enerjidaşıyıcısının növündən asılı olaraq qızıdırıcı kameranın
quruluşuna və
ölçülərinə görə fərqlənirlər.
Suqaynadıcı aparatlatın iş prinsipi birləşmiş qablar qanununa əsalanmışdır və əsas
aşağıdakı hissələrdən ibarətdir (şəkil 15.1.): gövdədən11
,
boşaltma borusundan 5,
qidalandırıcı borudan 8, siqnal borusndan 9, ocaqlıqdan16, qaz odluğundan 17,
suqızıdırıcıdan 2, istilik elektrik qızıdırıclarından 3, qaynar su toplayıcısından 4,
axıtma qısa borudan 6.
Suqızıdıranda birinci qab gövdədən 11, ikinci qab isə qidalandırıcı bakdan
ibarətdir. Hər iki qab bir-birinə qidalandırıcı boru 8 ilə birləşdirilmişdir. Aparatın
gövdəsi 11
iki hissəyə bölünmüşdür, yuxarı hissə qaynanmış su toplamaq 4, aşağı
hissə isə su qızıdrıma q 2 üçündür.
Hazır qaynar su toplayıcısı ilə suqızıdarn arasında arakəsmə vardır.
Arakəsmənin mərkəzində birləşdirici boru 5 yerləşir çi, suqızıdırıcdakı qaynar su
buxar köpükləri ilə birlikdə qaynar su toplayıcısına bu
boru vasitəsilə tökülür və
oradan isə paylaşdırma kranı 10 ilə götürülür.
Birləşidirici borudakı suyun səviyyəsi borunun ağzından 8-0sm aşağı olur
və həmişə də sabit qalır, bu vəziyyət qidalandırıcı bakdakı süzgəc klapanı 7 ilə
yaradılır. Boru 1 ilə gövdəyə verilən soyuq suyun miqdarı həmişə toplayıcıya
gedən qaynar suyun miqdarına bərabər olur.
Suyun aparata avtomatik verilməsi aşağıdakı kimi olur. Toplayıcı baka
qaynar su getməyə başlayanda boruda suyun səviyyəsi azalır.
Lakin birləşmiş
qablar qanununa görə suyun səviyyəsi tez bərpa olunur. Bu zaman klapan açılr və
ora əvvəlki səviyyəyə çatana qədər lazım olan miqdarda su gedir.
Lakin suyunu
səviyyəsi əvvəlkindəm bir qədər aşağı olur, çünki suyun bir hissəi bakdan gövdəyə
gedir.
Klapanın açılma dərəcəsi, üzgəcin enmə dərəcəsindən asılıdır; üzgəc aşağı
düşdükcədə klapan da bir o qədər çox açılır. Beləliklə , qidalandırıcı bakın üzgəc
şarı birləşdirici boruda suyun səviyyəsini sabit saxlayaraq
aparta soyuq su ilə
daimi təchiz etmiş olur.
Qidalandırıcı bakın içərsində klapandan başqa siqnal borusu 9 da vardır,
həmin borudan kanalizasiyaya artıq soyuq su axır.
Dostları ilə paylaş: