11
2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə
olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya
hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı
səbəbli əlaqə təşkil edir.
3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan,
öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə
nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq
pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs
çıxış edə bilər.
4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ
psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir.
Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin
(məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə
gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə
və xətalara bölünür.
Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş
ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki,
o cəmiyyətin mövcud olmaq şərtlərinin özünə, vətəndaşların əsas hüquq və
azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd
əməllər cinayət hesab olunmur. Belə ictimai təhlükəli əməllər başqa növ hüquq
pozuntularına aiddir.
Xətalar - hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və
həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi sanksiyaların
xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür ki,
bunlar da müəyyən hüquq sahələrinə aid olur.
İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır
(küçə hərəkəti qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, sanitar qaydalarının və
s. pozulması).
İntizam xətaları - əmək, xidməti, yaxud təhsil intizamına qəsd edən hüquq
pozuntusudur.
Mülki hüquq pozuntuları (xətalar) öhdəliklərin icra olunmaması, yaxud lazımi
qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının vurulması
(delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir.
12
7. HÜQUQI MƏSULIYYƏTIN ANLAYIŞI, ƏSAS ƏLAMƏTLƏRI VƏ
NÖVLƏRI
Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə
ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun
törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq
normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd
davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.
Hüquqi məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn tələblərini
icra etməsinə dövlət məcburiyyətidir. Dövlət məcburiyyəti nədir? Əvvəla, bu vurulmuş
ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin pozulmuş hüququnun
bərpası üzrə vəzifələrin qoyulmasıdır.
Bu halda söhbət hüquq pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri
sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir.
İkincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq
pozuntusuna qarşı cinayət (məsələn, azadlıqdan məhrumetmə) cəzası, inzibati cərimə,
inzibati tənbeh tətbiq edilə bilər.
Beləliklə, hüquqi məsuliyyət dövlət məcburiyyəti xarakteri daşıyır. Dövlət
məcburetmə tədbirləri hüquq normalarında, onların sanksiyalarında müəyyən edilir.
Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun
arzuolunmaz nəticəsi, məhrumetmə vasitəsidir. Sanksiya səlahiyyətli dövlət orqanları
(məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir.
Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas növü
fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquq-pozmaların başqa növləri isə -
müvafiq olaraq inzibati, intizam və mülki-hüquq məsuliyyəti əmələ gətirir. Son dövr
hüquq ədəbiyyatında konstitusiya hüquqi məsuliyyət anlayışına da rast gəlinir.
1. Cinayət məsuliyyəti törədilmiş cinayətə görə yaranır. Cinayət məsuliyyətinə o
şəxs cəlb olunur ki, o konkret cinayət törətmiş olsun və ya cinayətin törədilməsində
iştirakçı olsun. Cinayət məsuliyyətinə cəlbetmə səlahiyyəti olan yeganə dövlət orqanı
məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza növünü təyin edir.
2. Konkret şəxsin inzibati məsuliyyəti üçün əsas onun inzibati hüquq pozuntusu
törətməsidir.İnzibati məsuliyyət səlahiyyətli dövlət orqanlarının qoyduğu inzibati
tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.)
tətbiqində ifadə olunur.
3. İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir.
İntizam xətaları məzəmmət, töhmət, şiddətli töhmət, işdən azadetmə və s. kimi
sanksiyaların verilməsinə gətirir.
4. Mülki-hüquqi məsuliyyət mülkiyyət, əmlak xarakteri daşıyır. Belə ki, mülki-
hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, ona görə ki,
məqsədi - pozulmuş mülkiyyət hüququnun bərpasıdır. Mülkiyyətin ölçüsü, adətən
vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir.
Dostları ilə paylaş: |