Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MU-1000tipli 
sürtgəc-doğrama 
mexanizmi. 
Sürtgəc 
–doğrama 
mexanizmi (şəkil 6.9) içiboş slindrik gövdədən 1, konusvari dişli ötürülməsi olan 
reduktordan 6, quyruqdan 4 və reduktorun yumrucuqlu mufta ilə qurtaran şaquli 
valından 5 ibarətdir. Gövdənin qabarıq yerlərində dəyişdirilən hissələri bərkitmək 


üçün iki qaykalı sancaq 2 vardır. Mexanizmə aşağıdakı dəyişdirilən hissələr əlavə 
olunur: yükləmə qıfı, sürtgəc diski, pərlər, aralıq gövdə, ilbiz 3. 
Üfüqi val preslənmiş oymaqlarda yerləşmişdir. 
Sürtgəc-doğranma mexanizminin gövdəsini yığarkən quyruq hissəsi 
intiqalın boğazına qoyulur və sıxıcı vintlər ilə dəyişdirilən mexanizm intiqalın 
üstünə bərkidilir. 
Məlumdur ki, sürtgəc maşınlarda bişmiş tərəvəzlərin xırdalanmasının fiziki 
prosesi ümumi halda iki mərhələdən ibarətdir: məhsulun ələk tiyələri ilə 
xırdalanması və ələk deşiklərindən basıb-sıxmaqla keçirilməsi. Alınmış məhsulun 
keyfiyyətinə təsir edən amillərdən biri sürtgəc maşınlarının işçi üzvlərinin 
konstruktiv formaları, məhsula təsiretmə müddəti və sürəti, həmçinin lopastların 
maillik bucağının qiymətidir. 
Sürtgəc-maşınların məhsuldarlığı aşağıdakı düsturla hesablanır: 
Q=F
0
V
(6.24.) 
Burada F
0
-ələk deşiyinin sahəsidir, m
2
; V-ələl deşiklərində məhsulun 
basılma sürətidir, m/san; - məhsulun həcmi kütləsidir, kq/m
3

-ələk səthinin 
məhsulla yüklənmə əmsalıdır ( =0,6-0,7). 
2. Bişmiş məhsulları xırdalayan maşınların istismar qaydası 
İşə başlamazdan əvvəl maşının emal kamerasını və işçi üzlərini qaynar su 
ilə yuyurlar. Xırdalama zonasına məhsul müntəzəm olaraq bərabər miqdarda 
verilməlidir. Universal mətbəx maşınına qoşulan sürtgəc mexanizmi aşağıdakı 
kimi yığılır. Suda bişmiş tərəvəz sürtgəcdən keçirtmək üçün gövdə intiqala 
bərkidilir, qanadın təkərtopuna sürtgəc diski və tullayıcı taxılır və üstdən valı 
təkərtopuna elə qoyulur ki, işgili təkərtopunun yuvasına düşsün. Valı gövdəyə 
qoyarkən fiksatoru dartib çəkir və valı elə çevirirlər ki, onun fiqurlu çıxıntısı intiqal 
valının yuvasına düşsün. 
MKP-60 tipli maşının istismarına başlanmazdan əvvəl KPЭ-60 elektrik 
xörəkbişirən qazanın quruluşunu bilmək lazımdır. Kartofun bişirilməsi zamanı 
qazanın qapağını qaldırdıqda ehtiyatlı olmaq lazımdır və aparat işləyən zaman onu 
nəzarətsiz qoymaq olmaz. Sürtgəc maşının yastıqlarında yağın olmaması üzündən 
reduktorun gövdəsi həddindən artıq qızır və bunun qarşısını almaq üçün 
reduktorun gövdəsinə yağ tökmək lazımdır. 


Bəzən sürtgəc mexanizmlərində proses getdikcə pisləşir. Bu zaman ilk 
növbədə gözləri tutulmuş ələk deşiklərini məhsul qalıqlarından təmizləmək 
lazımdır.Bişmiş məhsulları xırdalayan maşınların texniki xarakteristikası cədvəl 
6.4 də verilmişdir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə