Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


MC 10-160 tipli diskli tərəvəzdoğrayan



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   29   30   31   32   33   34   35   36   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MC 10-160 tipli diskli tərəvəzdoğrayan.
Maşının prinsipial sxemi 7.7. də 
verilmişdir. Maşın tökmə gövdədən, yükləmə bunkerindən, işçi valdan və 
dəyişdirilən disklərdən ibarətdir. Yükləmə bunkerinin 1 ilbizəoxşar quruluşu 
vardır. O, gövdədəki 4ilgəkdən asılır və qatlanan boltun köməyi ilə gövdəyə 
sıxılır. Gövdədə üfüqi işçi val 5 yerləşmişdir, yayaltı fiksator onun eninə 
yerdəyişməsinə mane olur. Vala bağlanmış qayka 6 ilə tərəvəzin doğranılma 
qalınlığını dəyişdirmək olar. Qayka fırlandıqda bıçaq 3 ilə diskin 2 səthi arasındakı 
məsafə dəyişir. 
Gövdəni quyruq 7 hissədən intiqalın boğazına geydirir və bərkidirlər. 
Elektrik mühərrikini işə qoşduqdan sonra yuyulmuş tərəvəzi yükləmə bunkerinə 
doldururlar. Bu zaman disklə birlikdə fırlanan bıçaqla kəsilmiş məhsul hissələri 
boşaltma qabına 8 tökülür. Yükləmə bunkerinə doldurulan tərəvəz müntəzəm 
verilməli və kifayət miqdarda olamalıdır, əks halda doğranmanının keyfiyyəti 
xarablaşır.


3.Tərəvəzdoğrayan maşınların istismar qaydaları 
İşə başlamazdan əvvəl maşının istehsalat stoluna möhkəm bağlanması və 
elktrik mühərrikinin yerləbirləşməsini yoxlayırlar. Bundan sonra kəsmə icraedici 
mexanizmlərin valının fiqurlu çıxıntısı universal mətbəx maşınlarının intiqal çıxış 
valının yuvasına salırlar və sıxıcı vintlərlə intiqalın üstünə möhkə bərkidirlər. 
Doğranılma forma və ölçülərindən asılı olaraq lazımi kəsmə mexanizimlər 
komplekti müəyyən ardıcıllıqla yığılır. Kombinə edilmiş tərəvəzdoğrayanlarda 
boşaltma qabının pəncərəsinə lazım olan bıçaq toru qoyur; bıçağı bərkidir və 
boşaltma qabı ilə birlikdə qapağı bağlayırlar.
Müstəvi bıçaq ilə bıçaq torunun araboşluğu çox az olmalı, bıçaq isə yaxşı 
itilənməlidir. 
Mühərrik işə salındıqdan sonra yükləmə bunkerinə suda bişmiş tərəvəzi 
yığır və itələyicinin köməyi ilə onu bıçaq toruna asta sıxırlar. Müstəvi bıçaq, bıçq 
toru ilə bunkerin arasından keçərkən tərəvəz yumrusundan bir tikə kəsir və öz çəp 
hissəsi ilə kəsdiyi tikəni bıçaq toruna basır. Doğranmış tərəvəz maşının qabağına 
qoyulmuş taraya yığılır. Tərəvəzi əl ilə bıçaq toruna itələmək əti qadağan edilir. Iş 
qurtardıqdan sonra qapaq, bıçaq qəlibi və bıçaq çıxarılıb qaynar su ilə yuyulur
qurudulur və bitki yağı ilə yağlanır. Maşının xaricdən yumşaq parça ilə 
qurulayırlar. Həftədə bir dəfədən gec olmayaqa ixtisaslı mexanik bıçaqları bülöv 
daşında itiləməlidir. 
Tərəvəzdoğrayan maşınların texniki xaraklteristikası cədvəl 7.1. də 
verilmişdir.



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə