Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   14   15   16   17   18   19   20   21   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MMU-2000 tipli qabyuma maşını. 
Maşın MMU-1000 tipli qabyuma 
maşının quruluşuna oxşardır, lakin qabarit ölçülərinə və məhsuldarlığına görə 
fərqlənir. Əsas prinsipial fərqli cəhəti isə birinci yaxalam zonasının vannasında 
qızdırcı elementlərinin olmamasıdır. 
Maşında əsas texniki əməliyyatlar –yuma, yuyucu məhlulun verilməsi, 
temperaturanın tənzimlənməsi, vannada suyun səviyyəsinin saxlanılması-
avtomatlaşdırılmışdır. 
Qeyd edək ki, müəssisələrdə MMUQ-2000, MMKC,MMFE və s. Tipli 
fasiləsiz işləyən qabyuma maşınlarından istifadə olunur. Bu maşınların texniki 
xarakteristikaları cədvəl 4.2. də verilmişdir. 
Fasiləsiz işləyən qabyuma maşınlarının məhsuldarlığı aşağıdakı düsturla 
hesablanır: 
Q=
(4.4) 
Burada V-transportyorun sürətidir, m/san; K transpartyorun eninə 
yerləşmiş qabların sırasının miqdarı; 
-transportyorun yükləmə əmsalı; S –
transportyorun gözücükləri arasındakı addımdır, m. 
Bu qrup maşınlarda transportyorun elektrik mühərrikinin gücü aşağıdakı 
ifadə ilə təyin etmək olar: 
N=
,
3
[
(
)∙ , ]
(4.5.) 
Burada P
0
–tarazlaşmış zəncirdə yaranmış çevrəvi qüvvədir, H; Q
1
-gərilmə 
qüvvəsinin ən böyük qiyməti, H; Q
0
-zəncirin gərilmə qüvvəsinin ən kiçik qiyməti, 
H; -zəncirin hərəkət sürəti, m/dəq; 
ötürücü mexanizmin f.i.ə. 


4. Fasiləsiz işləyən qabyuma maşınlarının istismar qaydası 
Bu qrup maşınlar aşağıdakı ardıcıllıqla işə hazırlanır. Hazırlanmış müəyyən 
qatılıqlı yuyucu məhlul yükləmə seksiyasının bakına tökülür. Bunun üçün qapağı 
açmaq , bakı mümkün qədər özümüzə tərəf çəkmək, içərsinə doldurduqdan sonra 
maşının içərisinə itələmək və apağı bağlamaq lazımdı. Dozator nasosunun dəstəyi 
ilə limb üzrə 3-cü və 4-cü bölgüyə qoyulur. Sonra sorucu ventilyasiyanın 
qapayıcısını, eləcə də maşını soyuq və isti su kəməri ilə birləşdirən ventii açırlar. 
Sonra vannaları su ilə dolduran ventilləri açıb, vannanın dolmasına nəzartə etmək 
üçün siyirməyə qapaqcıqlarını qaldırırlar.
Avtomatik açarın köməyi ilə maşını elektrik şəbəkəsinə qoşurlar, bu zaman 
idarə pultunda “maşın işə qoşulmuşdur” yaşıl lampası yanır. Vanna su borularının 
ağzına qədər dolduqdan sonra ventili bağlayır, 80 l su hesbı ilə yuma zonasının 
vannasına yuyucu madə tökür və maşının siyirmə qapıcıqlarını aşağı salırlar. 
Idarə pultunda “vannanı qızdırma” düyməsini basırlar. Bu zaman iki 
vannada və suqızdırıcıda suyun qızmasına nəzarət edən yaşıl lampası yanır. 
Vannalarda və suqızdırıcıda temperatur verilən hüduda çatanda idarə pultundakı 
yaşıl işıq sönür, deməli, qabları yumağa başlamaq olar. Bunun üçün “işə salma” 
düyməsini basırlar. Qablar transportyor döşənəyinin hərəkət edən fiqurlu 
elementlərinin üstünə meyilli vəziyyətdə, üz hissəsi transportyorun hərəkəti 
istiqamətinə tərəf qoyulur. 
Yuyulmuş boşqabları transportyordan bloklaşdırm çərçivəsinə 15-20 sm 
qalana qədər götürmək lazımdır. Şüşə qabları və stolüstü dəstləri boşqabların 
ardınca yumaq olmaz, çünki onların üstünə yağ ləkəsi düşə bilər. Bunun üçün 
vannanın suyunu əvvəlcə dəyişdirmək lazımdır. Vannanın suyunu dəyişdirmək 
üçün “dayan” düyməsini basmaq, maşını qoşub vannanı qızdırmaq, vannanın 
doldurmaq lazımdır. 
Iş prosesində lazım gəldikcə, vannadakı yuyucu məhlulu və suyu 
dəyişdirmək lazımdır. Iş vaxtı kamearalrın siyirmə qapaqcıqlarını qaldırmaq 
olmaz kapron transportyoru zərbələrdən qorunmaq lazımdır. 
Işdən sonra maşını açmalı onu elektrik şəbəkəsindən ayırmalı. Sonra tıxac 
çıxartmalı, suyu axıtmalı, bunkeri çıxartmalı və yeyinti qalığını təmizləməli. Sonra 
isə maşını xüsusi şlanqla soyuq su ilə yumalı və fikir vermək lazımdır ki, elektrik 
şkafına və idarə panelinə su düçməsin. Maşını soyuq və isti su kəmərləri ilə 
birləşdirən ventilləri bağlayır, maşının gövdəsini yumşaq parça ilə silirlər. 


Fasiləsiz işləyən qabyuma maşınlarının texniki xarakteristikası cədvəl 4.2. 
də verilmişdir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə