Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə25/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   21   22   23   24   25   26   27   28   ...   106
iqtisadiyyat nmf

«İstehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının icrasını asanlaşdıran istehsal təyinatlı əşyalar - iş masaları, stendlər, piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini təmin edən başqa vasitələr, məsələn, dəzgahların aralarına çəkilən çəpərlər aiddir. Bundan əlavə, həmin qrupa duru və dənəvər maddə və materialların qorunması üçün istifadə olunan çəllək və baklar, şkaflar və habelə inventarlar daxil edilir.
«Təsərrüfat inventarları». Bu qrupa dəftərxana mebeli (stollar, şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yanğından mühafizə əşyaları və s. aiddir.
«Çoxillik bitkilər və onların fərdi çəpərləri (hasarları)» qrupuna müəssisə və təşkilatların ərazisində və həyətlərində əkilmiş çoxillik bitkilər aid edilir.
«Sair əsas fondlar». Bu qrupa kitabların dəyərindən asılı olmayaraq kitabxana fondu, icarəyə götürülmüş əsas fondlar üçün icarə haqqı (icra balansında qeydə alınan) aiddir.
Əmək predmetlərinə, müəssisənin istehsal güclərinə bilavasitə təsiri dərəcəsindən və əhəmiyyətliliyindən asılı olaraq istehsal əsas fondları aktiv və passiv hissələrə bölünür. İstehsal əsas fondlarının aktiv hissəsinə əmək predmetlərinin formasına və xassələrinə birbaşa təsir edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artıran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissəsinə isə aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ünsürlər (binalar, tikililər, ötürücü qurğular) daxildir.
İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal strukturu və onun dinamikası istehsalın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər. Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların payı nə qədər çox olarsa, onların hər manatına - başqa şərtlər dəyişməz qalarsa - bir o qədər çox məhsul istehsal edilə bilər.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə