9
a) hüquq subyekti;
b) hüquq münasibətlərinin məzmunu;
c) hüquq münasibətlərinin obyekti;
Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi
məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və
hərəkətlər təşkil edir.
Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu - hüquq münasibətinin
subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti
subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir.
Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki
şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar,
təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi
keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq
və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən,
başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri
icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların
yarandığı andan meydana gəlir.
Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan meydana gəlir; fəaliyyət
qabiliyyəti isə müəyyən yaş həddinə çatdıqdan sonra əmələ gəlir. Fəaliyyət qabiliyyəti
insanların psixi fəaliyyəti ilə də bağlıdır. Bunun üçün psixi cəhətdən sağlam olmaq
zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır.
Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə
14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir misal: ayrı-ayrı istisna hallarda nikah yaşı
kişilər üçün 18 yaşdan 17 yaşa endirilə bilər. Azərbaycan Respublikasında ailə və nikah
məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra hakimiyyəti orqanı qəbul edə bilər.
Hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı yalnız yuxarıda
göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır.
Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ
gəlməsi (həmçinin, dəyişməsi və xitam edilməsi) üçün əsas olan həyati hallar - hadisə
və hərəkətlərdir.
Hüquqi faktları insan iradəsi ilə əlaqəsindən asılı olaraq iki qrupa bölmək olar:
hadisələr və hərəkətlər, bunlarla qanun hüquqi nəticələrin əmələ gəlməsini əlaqələndirir.
Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş verən hüquqi
əhəmiyyətli faktlardır. Məsələn, insanın ölümü vərəsəliklə əlaqədar hüquq
münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Hərəkətlər insanın iradəsindən bilavasitə
asılı olan hüquqi faktlardır. Hərəkətlər qanunauyğun, yəni hüquq normalarını, onların
tələblərini pozmayan (məsələn, alqı-satqı müqaviləsi) və qanuna zidd, yəni qanunu
pozan, qanunla düz gəlməyən hərəkətlərə bölünür (məsələn, inzibati, cinayət
hüquqpozmaları və s.).
10
6. HÜQUQ POZUNTUSUNUN ANLAYIŞI, TƏRKIBI VƏ NÖVLƏRI
Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan
vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.
Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu
da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla
cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq
pozuntusunun aşağıdakı əlamətləri vardır:
Birincisi,
hüquq
pozuntusu
hüquq
normasındakı
göstərişlərin
yerinə
yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab
edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır.
Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək,
hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s.
əməllər hüquqa-zidd əlamətləri əks etdirir.
İkincisi, hüquq pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə
çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir ki, onlarda öz
hərəkətlərinə hesabat vermək, öz davranışına rəhbərlik etmək qabiliyyəti vardır.
Beləliklə, hüquq pozuntusu ağılla hərəkət etməyə qadir olan insanın iradəsinin ifadəsi
kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi cəhətdən anlaqsız olan
şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu hesab olunmur.
Azyaşlıların törətdiyi qanunvericilikdə nəzərdə tutulmuş ictimai təhlükəli əmələ görə
müvafiq tərbiyəni və nəzarəti həyata keçirməməkdə təqsirkar olan şəxs cavab
verməlidir.
Üçüncüsü, şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz.
Müəyyən yaş həddinə çatmış, anlaqlı şəxsin yalnız o ictimai-təhlükəli, hüquqazidd
əməli hüquq pozuntusu hesab oluna bilər ki, bu əməl şəxsin təqsiri ucbatından baş
vermiş olsun. Beləliklə, hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin
olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya
ehtiyatsızlıq formasında təzahür edir.
Yuxarıda ifadə olunanları nəzərə alaraq hüquq pozuntusuna belə bir tərif vermək
olar: hüquq pozuntusu dedikdə - şəxsin ictimai-təhlükəli xarakter daşıyan, təqsirli,
hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür.
Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və
hərəkətsizlik (məsələn, vəzifəli şəxsin şüurlu surətdə məhkəmənin qərarını, hökmünü,
qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər.
Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri
fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir.
Hüquq pozuntusunun tərkibinə daxildir:
1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan
ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri).
Dostları ilə paylaş: |