19
ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa
daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya
subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul
etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki,
konfederasiyanın
dövlət
quruluş
forması
hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun
həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici
siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid
iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi
surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə
vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin
könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada
vahid pul dövriyyəsi mövcud deyil.
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli
olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır.
Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu
zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar
yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-
ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq
edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə
konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və
Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana
gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu
gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri
məxsusdur.
Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və
ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək
olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.
Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi
vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla
(demokratik, antidemokratik) xarakterizə olunur.
Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların
tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq
seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.
Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının
boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi,
hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun
oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən
təşkil olunması və s. istisna edilmir.
Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün
«demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu
anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi
ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik
dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq
20
məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər
ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir.
Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş
prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq
həyata keçirilir.
Xalq
hakimiyyətinin
təzahür
forması
kimi
«bilavasitə
(birbaşa)
demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək
lazımdır. Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa
iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm
əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya -
xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o,
özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri
vasitəsilə həyata keçirir.
§2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti
Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan
anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial
strukturlarından, qeyri-hökumət təşkilatlarından: partiyalardan, dini birliklərdən,
həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir.
Hüquqi dövlətdə dövlət hakimiyyəti sistemi hakimiyyətin bölgüsü, hüquqi
qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır.
Hüquqi qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni
qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət
hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə
konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə
haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.
Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq,
hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq
hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi
kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona
məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn,
dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi
olan referendum yolu ilə).
Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini
əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür,
cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz.
Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa
birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir.
Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi
partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və
fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və
texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi
informasiya vasitələri daxildir.
«Vətəndaş cəmiyyəti» - dövlətdən asılı olmayan, elə ictimai institutlar və
Dostları ilə paylaş: |