Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


MÖVZU 6.   TƏMIZLƏMƏ AVADANLIQLARI



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MÖVZU 6. 
 TƏMIZLƏMƏ AVADANLIQLARI 
Plan: 
1. Təmizləmə avadanlıqlarının təyinatı və təsnifatı 
2. Fasiləli işləyən kartoftəmizləyən maşınlar 
3. Fasiləsiz işləyən kartoftəmizləyən maşınlar 
4. Kartoftəmizləmə maşınlarının istismar qaydası 
5. Balıqtəmizləmə maşınları 
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
1.
 
TƏMIZLƏMƏ AVADANLIQLARININ TƏYINATI VƏ TƏSNIFATI 
Təmizləmə avadanlıqları məhsulun qidalılıq dəyəri aşağı olan üst səth 
qatının (meyvə-tərəvəzlərin qabığı, balığın pulcuqları və s.) təmizləmə üçün təyin 
edilmişdir. 
Texnoloji təyinatından asılı olaraq təmizləmə avadanlıqları əsas iki qrupa 
bölünürlər: köklümeyvələrin qabıqdan təmizlənməsi üçün və balığın pulcuqlarını 
təmizləyən avadanlıqlar. 


Qeyd edək ki, emal müəssisələrində köklümeyvəlilərin qabıqdan 
tənzimlənməsində əsas kartof məruz qaldığından qısaca olaraq bu qrup maşınlar 
kartoftəmizləyən maşınlar adlanır. 
Kartofun , eləcə də digər tərəvəzlərin qabığnı təmizləmək üçün bir neçə 
üsul mövcuddur: qələvi, buxar, kombinəedilmiş (buxar-qələvi), termiki və 
mexaniki üsullar. 
Qələvi üsulda
kartof əvvəlcə suda 48
0
C yə qədər qızdırılır və 100
0
C yə 
kimi qızdırılmış qatı qələvi məhlulunda emal edilir; bu məhlul kartof yumrularını 
üst qatını yumşaldır. Yuma maşının barabanında kartof yumrularının üst qatı 
soyulur və qələvisi yuyulur. 
Buxar üsulunda
kartof avtoklavda 6-7 atm təzyiq altında 1-2 dəq 
müddətində emal edilir, bu zaman kartof yumrularının üst qatı bişiur. Sonra kartof 
yuma-təmizləmə maşınına gəlir, burada yumrular bir-birinə və rezin diyircəyə 
sürtünməklə bişmiş üst qat soyulur. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə