Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 1. Əhalinin mahüfizəsi barədə Nazirlər Kabinetinin qərarı haqqında anlayış



Yüklə 296,18 Kb.
səhifə37/50
tarix18.05.2022
ölçüsü296,18 Kb.
#87299
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 1. Əhalinin mahüfizəsi barədə Nazirlər Kabinetinin qərarı haqqında anlayış.


Əhalinin mühafizəsi haqqında NK-nin 193 nömrəli qərarı tərtib edib qüvvəyə salmışdır. 25 sentyabr 1998-ci ildə. Bu qərarda izah olunur:

  1. Əhalinin mühafizəsi barədə görülən tədbirlərin təşkili və həyata keçirilməsi qaydası;

  2. Əhalinin vaxtında mühafizə etmək üçün AR-si ərazisini sahələrə, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi qaydası;

  3. Respublikada fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qayadası.

Mülki Müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlər Azərbaycan Respublikasının Mülki müdafiə planı və Azərbaycan Respublikasının illik müdafiə tədbirləri planıdır.
Azərbaycan Respublikasının mülki müdafiə planı Azərbaycan Respubikasının Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər nazirliklər cəlb olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən işlənib hazırlanır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının prezdentinə təqdim olunur.
Azərbaycan Respublikasının mülki müdafiə planı fövqəladə hadisələr zamanı ölkədə mülki müdafiənin idarə dilməsi üçün əsas sənəddir. Planda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqa
əhalinin mühafizəsinin təşkili, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə məntəqələrindən və rabitə kanallarından istifadə olunması, xəbərdarlıq siqnallarının verilməsi qaydası və s.) barədə əsas göstərişlər öz əksini tapır.
Mülki müdafiə planları bütün mərkəzi və yerli icra hakiiyyəti orqanlarında, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektrlərində tərtib edilir, hər il əsas göstəriciləri dəqiqləşdirilməklə, 5 il müddətinə qüvvədə qalır.
Bundan əlavə ölkənin mülki müdafiə üzrə tam hazırlığının təmin etmək məqsədilə Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planı tərtib olunur və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Planda cari ildə müvafiq icra hakimiyyəti orqanları təsərrüfat obyektləri və tədris müəssisələri rəhbərləri tərəfindən keçiriləcək mülki müdafiə təlimləri, məşqlər, yoxlamalar və digər tədbirlər, onların keçirilmə tarixləri müəyyən edilir.
Təsdiq olunmuş planı əsasında bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcəd də hüquqi şəxslər tərəfindən illik mülki müdafiə üzrə planlar tərtib edilib Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və yaxud onun yerli təşkilatları ilə razılaşdırılır və həyata keçirilir.
Bu qaydalar mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara, təsərrüfat obyektlərinin isə dərəcələrə bölünməsinə dais əsas qaydaları və şərtləri müəyyən edir.
“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərləri mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Müdafiə Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Mülki müdafiə üzrə zonalar bu Qaydalara I nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Mülki müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.
Ən mühüm təsərrüfat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli (XƏ) birinci dərəcəli (I dərəcəli) və ikinci dərəcəli (II dərəcəli) obyektlər təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələrin verilməsi bu qaydalara 4 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Mülki müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər: fəaliyyətdə olan inşa edilən, yenidən quraşdırılan və alyihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə, xüsusi konstruktor bürolarına: neft-qaz mədənləri idarələrinə: dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatlarına və digər dövlət əhəmiyyətli obyektlərə.
Mülki formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
Özlərinin iqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələe dərəcəsiz obyektlər adlanır.

    1. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biridir.

Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır. Bu zaman (17 yaşlı şəxslərə-sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən
mühafizə üsülları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.

    1. Fövqəladə hadisələrdən müdafiə qaydalarının mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə vəzifələri də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.

Obyektlərdə mülki müdafiənin öyrədilməsi işləri tədriq qruplarında məşğələ aparmaq, mühafizə məsələlərinin müstəqil surətdə öyrənmək üsulları ilə, məşğələ təlimlər vasitəsilə həyata keçirilir.

    1. Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli şərait, istehsalının xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcələrini nəzərə almaqla müəyyən edilir.

    2. İşçlər fəaliyyətdə hazırlanarkən onlara “Mülki müdafiə" mövzularının öyrədilməsini nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxii edilir.

    3. Kollektiv və fərdi əmək müqaviləsi digər müqavilələr bağlanarkən bunlarda mülki müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.

    4. Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılasdırılır.

    5. Əməli məşgələlər, mülki müdafiə təlimləri və məşqləri sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mulki müdafiə tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarını hazırlamağın əsas forması hesab edilir.

Respublikanın əhalisinə mühafizə biliklərinin öyrədilməsində mülki müdafiə təbliğatına geniş yer verilir.
Mülki müdafiə təbliğatı sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizəsinin üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir.
Mülki müdafiə təbliğatında kütləvi informasiya vasitələrinin könüllü hərbi- vətənpərvərlik texniki-idman cəmiyyətlərinin, digər növləri və ictimai təşkilatların imkanlarından səmərəli istifadə olunmalıdır. Bu sahədə mərkəzi mülki müdafiə icra orqanı nəzdində yaradılan mətbuat və informasiya qurumu xüsusi rol oyna- malıdır.
Sual 2.Əhalinin mühafizəsinin əsas üsulları
FH-da əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəjədə azaldılmasına yönəldilən mühəndis-texnik tədbirlər kompleksinə mühəndis- mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biridə mühafizə gurğularının inşaatdır.
MM-nin mühafizə qurğuları FH-da insanların daldalanıb hər çür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyajları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.
FH-lar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatnan yerləşdirilməsinə, tikilmə muddutinə, materialına belə təsnif edilir:

      1. Təyinatına görə:

  • idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;

    • əhalinin mühafizəsi üçün qurğular;

      1. Yerləşdirilməsinə görə:

  • bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birnici mərtəbələrində),

    • ayrı tikilən qurğular;

      • sənaye müəssələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında;

      1. tikilmə müddətlərinə görə:

  • əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərini planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);

    • teztikilən qurğular.

      1. Yüklənən konstruksiyaların materialına görə:

    • dəmir-beton konstruksiyalı qurğular;

    • daş divarlı qurğular;

      • meşə materiallarından hazırlanmış konstruksiyalı gurğular. 5.Mühafizə xassələrinə görə:

    • sığınacaqlar;

    • radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar);

  • sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları çatışmadıqda).

Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli tikinti bazasında və materiallarında istifadə etməklə sənaye üsulu ilə tikilməlidir. Teztikilən sığınajaqlardan əlavə hər yerdə sadə daldalanacaqların (üstü örtülən xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 24-saat, kənt yerlərində isə 48-saat muəyyən edilmişdir.
Sıqınacaqın həcmi - planlasdırma, konstruktiv və mühəndis texniki avadanlıqları.
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının zədələyici amil-lərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanığın məhsullarının təsirindən muhafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən və ayrı tikilə növləri ola bilər.
Sığınacaqlar leysan yağışları nətijəsində, eləcədə yerin üzərində, ust mərtəbələrdə və qurğulardakı mayye tutumlar dağılarkən içəriyə su, digər mayyələr axması ehtimallarından mühafizə edilməlidir.
Sığınacaqların həm planlaşdırma həlli qənaitcil, quraşdırma baxımından sadə olmalıdır, sülh dövründə binalardan təsarrüfat ehtiyacları üçün istifadə edilənin normal şəraitini təmin etməli, daldalannan insanların otaqlara asanlıqla girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verməlidir.

  1. əsasa təyinatlı otaqlar:

  • sığınma otaqları

  • idarəetmə məntəqəsi

  • tibb məntəqəsi

  1. yardımçı təyinatlı otaqlar:

  • süzgəcli ventillyasiya otağı

  • balonlar otağı (havanı oksigenlə zənginləşdirmək üçun balonlar)

  • sanitariya qovşaqları

  • su təchizatı

  • drenaj suvarma stansiyası

  • dizel elektrik stansiyası otağı

  • sığınacağın elektrik təhcizatı

  • elektrik lövhəsi otağı

  • ərzaq saxlanılan ambarlar

  • tamburşlüzlər

  • mühafizə edilən giriş və çıxış qapıları Radiasiya əleyhinə sığınacaqlar

RD və ya radiasiyadan qoruyan daldalanacaqlarda daldalanan insanların, ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) zamanı ionlaşdırıcı şüalanmadan; zərbə dalğasının təsir dairəsində (etimal olunan zəif dağıntılar zonasında) isə dağılan konstruksiyaların qırıntılarından mühafizəsini təmin edən qurğulardır.
Sığınacaqlarla müqaisədə radiasiya daldalanacaqları daha geniş əhəmiyyətə malikdir. Onlar həm şəhərlərin ehtimal olunan zəif dağıntılar zonasındakı müəssisələrin iş nöbəsindəki fəhlələrin, həm də kənt yerlərindəki və iri şəhərlərdən köçürülən müxtəlif əhali qruplarının mühafizəsi nəzərdə tutur.
RD-nin mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir.

  • ventillyasiya;

  • isitmə;

  • su təhcizatı;

  • kanalizasiya;

  • elektrik təjhizatı və rabitə. Sadə daldalanacaqlar.

Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin edilməyən hallarda muassir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.
Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar (oyuq), səngərlər (tranşeya) aiddir.
Örtülü yarığan insanları işıq şüalanmasından tamamilə qoruyur, zərbə dalğasının təsirinin 2,5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv şualanmanın (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) təsirini isə 200-300 dəfə azdır.
Lakin ZM və bakterial vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda əleyhqazlardan istifadə etmək lazımdır. Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur. Yarğanlar, adətən uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: şəhərlərin baxçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə bağlarda, bostan yerlərində, geniş küçələrdə düzəldilə bilər. Belə sahələr elə seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin. Yarğanlar insanların 1 və 2 cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula bilər. İnsanlar 1 cərgədə yerləşdirilən yarğanın dırinliyi 180-200sm, eni yuxarıda 100-120 sm, dibdə isə 30-90sm olan xəndəklərdən ibarət olur. Yarğanda hər adam üçün 0,5- 0,6m hesabı ilə yer müəyyən edilir.
Örtülü yarğanın tikintisi 2 mərhələdə yerinə yetirilir. 1-ci mərhələdə onun xəndək hissəsi qazılır və avadanlıqlaşdırılır, 2-ci mərhələdə üstü örtülür və torpaqla bərkidilir.
Yarğan - hərəsinin uzunluğu 10-15 m olan bir- birinə nisbətən bucaq altında yerləşən bir neçə düzxətli sahələrdən ibarət xəndəkdir.
Fərdi mühafizə vasitələrinin əhəmiyyəti
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, kimuəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülkü müdafiə dəstələrinin şəxsi heyyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

  1. tənnəfüs orqanlarının mühafizə vasitələri;

  • süzgəcli əlehqazlar

  • təcridedici əlehqazlar

  • respiratorlar

  • sadə vasitələr

  1. dəri səthinin mühafizə vasitələri

  • ümumi qoşun mühafizə dəsti

  • yüngül mühafizə kostyumu

  • yardımcı vasitələr.

Tənəffüs Orqanlarını və dərini mühafizə edən fərdi mühafizə vasitələri.
Əlevhqazlar . Müasir əleyhqazlar insanın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddalərin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu - içərisində fəalləşdırmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü -
uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü - uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını) udub saxlaya bilmir, buna görə də, tənəffüs orqanlarının karbon 2- oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) potrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü - uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçun QP-5, QP-5m, QP- 7 (QP- mülki əleyhqaz) əleyhqazlardan; uşaqların mühafizəsi üçün DP - 6m, PDF-7 (süzücü uşaq əleyhqazı) və s. Süzüju əleyhqaz- süzüjü - uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir.
Respiratorlar . Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, onlardan dəfələrlə istifadə etmək və 12 saata dək mühafizə olunmaq mümkündür.
R-2D respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir. Sadə vasitələr. Belə vasitələrdən əhali respiratoru kimi istifadə edilə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi vasitə olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif sarğı aiddir. Hər bir insanın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən - maskanın gövdəsindən və bərkidici hissəsindən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq (bərkidici hissə) vasitəsi ilə geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin
və aşağı tikiş yerindəki bağlar vasitəsiilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin vasitəsi ilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəs alma zamanı parçanın butun qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Dəri səthinin mühafizə vasitələri- bədənin açıq sahələrini, paltarları və ayaqqabıları onların səthində ZM damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümümqoşun mühafizə komplekti-OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr) və ələltı vasitələr (məişət paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafizə prinsiplərinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Dərini mühafizə edən süzücü vasitələrə süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir. Bu paltar dəsti xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından, parça şlemaltıqdan, iki cüt portyankadan (ayaqa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (absorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və pasta hopdurulmuş bir cüt portyanka insanın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Ümumqoşun mühafizə komplekti OZK- mühafizə plaşından, mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən, hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüngül mühafizə kostyumu L-1 rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltıqdan ibarətdir. Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM- in yüksək konsentrasiyası şəraitində iş aparılarkən, habelə deqazasiya (zəhərləyici maddələrin təmizlənməsinə və yaxud
neytirallaşdırılmasına deyilir ) və dezinfeksiya (xəstəlik törədən mikrobların məhv edilməsinə və onların toksinlərinin dağıdılmasına deyilir ) işləri yerinə yetirilərkən istifadə edilir.
Yardımçı vasitələr- bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorunmaq üçün insanların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması- kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqla böyük əhəmiyyətə malikdir. İnsanların bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl xüsusi iş paltarlarından - kombinezonlardan, gödəkçə və şalvarlardan, başlıqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentdən odadavamlı və ya rezinləşdirilmiş parçadan və digər möhkəm parçalardan tikilir. Bu cür parçalar nəinki bədənin səthinə radioaktiv və bakterial maddələr düşməsinin qarşısını alır, həm də maye damcıları halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Məsələn, brezent paltarlar maye damcı halındakı zəhərləyci maddələrdən qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və bürünjəklər də mühafizə üçün yararlıdır.
Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin çəkmələrdən, botilərdən, qaloşlardan, istifadə etmək lazımdır. Rezin ayaqqabılar maye-damcısı halındakı zəhərli maddələri 3-6 saat ərzində keçirmir.
Əlləri mühafizə etmək üçün rezin və ya dəri əlçəklərdən istifadə olunmalıdır. Yun, iplik və parça əlcəkləri radioaktiv və bakterial maddələrdən qorunmaq üçün yararlı deyil.
Adi paltarlar insanı zəhərli maddələrin buxarlarından və aerozollarından qoruya bilsin deyə, bunlara xüsusi məhlul hopdurmaq lazımdır. Yalnız adi parçadan tikilən paltarlara məhlul hopdurmaq olar, sintetik materiallara məhlul hopdurulmur. Bir dəst paltara və ona əlavə edilən hissələrə (sinəbənd, xişdək, başlıq, əlcəklər, corablar) hopdurmaq üçün 2,5 litr məhlul lazımdır.
Köçürmə tədbirlərinin əhəmiyyəti.
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövgəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər, istehsalat gəzalan zamanı), həm də müharibə dövrünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) - insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil sürətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.
Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə işləri geniş tətbiq edilmişdir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir. Məsələn, II Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü.
Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində insanların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürülmə tədbirlərinin iki (2) növü var. Onlardan

  1. Qismən köçürmə;

  2. Tam köçürmə.

  1. Qismən köçürülmə hallarmda ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, orta ixtisas

məktəblərinin şagirdləri - bu məktəblərin professor-müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşmması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, adamlar nəqliyyat vasitələrinə mindiriləcək meydançalarm və yolların yaxmlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim edilir.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə almır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır.
Piyada hərəkət edən adamlarm istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik) - hər 1,5 saat hərəkətdən sonra, üçün istirahət (1-2 saatlıq) yolun ikinci yarısmda, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasmm hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.
Nəqliyyat vasitələrində köcürülən əhali təhlükəsiz zonada nəqliyyatdan düşürmə stansiyalarma və ya məntəqələrinə gətirilir, burada nəqliyyatdan düşürülür və sonra təşkil edilən köçürmə əhali də bu məntəqələrə gəlir. Köçürmə üzrə qəbuletmə məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasmı, qeydə alınmasmı və yerləşdirilməsini təşkil edir.
Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatı götürürlər.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər: şəxsiyyəti təsdiq edən vəsiqə (pasport) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali və orta ixtisas məktəb tələbəliri, bu məktəblərin professor- müəllim heyəti və onların ailə üzvləri, həmçinin qocalar evində yaşayanlar və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış- köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, insanlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim edilir.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılıcaq insanlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq insanlar isə piyada dəstələri üzrə qruplaşdırılır.
Piyada hərəkət edən insanların istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik)- hər 1-1,5 saat hərəkətdən sonra . (1-2 saatlıq) istirahət yolun ikinci yarısında, adətən etimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.

  1. Tam köçürmə - yalnız müharibə zamanı su basma hallarda, zəlzələ və vulkan püskürməsi nəticəsində bu tədbirlər görülə bilər.

Sual 3. Əhalinin mühafizəsinin əsas prinsipləri
Bütün obyektlərdə və xüsusən də təhlükə potensiallı müəssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirləri konkret məzmununu əməyin təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır. Bu vəzifənin yerinə yetirməsində respublikanın bütün dövlət, təsərrufat, hərbi orqanları və ictimai təşkilatları, eləjədə hər bir vətəndaşı fəal iştirak etməlidir.
Əhalinin mühafizəsində məqsəd- fövqəladə hallarda adamların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, insanların zəhərlənməsinin qarşısının alınması və ya zədələnmə ehtimalının mümkün qədər azaldılması, əhalinin mühafizəsinin səmərəli təşkil edilməsi, mühafizənin prinsiplərinin və üsullarının düzgun seçilməsindədir. FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:

  1. mühafizə AzR-nın bütün ərazisində istehsalat prinsipi üzrə təşkil edilir. R- nın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh həm də müharibə dövrlərində yerinə yetirilir

  2. əhali yerləşən rayonların hərbi- siyasi və təbii xarakterindən, burada

etimal
edilən FH-ın növündən, təhlükənin dərəjəsindən asılı olaraq mühafizə tədbrləri fərqli sürətdə planlaşdırılır və həyata keçirilir.

  1. Bu məqsədlə, sulh dövründə baş verə biləcək FH-ın xarakteri və miqiyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə almaqla respublikanın məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir.

Bunlardan əlavə əhalinin mühafizəsi üçün əsas prinsiplərdən biri də bunlardır:

  1. mühafizə tədbirlərinin qabaqcadan planlaşdırılması və yerinə yetirilməsi. Təbii fəlakət və qəzaların qarşısının alınması, yaxud təsirinin zəiflədilməsi və mühafizə

tədbirlərini həyata keçirmək üçün, bir sıra hallarda xeyli maddi-texniki vəsait, maliyyə xərcləri, işçi qüvvəsi, habelə vaxt tələtjoluna bilər. Buna görə də obyektin (sahənin) inkişaf etdirilməsi planlarında nəzərdə tutmaqla qabaqcadan bu işlər görülməlidir:

    1. obyektdə ola biləcək istehsalat qəzalarını, təbii fəlakətləri proqnozlaş-dırmaq, onların nəticəsində dəyə biləcək zərərin həcmini, növünü müəyyən etmək (qiymətləndirmək);

    2. fövqəlada halların qarşısını almaq, işin sabitliyini yüksəltmək məqsədilə lazımı mühəndis-texniki, təşkilati-texnoloji tədbirləri müəyyən etmək və həyata keçirmək;

    3. lazımı hallarda xüsusi (sənaye) əleyhqazları və digər fərdi mühafizə - vasitələri ehtiyatları yaratmaq və saxlamaq;

    4. obyektdəki qəza barədə xəbərdarlıq üçün məhəlli xəbərdarlıq sıstemi yaratmaq;

    5. bütün şəxsi heyətə qəzalar və digər fövqəlada hallar köçürülmə, davranış və digər qaydalarını öyrətmək;

    6. Sülh dövrü üçün obyektin mütki müdafiə planını tərtib etmək, bu plan üzrə işçilərlə təlimlər keçirmək.

  1. mühafizə tədbirlərinin fərqli surətdə, yəni baş verə biləcək təhlükənin dərəcəsini nəzərə almaqla ona müvafiq surətdə yerinə yetirilməsi. Daha çox qorxulu olan iri sənaye şəhərlərində habelə kimyəvi, yanğın partlayış təhlükəli obyektlərdə və onların yaxınlığındakı yaşayış məntəqələrində mühafizə tədbirləri ilk növbədə və daha geniş həcmdə yerinə yetirilməlidir. Qalan yerlərdə isə mühafizə tədbirləri məhz orada ehtimal edilən qorxudan qoruya biləcək dərəcədə olmalıdır. Bu prinsipə əsasən təhlükəli sahələrdən əhalinin köçürülməsi, belə şəhərlərdə və obyektlərdə daha etibarlı xəbərdarlıq sistemi yaradılması, mütəxəssislərdən ibarət xilasedici dəstələrin fasiləsiz növbətçiliyi, dispetçer xidməti təşkil edilməsi, fərdi mühafizə vasitələrinin tam hazır vəziyyətdə saxlanması və s. nəzərdə tutulur.

  2. Əsas prinsiplərdən biri də budur ki, bütün hallarda mühafizə tədbirləri optimal olmalı, lakin artıq xərclərə, maddi-maliyyə israfına yol verilməməlidir

  3. üçüncü prinsipin mahiyyəti - mühafizə tədbirlərinin kompleks halında yerinə yetirilməsindən ibarətdir. Adətən, fövqəlada halların nəticələrindən yalnız bir üsulla qorunmaq mümkün olmur, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etmək lazım gəlir; məsələn: təhlükəji sahələrdən... adamları. köçürmək və fərdi mühafizə vasitələri işlətmək, mühafizə qurğularında daldalanmaq və b. k. Belə tədbirlərin bir-birini tamamlaması mühafizənin etibarlılığını təmin edir,

Mühafizənin əsas prinsipləri bunlardan ibarətdir. ərazisi zonalara ayrılır. Mülkü müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.

  1. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarında kompleks halında istifadə edilməklə nail olunur ki bu üsullardan ən əsasları əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlarda köçürülməsi və eyni zamanda fərdi mühafizə istifadələrindən istifadə olunmasıdır.

  2. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və AzR-nın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

  3. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi məqsədyönülü və kifayətdir prinsipi ilə müəyyən edilir.

Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə