Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Mövzu 6. Bazarın sistem yaradan elementləri: əmtəə, dəyər və pul nəzəriyyələri



Yüklə 0,96 Mb.
səhifə26/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mövzu 6. Bazarın sistem yaradan elementləri: əmtəə, dəyər və pul nəzəriyyələri


Bazar (əmtəə) təsərrüfatı nəzəriyyəsinin əsas kateqoriyası əmtəədir ki, bundan öncə tarixi və məntiqi olaraq «nemət» kateqoriyası gəlmişdir. Əgər nemət müəyyən müsbət məna daşıyan hər şey, yəni insanın bu və ya digər tələbatını ödəyən və maraqlarına, meyllərinə müvafiq olan cisim, hadisə, əmək məhsuludursa, onda əmtəə xüsusi iqtisadi nemətdir. Əmtəənin nemətdən fərqli olaraq xüsusiliyi ondadır ki, o sadəcə olaraq iqtisadi fəaliyyətin nəticəsi deyil (yəni iqtisadi nemət), alqı-satqı (Ə- P-Ə) yolu ilə mütləq mübadiləsi (Ə - Ə) üçün yaradılmışdır ki, burada Ə - əmtəə, P - puldur. K. Menger deyirdi ki, “iqtisadi nemət-onun hərəkət qabiliyyətindən, onu satış üçün təklif edən şəxslərdən, maddiliyindən, onun əmək məhsulu kimi xüsusiyyətindən asılı olmayaraq, o mübadilə üçün nəzərdə tutulduğundan əmtəə olur


Əmtəə - mübadilə üçün nəzərdə tutulmuş insanın hər hansı tələbatını ödəyə bilən əmək məhsuludur. Hər üç xüsusiyyət əmtəənin müəyyən edilməsində olduqca vacibdir. Nemət əmək məhsulu deyilsə, o əmtəə (meşədə yabanı alma, hava və s.) olmur. Əgər nemət əmək məhsulu olmasına baxmayaraq hər hansı tələbatı ödəmir və heç kimə lazım deyilsə, o əmtəə deyildir. Əgər nemət təsərrüfat daxilindən istehlak olunursa, yəni daxili istehlak üçün yaradılmışsa, o əmtəə deyildir (natural, şəxsi yardımçı və ev təsərrüfatında). Verilmiş tərifdən belə çıxır ki, əmtəə özü-özlüyündə iki xüsusiyyətə malikdir: ■ Insanın hər hansı tələbatını ödəmək qabiliyyətinə; ■ Mübadiləyə yararlılığa.
Əmtəənin insanın bu və ya digər tələbatını ödəmək qabiliyyəti onun istehlak dəyərini təşkil edir. İstənilən əmtəə istehlak dəyərinə malikdir. Tələbatın xarakteri bu zaman ən müxtəlif (fiziki, mənəvi) ola bilər. Onların ödənilməsi yolları da müxtəlif ola bilər. Bəzi şeylər tələbatı istehlak şeyi (çörək, geyim və s.) kimi bilavasitə, digərləri isə istehsal vasitələri (dəzgah, xammal) kimi dolayısı ilə ödəyə bilir. Bir çox istehlak dəyərləri bir deyil, bir sıra ictimai tələbatları (məsələn, oduncaq kimyəvi xammal, yanacaq kimi, mebel istehsalı üçün istifadə olunur) ödəyə bilir. Əmtəə şəklində xidmətlər çıxış edir. Onların xüsusiliyi nədədir? ■ Xidmətin istehlak dəyəri maddi formaya malik deyil; ■ Xidmətin istehlak dəyəri fəaliyyətin, canlı əməyin faydalı səmərəsidir. ■ Xidmətin maddi forması yoxdur, onu bilavasitə yığmaq olmaz, o yalnız istehsal anında istifadə oluna bilər. İstehlak dəyərləri hər bir cəmiyyətin sərvətinin məzmununu təşkil edir.
İstehlak dəyərinin üç təzahür forması var: miqdar, natural forma, kefiyyət. Kefiyyət verilmiş istehlak dəyərinin faydalılığının, tələbata müvafiqliyinin, istehlakm konkret şəraitində tələbatı ödəməyə yararlılığının dərəcəsidir. Natural təsərrüfatda məhsulun istehlak dəyərini əmtəənin istehlak dəyərindən fərqləndirmək lazımdır. Natural təsərrüfatda əmək məhsulları istehsalçıların özləri üçün istehlak dəyəridir, əmtəələr isə başqaları üçün istehlak dəyəridir, yəni ictimai istehlak dəyəridir. Əmtəənin istehlak dəyəri bilavasitə istehlakçıya yalnız mübadilə yolu ilə keçir. Əmtəə yalnız insan tələbatlarını ödəmək xassəsinə deyil, həm də digər əmtəələrlə əlaqəyə girmək, başqa əmtəələrə mübadilə olunmaq xassəsinə malikdir. Əmtəənin müəyyən miqdarı nisbətlərində mübadilə olunmaq qabiliyyəti mübadilə dəyəridir.
İstehlak dəyəri əmtəəni kefiyyət baxımından səciyyələndirirsə, mübadilə dəyəri kəmiyyət baxımından səciyyələndirir. Əmtəənin məhz axırıncı xüsusiyyəti onu müqayisəyə gələn edir. D. Rikardo yazırdı: «Əmtəələrin mübadilə dəyəri onlarda təcəssüm olunan

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə