Şəkil 4.4. Barabanlı tərəvəzyuma maşınında tərəvəzlərin yuyulma sxemi.
Bir çox konstruksiyalı barabanlı tərəvəzyuma maşınında baraban bilavasutə
axar suyu olan vannada yerləşir. Belə maşınlarda boşaltma qurğusu barabanın
yuxarı yan hissəsində quraşdırılır. Bu zaman barabanın hər bir fırlanma dövründə,
onun yan səthində yerləşdirilmiş kürəklər müəyyən
məhsul hissəsini boşaltma
qurğusuna istiqamətləndirəcəkdir.
Barabanlı tərəvəzyuma maşınlarında prosesə təsir edən əsas amillərdən biri
barabanın fırlanma tezliyidir və bunun qiymətini elə seçirlər ki, məhsula təsir edən
mərkəzdənqaçma qüvvəsini qiyməti məhsulun ağırlıq qüvvəsinin qiymətindən
kiçik olsun. Onda, aşağıdakı şərti yazmaq olar:
C
m
<
C
lm
və yaxud m
2
(R-r)
<
mg (4.12)
Burada
m- məhsulun kütləsi, kq; -barabanın fırlanma sürəti, rad/sa; R-
barabanın daxili radiusu, m; r –məhsulun radiusu, m
Bir neçə sadə riyazı çevirmələrdən sonra (4.12) sonra, alarıq.
n
≈
30
(4.13)
alınmış (4.13) ifadəsindən göründüyü kimi dövrlər sayı bilavasitə
barabanın və məhsulun ölçülərindən asılıdır.
Lopastlı barabanlı tərəvəzyuma maşınlarının (şəkil 4.5) işçi kamerası
tərpənməz barabandan və çirklənmiş suyun axıdılması üçün aşağı hissəsi bütöv və
ya deşikləri olan yan divarları yuxarı açılan yarımslindrik formadan ibarətdir.
Lopastlı 3 fırlanma hərəkəti edən val 2 işçi kameranın
mərkəzi hissəsində
yerləşmişdir. Işçi kamerada lopastrların köməyi ilə məhsul intensiv olaraq yerini
dəyişməklə boşaltma qabına doğru hərəkət edəcəkdir. Məhsulların
zədələnmə
qarşısının azaldılması məqsədi ilə lopastlara rezinlər taxılmışdır. Maşının işçi
kamerasına su çiləyicilərdən 4 verilir.
Barabanlı, eləcə də lopastlı tərəvəzyuma maşınını işə qoşduqdan sonra eyni
zamnada suyun çiləyicilərə verilməsi üçün ventili açmaq lazımdır. Yuma prosesinə
məruz qalan məhsul fasiləsiz axınla maşının işçi kamerasına verilir. Barabanın və
yaxud lopastların fırlanması sayəsində məhsul
işçi kamera boyunca yerini
dəyişməklə yuyulacaqdır.