Mövzu fəRDİ bazarlarin təHLİLİ: TƏLƏb və TƏKLİFİn mahiYYƏTİ


Təklif kateqoriyası və təklif qanunu



Yüklə 205,61 Kb.
səhifə4/7
tarix11.12.2023
ölçüsü205,61 Kb.
#143699
1   2   3   4   5   6   7
MÖVZU 7

7.3. Təklif kateqoriyası və təklif qanunu
Təklif – bu satıcıların satmaq üçün bazara çıxardıqları əmtəələrin miqdarıdır.
Bazarda əmtəənin qiyməti yüksək olduqda satıcılar təklifi artırırlar ki, daha çox
satsınlar. Ancaq hər bir satıcının təklif etdiyi əmtəənin qiymətinin dəyişməsindən
asılı olaraq təklifin həcmi də dəyişəcək. Belə ki, qiymət artanda təklif də artır və əksinə, qiymət azalanda təklif də azalır. Məsələn, bazarda kartofun 1 kq.nın qiyməti 1500 manat olanda 20 ton təklif edilir, 500 manat olanda isə 3 ton təklif edilə bilər. Burada qiymətlə təklif arasında asılılıq düz mütənasibdir. Təklif qanunu da bu asılılığı xarakterizə edir. Belə ki, qiymət qalxandə təklif də artır və əksinə, qiymət aşağı düşdükdə, təklif də azalır.
Təklifin dəyişməsinə qeyri-qiymət amilləri də təsir göstərir.

  1. təklifin dəyişməsi tələblə bağlıdır, tələb artarsa, təklif də artır və əksinə, tələb azalanda təklif də azalır.

  2. təklifə təsir edən başlıca amil istehsal xərcləridir. İstehsal xərclərini aşağı salmaq mümkün olduqda təklif artır və əksinə.

  3. vergiqoyma – vergilər artanda istehsal azalır, vergilər azalanda istehsal artır və deməli, təklif də artır.

  4. proqnoz da təklifə təsir göstərir və s.

Təklif qanununa görə yüksək qiymətlər təklifin həcminin artmasına səbəb olur. Təklifin qiymət elastikliyi təklifin həcminin qiymətin dəyişməsi nəticəsində necə dəyişdiyini ölçür. Təkliyin həcmi qiymətin dəyişməsi nəticəsində çox də­yi­şər­sə, təklif elastik olar. Təklifin həcmi qiymət dəyişmələri nəticəsində az dəyişərsə, tək­­lif qeyri-elastik olar. Təklifin qiymət elastikliyi (Es) təklifin həcminin də­yiş­mə­si­nin qiymətin dəyişməsinə faizlə nisbəti ilə hesablanır. Təklifin səviyyəsinə təsir edən amillərdən biri də satıçıların sayıdır. Belə ki, hər hansı bir əmtəənin qiy­mə­ti­nin artması həmin əmtəə, istehsalına əlavə istehsalcıların çəlb olunmasına və nə­ti­cə­də təklifin artmasına səbəb olaçaqdır. Qiymətin aşağı düşməsi isə əks təsir göstərəçəkdir.
Fərdi, bazar və məçmu təklif anlayışları bir-birindən fərqli anlayışlardır. Hər bir əmtəə istehsalcısının müəyyən bazarda təklif etdiyi əmtəə, onun fərdi təklifini təşkil edir. Müəyyən bazarda bu fərdi təkliflərin məçmusu, həmin əmtəə ücün bazar təklifini təşkil edir. Məçmu təklif dedikdə isə ölkənin bütün bazarlarında qiymətin hər bir müəyyən səviyyəsində fərdi istehsalcılar, firmalar (müəssisələr) və dövlət tərəfindən təklif edilən əmtəələrin məçmusu nəzərdə tutulur.
Təklifin qiymət və digər amillərdən asılılığının riyazi ifadəsi isə aşağıdakı kimidir: S=f(P)
Burada S (sapply) –təklif, f- funksiya, P- qiymət. Digər amillərdən asılılığı isə aşağıdakı kimidir: S=f(P,Pres, K, T, W, B)
Burada isə S-təklif, f-funksiya, P-qiymət, Pres- resursların qiyməti, K-tətbiq olunan kapital, T-vergi və dotasiyalar, N- satıcıların sayı, B- digər amilləri göstərir.
7.4.Tələb və təklifin elastikliyi
«Elastos» yunan sözü olub ― asan əyilə bilən deməkdir. Tələbin və təklifin elastikliyi dedikdə, müəyyən amillərin təsiri nətiçəsində onların həçmində əmələ gələn dəyişikliklər nəzərdə tutulur.
İqtisadi ədəbiyyatlarda tələbin elastikliliyinin üc növü nəzərdən kecirilir. Tələbin həçminin qiymətin səviyyəsindən asılı olaraq dəyişməsi tələbin qiymət elastikliyi adlanır.
Tələbin elastik olub-olmaması vahid elastiklik səviyyəsi ilə müəyyən olunur. Vahid elastiklik səviyyəsi dedikdə, qiymətin azalması səviyyəsinin (faizlə) tələbin artması səviyyəsinə (%) bərabərliyi nəzərdə tutulur. Məsələn, qiymətin iki dəfə azalması tələbin həçminin iki dəfə artmasına səbəb olur (E = 1).
Tələbin həçminin dəyişməsi hec də hər zaman qiymətin dəyişməsi səviyyəsinə müvafiq olmur. Qiymətin azalması nətiçəsində satışın artmasından əldə edilən gəlir qiymətin azalmasında itirilən gəlirdən cox olarsa, tələb elastik (E>1), əksinə qiymətin aşağı düşməsi nətiçəsində itirilən gəlir tələbin artmasından əldə edilən gəlirdən cox olarsa, tələb qeyri-elastikdir (E<1). Belə ki, əldə edilən və itirilən gəlir tələbin dəyişməsinin nətiçəsidir.
Tələbin elastik, qeyri-elastik və vahid olmasını misallarla izah edək. Müəyyən bir əmtəənin qiymətinin 6 manatdan 2 manata qədər azalması satışın həçmini 4 dəfə (2 ədəddən 8 ədədə) artmasına səbəb olarsa, satıçının gəliri (kimlərinsə tələbi) 12 manatdan 16 manata (2· 8) catır ki, burada E>1 olur. Qiymətin 6 manatdan 2 manata düşməsi, satışın (kimlərinsə tələbi) 2 dəfə artmasına səbəb olarsa, gəlir 12 manatdan (6· 2) 8 manata (2· 4) düşür, E<1 olur. Satışın 3 dəfə artması isə elastikliyin vahidə bərabər olmasına səbəb olur: (6· 2) =(2· 6).
Tələbin gəlirə görə elastikliyi, tələbin dəyişmə səviyyə- sinin (% lə) gəlirin dəyişmə səviyyəsinə (% lə) nisbətilə ifadə olunur.
Tələbin dəyişmə səviyyəsi
Σ= ——————————————
Gəlirlərin dəyişmə səviyyəsi

Tələbin gəlirə görə elastikliyi müsbət, mənfi və neytral (0) olur. Belə ki, əhalinin gəlirləri artdıqça, normal əmtəələrə olan tələb artır və elastiklik müsbət olur. Əhalinin gəlirlərinin artması aşağı keyfiyyətli əmtəələrə olan tələbin azalmasına, elastikliyin mənfi olmasına səbəb olur. Cünki gəliri cox olanda əhali daha keyfiyyətli məhsullar almağa calışır. Gündəlik tələbat mallarında isə elastiklik neytral olur. Qiymətin dəyişməsindən asılı olmayaraq, ailə adətən hər gün özünə lazım olan miqdardan cörək, duz, su və s. əldə edir.


Ümumiyyətlə desək, tələbin elastikliyi müxtəlif amillərin təsiri altında formalaşsa da, ən vaçibi vaxt amilidir. Belə ki, qısa vaxt ərzində məhsula olan tələb qeyri-elastikdir, nisbətən uzun vaxt ərzində o daha elastikdir. Məsələn, yağın qiymətinin yüksəlməsi qısa müddətdə ona olan tələbin azalmasına səbəb olmayaçaqdır. Müəyyən müddətdən sonra isə, alıçıların bir qismi onun əvəzində bitki yağlarından istifadə edəcək və nətiçədə ona olan tələb azalaçaqdır.
Tələbin qiymət elastikliyi


P P
D1

D


Yüklə 205,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə