Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

Barabanlı tərəvəzyuma maşını. 
Maşının prinsipial sxemi şəkil 4.4 də 
verilmişdir. Məhsul fırlnma hərəkəti edən deşikli barabana 2 işçi kameranın yan 
üstündə yerləşmiş yükləmə qurğusundan 1 tökülür. Barabanın daxilinə su
çiləyicilər vasitəsi ilə verilir. Maşının barabanının digər aşağı yan səthində 
boşaltma qurğusu 4 quraşdırılmışdır. 


Şəkil 4.4. Barabanlı tərəvəzyuma maşınında tərəvəzlərin yuyulma sxemi. 
Bir çox konstruksiyalı barabanlı tərəvəzyuma maşınında baraban bilavasutə 
axar suyu olan vannada yerləşir. Belə maşınlarda boşaltma qurğusu barabanın 
yuxarı yan hissəsində quraşdırılır. Bu zaman barabanın hər bir fırlanma dövründə, 
onun yan səthində yerləşdirilmiş kürəklər müəyyən məhsul hissəsini boşaltma 
qurğusuna istiqamətləndirəcəkdir. 
Barabanlı tərəvəzyuma maşınlarında prosesə təsir edən əsas amillərdən biri 
barabanın fırlanma tezliyidir və bunun qiymətini elə seçirlər ki, məhsula təsir edən 
mərkəzdənqaçma qüvvəsini qiyməti məhsulun ağırlıq qüvvəsinin qiymətindən 
kiçik olsun. Onda, aşağıdakı şərti yazmaq olar: 
C
m
<
C
lm
və yaxud m
2
(R-r)
<
mg (4.12) 
Burada m- məhsulun kütləsi, kq; -barabanın fırlanma sürəti, rad/sa; R-
barabanın daxili radiusu, m; r –məhsulun radiusu, m 
Bir neçə sadə riyazı çevirmələrdən sonra (4.12) sonra, alarıq. 
n

30
(4.13) 
alınmış (4.13) ifadəsindən göründüyü kimi dövrlər sayı bilavasitə 
barabanın və məhsulun ölçülərindən asılıdır. 


Lopastlı barabanlı tərəvəzyuma maşınlarının (şəkil 4.5) işçi kamerası 
tərpənməz barabandan və çirklənmiş suyun axıdılması üçün aşağı hissəsi bütöv və 
ya deşikləri olan yan divarları yuxarı açılan yarımslindrik formadan ibarətdir. 
Lopastlı 3 fırlanma hərəkəti edən val 2 işçi kameranın mərkəzi hissəsində 
yerləşmişdir. Işçi kamerada lopastrların köməyi ilə məhsul intensiv olaraq yerini 
dəyişməklə boşaltma qabına doğru hərəkət edəcəkdir. Məhsulların zədələnmə 
qarşısının azaldılması məqsədi ilə lopastlara rezinlər taxılmışdır. Maşının işçi 
kamerasına su çiləyicilərdən 4 verilir. 
Barabanlı, eləcə də lopastlı tərəvəzyuma maşınını işə qoşduqdan sonra eyni 
zamnada suyun çiləyicilərə verilməsi üçün ventili açmaq lazımdır. Yuma prosesinə 
məruz qalan məhsul fasiləsiz axınla maşının işçi kamerasına verilir. Barabanın və 
yaxud lopastların fırlanması sayəsində məhsul işçi kamera boyunca yerini 
dəyişməklə yuyulacaqdır. 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə