Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə25/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   21   22   23   24   25   26   27   28   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Qarışıq iqtisadi sistem. Onun səciyyəvi cəhəti ondan ibarətdir ki, burada iqtisadiyyatın dövlət bölməsi mövcuddur. Dövlət burada iqtisadi fəaliyyətin tənzim edilməsində fəal rol oynayır. Qarışıq iqtisadi sistem ideyasını A.Vagner irəli sürmüş, XX əsrin 30-cu illərində Amerika iqtisadçısı C.Ceyz tədqiq edərək inkişaf etdirmişdir. Bu sistem iqtisadi resursların seçilməsi və istifadə olunmasında, insan- ların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlərinin vəhdətidir. Burada təsərrüfat fəaliyyətini menecerlər əlaqələndirir. Bu sistemin aşağıdakı xarakterik xüsusiyyətləri vardır:

a) Xüsusi mülkiyyət; b) İctimai təsərrüfat sistemi; c) Rəqabət mühitinin yaradılması; ç) Qarışıq müəssisələr və onların fəaliyyətinin genişləndirilməsi üçün şəraitin yaradılması; d) Onun əsasını azad sahibkarlıq sistemi təşkil edir;


e) Maksimum mənfəət və s.

    1. Keçid iqtisadiyyatı - bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid prosesində olan iqtisadiyyatdır. Bu sistemin xarakterik (səciyyəvi) cəhəti onda eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn iqtisadi münasibətlər mövcud olur. Burada həmçinin xarakterik cəhət eyni zamanda ondan ibarətdir ki, buraya sosial-iqtisadi münasibətlərin kəskinləşməsi xasdır.

İnkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatının bir neçə modeli formalaşıb: azad, sosial yönümlü, dövlət tərəfindən idarə olunan bazar. Bazar iqtisadiy- yatının qeyd edilmiş modelləri ümumi və bir sıra spesifik xüsusiyyətlərə malikdir. Ümumi əlamətlərə aiddir: müxtəlif mülkiyyət növlərinin mövcudluğu – xüsusi, ictimai, dövlət; rəqabət və dövlət tərəfindən dəstək. Spesifik xüsusiyyətlər ölkənin tarixi, mədəni, dini, siyasi xarakteri ilə əlaqədardır.
Dövlət iqtisadiyyat, maliyyə bazarının təşkili və sosial problemlərin həllində müxtəlif rol oynayır. Məsələn, ABŞ-da cəmiyyətin iqtisadi həyatında dövlət məhdud rol oynayır. Bu, tarixi amillər, mədəniyyətin müxtəlifliyi, eləcə də məskunlaşmış xalqların dini və digər ənənələri ilə şərtlənir. Ilk avropalı mühacirlər qanun və dini təqiblərdən qaçan, eləcə də özünü şəxsiyyət kimi təsdiq etmək istəyən insanlar idilər. Məhz bunun əsasında da ABŞ-da bazar prinsipləri formalaşdı.
Qərbi Avropa ölkələrinin əksəriyyətində bazarın yaranması feodal sistem şərtləri daxilində baş verirdi, elə monarxizm prinsipləri əsasında formalaşmış qanunlar cəmiyyətin iqtisadi və sosial həyatında dövlətin rolunu müəyyən etdi. İqtisadiyyatın yapon modelinin xüsusiyyətləri ölkənin xarici dünyadan təcrid olunması (1603-1854), feodal sisteminin xüsusiyyətləri və konfusiçiliyin əsrlərə əsaslanan ənənələri ilə bağlıdır. Bu və digər tarixi, təbii-iqlim, mədəni amillər Yaponiyanı digər inkişaf etmiş ölkələrə nisbətən daha individual cəmiyyətə çevirir. ABŞ, Avropa ölkələri və Yaponiyanın tarixi ənənə və siyasi fəlsəfəsinin spesifikliyi həmin ölkələrin iqtisadi həyatının təşkilində də özünü büruzə verir. Əsas fərqləndirici amillərdən biri mərkəzi hakimiyyətin xərclərinin həcmi ilə bağlıdır.
Avropa İttifaqı ölkələrində hakimiyyət xərclərinin xüsusi çəkisi ABŞ və
Yaponiyanın bu göstəricisindən bir qədər yüksəkdir. Bu, gəlirlərin qeyri-bərabər bölgüsü və sosial stabilliyin təminatı olaraq, Avropa ölkələrinin sosial təminat sisteminə olan münasibətini əks etdirir. Yaponiyada dövlət assiqnasiyalarının həcmi çox azdır, sosial ehtiyacların böyük hissəsini isə ailə təmin edir. ABŞ-da hökumət sosial müdafiə təklif etmir, heç ailə də özü belə bir məsuliyyətin altına girməyə tələsmir.
Ölkələrin sosial siyasətə yanaşmalarındakı fərqliliyin nəticələrindən biri də əhali gəlirlərindəki diferensasiyadır. ABŞ-da yoxsulluq səviyyəsində yaşayan insanların xüsusi çəkisi Avropa və Yaponiyaya nisbətən yuxarıdır, baxmayaraq ki, Amerika dünyanın daha inkişaf etmiş ölkəsi sayılır. Sənayedən post-sənaye sisteminə keçən əksər ölkələr üçün bazar iqtisadi modelinin effektivliyinin əsas amili kimi şəxsi imkanların realizasiya səviyyəsi, insanların mövcudluğu üçün ən münasib iqtisadi, sosial, ekoloji və psixoloji şərtlərin təmin olunmasını qeyd etmək olar. BMT ölkələrin inkişaf səviyyəsini əhalinin gəlirləri, tibbi təminat və təhsil səviyyəsini nəzərə alan xüsusi göstərici əsasında qiymətləndirir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə