Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Sivilizasiyalı (vətəndaşlıq) yanaşma



Yüklə 0,96 Mb.
səhifə23/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   19   20   21   22   23   24   25   26   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Sivilizasiyalı (vətəndaşlıq) yanaşma. Burada əsas mahiyyət ondan ibarətdir ki, cəmiyyətin tarixi hərəkəti sivilizasiyanın müxtəlif mərhələləri kimi səciyyə- ləndirilir. U.Rostou aşağıdakı sivilizasiya dövrlərini göstərmişdir: 1) neolit – 30-35 əsr; 2) Şərqi quldarlıq sivilizasiyası 20-30 əsr; 3) antik sivilizasiya 12-13 əsr;

  1. ilkin feodal sivilizasiyası 7 əsr; 5) sənayeləşmədən sonrakı 1-3 əsr. Hazırda elmin, texnikanın ən yüksək səviyyəsi, məlumat texnologiyasının tətbiqi imkan verir ki, iqtisadi artım, qiymətlərin sabitliyi, əhalinin müdafiəsinin səmərəliliyi, ekoloji təhlükəsizlik və s. təmin olunmuş olsun.

İqtisadi sistemin əsasını istehsal münasibətləri və məhsuldar qüvvələr təşkil edir. Hər bir iqtisadi sistemdə məhsuldar qüvvələr dedikdə oradakı istehsal vasitələri və onları idarə edə bilən, yəni, həmin sahə üzrə ixtisasa və əmək vərdişlərinə malik olan insanlar başa düşülür. İstehsal vasitələri-əmək aləti və əmək cisimlərinin vəhdətidir. İstehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi bazisini təşkil edir, cəmiyyətdə maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı proseslərini əhatə edir. İqtisadi bazis isə siyasi, hüquqi üstqurumu, ictimai təfək- kürün formasını və cəmiyyətin ictimai quruluşunu təşkil edir. C.Helbreytə görə, “Ən yaxşı iqtisadi sistem, insanların çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir olan sistemdir”.
İqtisadi sistemin tipləri. Dünyanın ayrı-ayrı ölkələrində, dövlətlərində həmişə müxtəlif iqtisadi sistemlər formalaşmış, inkişaf etmiş, yüksəlmiş, nəhayət, bütün daxili imkanlarını itirərək arada çıxıb getmişdir. İqtisadi sistemin aşağıdakı tipləri ayrılır:

    1. İnzibati mərkəzləşdirilmiş təsərrüfat sistemi. Burada iqtisadi problemlər üzrə bütün qərarları dövlət qəbul edir, istehsal vasitələri, torpaq dövlət mülkiyyətindədir. Resurslar dövlət planı əsasında bölünür. Bu sistemdə ölkənin yuxarı orqanlarının zəruri hesab etdiyi əmtəə və xidmətlər istehsal olunur. Belə sistemdə əmtəə və xidmətlərin necə istehsal edilməsini dövlət plan orqanları müəyyən edir. Burada əmtəə və xidmətlərin kim tərəfindən istifadə olunmasını dövlət plan orqanları müəyyən edir. İnzibati mərkəzləşdirilmiş təsərrüfat sistemi

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə