Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MÖVZU 10.
ƏTDOĞRAYAN MAŞINLAR 
PLAN: 
1.Ətdoğrayan maşınlar 
2. Ətdoğrayan maşınların istismar qaydaları 
3. Ətyumşaldan maşınlar 
4. Ətyumşaldan maşınların istismar qaydaları 
 
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
 
1.Ətdoğrayan maşınlar 
Bir sıra emal müəssisələrində o cümlədən ticarət və iaşə sistemində ətin 
xırdalanması üçün ətçəkən maşınlardan,tikəli ət porsiyalarının yumşaldılması üçün 
ətyumşaldan maşınlardan geniş istifadə edilir. Ətçəkən maşınlarda məhsul axıra 
qədər çıxarsız xırdalanmalı, şirə axını əmələ gəlməməli və xırdalanan məhsulun 
ölçüsü axırıncı bıçaq torunun deçiklərinin diametrindən böyük olmamalıdır. 
Məhsulun yumşaldılmasında ət porsiyaları bütün səth üzrə bərabər səviyyədə 
çərtilməli və şirə itkisinə yol verilməməlidir. 
Məhsuldarlıqdan asılı olaraq ətçəkən maşınlar üç qrupa bölünürlər: 
məhsuldarlğı 10 kq/saat qədər olan məişət tipli, məhsuldarlğı 10-500 kq/saat olan 
iaşə müəssisələri üçün, məhsuldarlığı 500 kq/saat dan çox olan sənaye tipli ətçəkən 
maşınlar. 


Şəkil 7.1.2 MİM -500 tipli ətxırdalalyan maşın. 
MİM-500 tipli ətçəkən.
Maşın (şəkil 7.12.) çuqun gövdədən, əsasdan, 
işlək alətlərdən, şnekdən, intiqaldan və çatıdan ibarətdir. Içiboş silindrik formada 
olan işlək kameranın gövdəsinin 4 daxili vintvari qanovcuqlardan ibarətdir. 
Qanovcuqların olması proses zamanı məhsulun çevrilməsinə mane olur. ətçəkənin 
gövdəsinin 3 qabaq hissəsinin xarici yivinə burmaqla sıxıcı qaykaya taxılır, arxa 
flansına isə reduktorun 15 qabaq hissəsi bərkidilmişdir. Gövdənin boğazlığında 
kasa formalı yükləmə qabı 4 quraşdrılmışdır. Gövdədə kəsici alətlərə tərəf getdikcə 
addımlarının sayı azalan birgirişli vint şəklində haıralnmış şnek 10 yerləşmişdir. 
Şnekin bir tərəfi barmaqcıqdan 6 ibarət olmaqla, digər tərəfi yarığı olan quyruq 13 
hissəsi reduktorun intiqal valının 2 mil ucuna girir. Kəsmə alətləri aşağıdakı 
ardıcıllıqla şnekin barmaqcığına taxılır: kəsən bıçaq tor 8, ikitərəfli bıçaq 7, 
deşiklərinin diametri 9mm olan bıçaq toru 5, ikitərəfli bıçaq və deşiklərinin 
diametri 3 və yaxud 5 mm olan bıçaq toru. 
Kəsən və bıçaq torlar şnekin barmaqcığında sərbəst quraşdırılmışdır. 
Barmaqcıq formasında dəliklərin hesabına ikitərəfli bıçaqlar isə bərk bağlanmışdır 
və şneklə birlikdə fırlanma hərəkəti edir. Bıçaq torla sıxıcı qaykanın 9 köməyi ilə 


sıxılır. Yükləmə qabında iki dəlik nəzərdə tutulmuşdur. Və qoruyucu 11 ilə təchiz 
edilmişdir. Dəliklərin biri ilə məhsul işlək kameraya verilir, digər isə itələyici 12 
vasitəsilə məhsulun itələnməsi üçün təyin edilmişdir. Kəsmə alətlərinə hərəkət 
elektrik mühərrikindən 18 pazvari qayış ötürməsi 17 və slindrik dişli çarxlardan 
ibarət olan birpilləli reduktor 15 vasitəsilə verilir. 
Işlək alətləri gövdədən asanlıqla çıxartmaq üçün tutacaqdan 20 və 
çıxardıcıdan 19 iabrət olan xüsusi tərtibatdan istifadə edilir. 
Maşının əsası 1 üç dəliyi olan çuqun tavadan ibarətdir. Elektrik 
mühərrikinin soyudulması üçün maşının əsasının arxa divarında və yan böyüründə 
pəncərə pərdəsi 16 nəzərdə tutulmuşdur. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə