Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


MÖVZU 8.  BİŞMİŞ QİDA MƏHSULLARINI XIRDALAYAN MAŞINLAR



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

MÖVZU 8. 
BİŞMİŞ QİDA MƏHSULLARINI XIRDALAYAN MAŞINLAR 
Plan: 
1. Bişmiş qida məhsullarını xırdalayan maşınlar 
2. Bişmiş məhsulları xırdalayan maşınların istismar qaydası 
ƏDƏBİYYAT VƏ MATERİALLAR: 
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. 

Elm” nəşiriyyatı, 
2002.
2.Оборудование предприятий торговли и общественного питания. 
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с 
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и 
холодильное оборудование предприятий общественного питания. Изд.2-е 
переб. и доп. М.Экономика 1977 404с. 
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. 
Оборудование предприятий общественного питания Механические 
оборудование- М: Экономика, 2000. 
Bişmiş məhsulların xırdalanması üçün tətbiq olunan maşınlar məhsula təsir 
üsulundan asılı olaraq üç qrupa bölünürlər. 


Birinci qrupa daxil olan maşınlarda məhsul sürüşmə ilə birgə yüksək 
tezlikli rəqslərin hesabına xırdalanır; ikinci qrup maşınlarda isə məhsul ələyin 
tiyəsi ilə kəsili və onun deşiklərindən keçərək əzilir; üçüncü qrup maşınlarda 
məhsul sürətli fırlanan kürəklərlə əzilir və qarışdırılır. 
Birinci qrup maşınlar bişmiş məhsulların nazik xırdalanması üçün təyin 
edilmişdir. Alınmış məhsul əsasən uşaq və pəhriz iaşəsində istifadə edilir. 
Ikinci qrup maşınlar bişmiş müxtəlif yeyinti məhsullarından püre 
hazırlanmasında tətbiq edilir. 
Üçüncü qrup maşınlar isə bilavasitə qazanlarda kartof püresinin 
hazırlanması üçün istifadə edilir. 
MUBP tipli maşın. 
Maşın bişmiş ət, balıq , tərəvəz , yarma vəs. 
məhsulların nazik xırdalanması üçün təyin edilmişdir. Bu zaman xırdalanmadan 
sonra alınmış hissəciyin əsas kütlədə ölçüsü 0,5mm dən az olmalıdır. 
Maşın (şəkil 6.7) alminium gövdədən 15, elektrik mühərrikindən, 
statordan 14 və yükləmə bunkerindən ibarətdir. Çatının döşəməsi üzərundə 
gövdənin daxilində quraşdırılmış elektrik mühərrikinin valı mufta 17 vasitəsilə iki 
radial –dayaqlı kürəcikli yastıqlarda 1 fırlanan intiqal valına birləşdirilmişdir. 
Kəsik konus formasında olan və şponkalarda 3 yerləşmiş rotor 4 yandan vintlə 5 
intiqal valına 2 bağlanır. Rotor üç hissədən ibarət olub, bir-birindən hissələrə 
slindrik formalı yarıqların ölçüsünə və miqdarına görə fərqlənirlər. Birinci hissəsdə 
56 yarıq, ikincidə -80 , üçüncüdə 120. Bütün hissələrdə rotorun yarıqları konusun 
doğuranına nəzərən bucaq altında yerləşmişdir. Rotorun yuxarı üstündə üç pilləıli 
tənzimləmə halqası vardır. Vintlə 12 bağlanmış halqaya 13 daxil səthi konusun 
doğuranı boyunca yerləşmiş yarıqları olan statorun flansı söykənir. Tənzimləmə
halqasının fırlanması sayəsində stator müxtəlif hündürlüklərə uyğun yerini 
dəyişməklə işçi üzvlər arasındakı məsafə nizamlanır. Statorun ən aşağı 
vəziyyətində araboşluğu məsafəsi 0,2mm, orta və yuxarı vəziyyətlərdə isə uyğun 
olaraq 0,4 və 0,6mm olacaqdır.
Statorun pazına girən mil 6 onu gövdədə dönməsinə mane olur. Yuxarıdan 
stator yükləmə bunkeri 7 ilə sıxılmışdır. Bunkerin flansında iki yan eksentrik 11 və 
iki diyircək 10 vardır. Bunların vasitəsilə əllə bunkeri saatı əqrəbi istiqamətində 
fırlatdıqda bunker öz yerinə bağlanır. Maşının gövdəsinə bağlı kronşteynlərə 8 
diyircəklərin 10 oxu 9 sərt bərkidimişdir. Çatının yuxarı hissəsində maşının 
elektrik idarəetmə 16 sistemi quraşdırlmışdır. 


Rotor və stator arasındakı məsafə nizamlandıqdan sonra, maşının 
“işəsalma” düyməsini basmaqla elektrik mühərrikini dövrəyə qoşurlar. Emal 
olunacaq məhsul yükləmə bunkerindən kürəklə xırdalanma zonasına doğru 
itələnməklə proses həyata keçirilir. Iş qurtardıqdan sonra “dayan” düyməsini 
basmaqla maşını saxlamalı və bundan sonra maşında sanitar işi aparılır. 
MUBP tipli maşının məhsuldarlığı aşağıdakı düsturla hesablanır: 
Q=F
(6.17) 
Burada F- rotorun və statorun səthləri arasındakı araboşluğunun sahəsidir
m
2
; - konusun doğuranı boyunca məhsulun hərəkət sürətidir, m/san
2
; -məhsulun 
sıxlığıdır, kq/m
3
; - işçi zonanın məhsulla doldurulmasını nəzərə alan əmsaldır, 
( =0,43-0,8). 
F= (
+
) sin (6.18) 
=
(6.19) 
Burada ξ –məhsul hissəinin müqavimət əmsalıdır; 
-rotorun bucaq 
sürətidir, rad/san; r
p
–rotorun orta radisusudur,m. 
Maşının elektrik mühərrikinin tələb olunan gücü isə aşağıdakı ifadə ilə 
hesablanır: 
N=
(6.20) 
Burada N
1
- məhsulun xırdalanmasına sərf olunan gücdür, Kvt; N
2
- işçi üzvlərin 
səthi ilə məhsul arasındakı sürtünmə qüvvəsinin aradan qaldırılmasına sərf olunan 
gücdür, Kvt; -ötürücü mexanizimlərin f.i.ə. 
N
1

g
F
(6.21) 
Burada 
g
–sürüşmədə məhsulun dağılma müqavimətidir, Kpa;
-orta radius üzrə 
rotorun çevrəvi sürətidir, m/san. 
N
2
=P
y
D
s
Lf (6.22) 
Burada D
s
-statorun diametridir, m; L-statorun işçi zonasınən uzunluğu, m; F-
sürtünmə əmsalıdır; P
y
-işçi zonada yaranmış orta təzyiqdir, Kpa. 
P
y
=
(
)
(6.23) 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə