Tələb əyrisi
P – qiymətin hərəkəti, Q – əmtəənin miqdarı–bazardan alınmış, D – tələb əyrisi.
Qanunu başqa cür də ifadə etmək olar: bazara daxil olan eyniadlı əmtəələrin miqdarı çox olarsa, bərabər şəraitdə həmin əmtəə daha aşağı qiymətlə reallaşacaq.
Tələbə təsir edən digər amil əhali gəlirlərinin artmasıdır. Eyni qiymətlər şəraitində gəlir artırsa alıcılıq qabiliyyəti də yüksək olur.
Gəlirin eyni qaldığı şəraitdə qiymətlər aşağı düşərsə, alıcı digər əmtəələr də
ala biləcək. Bu, gəlir effekti adlanır. Qiymətlər aşağı olarsa, az gəlirli əhali də yaxşı yaşayar.
Əvəzləmə effekti – eyni tələbatı ödəyən iki əmtəədən ən ucuzunu aldıqda daha çox əmtəə almaq mümkün olur və alıcının tələbi daha dolğun ödənilir. Deməli, tələbə təsir edən amillərdən biri də qarşılıqlı əvəzlənən əmtəələrin olmasıdır (kərə yağı marqarinlə əvəzlənə bilər).
Qiymətlərin dəyişməsilə tələbin kəmiyyətcə dəyişməsi dərəcəsi tələbin elastikliyini xarakterizə edir. Qiymətin dinamikasından asılı olaraq tələbin dəyişməsi dərəcəsi tələbin elastikliyi adlanır. Tələb o zaman elastik olur ki, onun kəmiyyəti qiymətə nisbətən daha çox dəyişsin. Məsələn, maşının qiyməti 1 % artdıqda, ona olan tələb 2 % azalır, az satılır.
Deməli, məhsulun qiyməti artdıqca tələbin həcmi aşağı düşür və əksinə, qiymətlərin aşağı düşməsi tələbin həcmini artırır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə nə dərəcədə cavab verdiyini göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişirsə, bu əmtəədə olan tələbin elastik olduğunu göstərir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğunu göstərir. Beləliklə elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Tələbin qiymət elastikliyi (Ed) tələbin həcmindəki dəyişikliyin qiymətdəki dəyişikliyə faizlə nisbəti ilə hesablanır.


Yəni Ed = tələbin həcmindəki dəyişiklik (faizlə)
qiymətdəki dəyişiklik (faizlə)



Yüklə 205,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə