Qeyd edək ki, emal müəssisələrində köklümeyvəlilərin qabıqdan
tənzimlənməsində əsas kartof məruz qaldığından qısaca olaraq bu qrup maşınlar
kartoftəmizləyən maşınlar adlanır.
Kartofun , eləcə də digər tərəvəzlərin qabığnı
təmizləmək üçün bir neçə
üsul mövcuddur: qələvi, buxar, kombinəedilmiş (buxar-qələvi),
termiki və
mexaniki üsullar.
Qələvi üsulda
kartof əvvəlcə suda 48
0
C yə qədər qızdırılır və 100
0
C yə
kimi qızdırılmış qatı
qələvi məhlulunda emal edilir; bu məhlul kartof yumrularını
üst qatını yumşaldır. Yuma maşının barabanında kartof yumrularının üst qatı
soyulur və qələvisi yuyulur.
Buxar üsulunda
kartof avtoklavda 6-7 atm təzyiq altında 1-2 dəq
müddətində emal edilir, bu zaman kartof yumrularının üst qatı bişiur. Sonra kartof
yuma-təmizləmə maşınına gəlir, burada yumrular bir-birinə
və rezin diyircəyə
sürtünməklə bişmiş üst qat soyulur.
Dostları ilə paylaş: