Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

21 
 
münasibətlər  (sosial,  mənəvi,  mədəni  sahələr)  sistemidir  ki,  bunun  vasitəsilə 
insanların  həyat  fəaliyyəti,  onların  yaradıcılığı  və  bunların  nəsildən-nəsilə 
ötürülməsi  üçün  fərdlərin  və  kollektivlərin  xüsusi  maraq  və  tələbatlarının 
reallaşmasında lazım olan şərait təmin edilir. 
Nəzərə  almaq  lazımdır  ki,  «vətəndaş  cəmiyyəti»  anlayışı  sadəcə  olaraq 
«vətəndaş»  və  «cəmiyyət»  terminlərinin  şərti  birləşməsi  kimi  çıxış  etmir. 
Vətəndaş  cəmiyyətinin  mövcudluğu  o  zaman  mümkündür  ki,  sosial  əlaqələrin 
bütün  sahələrində,  o  cümlədən,  iqtisadi,  siyasi,  mənəvi  sferalarda  şəxsiyyətin 
yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır. 
Dövlət  vətəndaş  cəmiyyətinə  onun  strukturlarının  hüquqi  çərçivəsini 
müəyyən  etməklə  təsir  edir  və  bununla  bərabər  o,  vətəndaş  cəmiyyəti 
tərəfindən  əks-təsirə  məruz  qalır.  Məsələn,  dövlətin  qanunvericilik  fəaliyyəti, 
xalqın  nümayəndəli  orqanlarının  işi  siyasi  partiyaların,  ictimai  təşkilatlarının 
fəaliyyəti  ilə  sıx  qarşılıqlı  əlaqədədir.  Belə  nəticəyə  gəlmək  olar  ki,  dövlət 
mexanizminin,  cəmiyyətin  siyasi  hakimiyyətinin  bütün  təşkilatlarının  normal  və 
səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə 
vasitəçi  olan  vətəndaş  cəmiyyətinin  inkişafı  olmadan  mümkün  deyil.  Vətəndaş 
cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas 
hüquq və azadlıqları həyata keçir. 
 
§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. 
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. 
Hakimiyyət  -  mürəkkəb,  çoxcəhətli  bir  hadisədir  ki,  onun  tədqiqinə  təbii 
olaraq,  müxtəlif  cür  yanaşmalar  mövcuddur.  Hüquq  ədəbiyyatında  hakimiyyətə 
yalnız insanların birgə fəaliyyəti kimi baxılmır.  O, cəmiyyətdə sosial qurumların 
vahid  fəaliyyətini  və  möhkəm  qaydaları  təmin  edən  mütəşəkkil  bir  qüvvə  kimi 
xarakterizə  olunur.  Bundan  əlavə,  hakimiyyət  ayrı-ayrı  adamların,  sosial 
qurumların,  bütünlükdə  xalqın  öz  iradəsini  xüsusi  metodların  köməyi  ilə  həyata 
keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa 
düşülür.  «Hakimiyyət»  anlayışının  mahiyyətinə  başqa  cür  yanaşmalar  da 
mövcuddur  ki,  o  da  bu  çoxcəhətli  sosial  hadisənin  bu  və  ya  digər  tərəfini  əks 
etdirir. 
Ən  ümumi  şəkildə  hakimiyyəti,  insanların  davranış  və  fəaliyyətini  bütün 
cəmiyyətin,  ayrı-ayrı  sosial  qrupların  iradəsinə  tabe  etdirmək  vasitəsi  kimi 
xarakterizə etmək olar. 
Hakimiyyət  -  sosial  hadisə  olmaqla  insan  cəmiyyətinin  meydana  gəlməsi 
ilə  birlikdə  yaranıb.  Onu  ibtidai  icma  quruluşu  dövründə  cəmiyyətə  xas  olan 
ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və 
qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ 
ümumi  əhəmiyyətli  funksiyaların  icrası:  qidanın  bölünməsi,  ailə-nikah 
münasibətlərinin  nizamlanması,  əməyin  cinsə,  yaşa  görə  bölünməsi  və  s. 
zərurətin  yaranması  səbəb  olmuşdur.  Öz  təbiətinə  görə  bu,  hər  şeydən  əvvəl 
ictimai rəyin - yığıncağın qərarı, ağsaqqallar şurası, rəhbər, qəbilə başçısı və s. 
ictimai  hakimiyyətin  nüfuzuna  söykənməklə  mövcud  olmuşdur.  İbtidai  icma 
cəmiyyətində  insanların  yaşamaq  uğrunda  amansız  mübarizəsi  şəraitində 


22 
 
meydana  gələrək  bərqərar  olmuş  qadağa  və  davranış  qaydalarına  riayət 
etməsinin  ciddi  vacibliyi,  hakimiyyətin  tələblərinin  könüllü  icrasına  səbəb 
olmuşdur.  Əlbəttə,  zəruri  hallarda  məcburetmə  də  tətbiq  olunurdu  (məsələn, 
qəbilədən  qovma,  həyatdan  məhrumetmə  və  başqa  tədbirlər).  Lakin,  ibtidai 
icma  cəmiyyətində  hakimiyyətin  həyata  keçirilməsinin  xüsusiyyəti  hakimiyyətin 
tələblərini  yerinə  yetirməyi  təmin  edən  xüsusi  məcburetmə  aparatının 
olmamasıdır ki, bu da yalnız siyasi təşkilat olan dövlətdə mövcud olur. 
Dövlət  hakimiyyəti  hər  şeydən  əvvəl  dövlətin  mecburetmə  qüvvəsinə, 
xüsusi  aparatların  köməyi  ilə  (dövlət  orqanları  və  idarələri,  məhkəmə,  hüquq-
mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına arxalanır,  baxmayaraq 
ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir. 
İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət 
orqanları  vasitəsilə  göstərir,  sanki  o,  bu  fəaliyyətdə  öz  maddi  təcəssümünü 
tapır. 
Hakimiyyətin  xalqa  məxsus  olması  onun  demokratik  metodlarla  həyata 
keçirilməsini,  dövlət  hakimiyyətinin  xalq  qarşısında  hesabat  verməsini 
qabaqcadan müəyyənləşdirir. 
Dövlət  hakimiyyətinin  başlıca  vəzifəsi  -  insanın  hüquq  və  azadlıqlarının, 
şərəf və ləyaqətinin tanınması,  onlara  riayət olunması və müdafiəsidir. Belə ki, 
demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir. 
 
§4.  Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi 
mahiyyəti. 
Konstitusiya  anlayışı  latın  dilində  olan  «constitucio»  sözündən  olub  hərfi 
mənası  «quruluş»,  «təsisat»,  «qurmaq»,  «təsis  etmək»  deməkdir.  Etimoloji 
baxımdan  konstitusiya  terminindən  ilk  dəfə  Qədim  Romada  imperator 
hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta 
əsrlərdə  Avropada  feodal-zadəgan  imtiyazlarını  nəzərdə  tutan  aktlar  da  sözün 
hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. 
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 
1787-ci  ildə  qəbul  edilmiş  və  bu  günə  qədər  fəaliyyət  göstərən  ABŞ-ın 
Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il 
Polşa və Fransa Konstitusiyaları olmuşdur. 
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə 
malikdir: 
1.  Konstitusiyanın  xüsusi  subyekt  -  xalq  tərəfindən  qəbul  edilməsi.  Qeyd 
etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq 
tərəfindən  qəbul  olunsa  da,  bəzən  yuxarıdan  (mütləq  monarxiyalarda)  bir  növ 
bağışlanılır.  Lakin  bu  istisnadır  və  demokratik  konstitusiyalar  üçün  xarakterik 
deyildir. 
2.  Dövlət  və  cəmiyyətin  Əsas  Qanunu  kimi  Konstitusiya  başqa 
qanunlardan  fərqli  olaraq  təsisedici,  birbaşa  xarakter  daşıyır.  O,  ictimai 
münasibətlərin  geniş  dairəsini,  bunlardan  bütün  cəmiyyət  üzvlərinin,  bütün 
vətəndaşların  köklü  maraqlarmı  əhatə  edən  daha  vaciblilərini  tənzimləyir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə