Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə23/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   19   20   21   22   23   24   25   26   ...   106
iqtisadiyyat nmf

«Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərındən qoruyan, işçilər üçün istehsal meydançası verən və habelə yaşayış və sosial-mədəni xidmət təyinatlı memarlıq-tikinti obyektləri aiddir. İstehsal binalarına isə istehsal və habelə köməkçi və xidmətedici sexlərin binaları daxildir. Həmin qrupa sadalananlardan başqa, laboratoriyalar, qazanxanalar, kompressor stansiyaları yerləşdirilən binalar və həmçinin müəssisə idarəsinin, anbarların binaları və habelə yanğından mühafizə binaları da aid edilir.
«Qurğular». Bu qrupa əmək predmetlərinin (xammal, material, yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri aiddir. Əsas fondların bu qrupuna suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, estakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir.
«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri və kanallar aiddir.
«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür:
1. «Güc maşınları və avadanlıqları» yarımqrupuna istilik və elektrik enerjisi yaradan maşın-generatorlar, buxar maşınları və turbinləri, daxili yanma mühərrikləri, istilik və elektrik enerjisini mexaniki enerjiyə çevirən maşın-mühərriklər, elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən olan güc maşınları və avadanlıqlarının texniki mükəmməlliyi müəssisələrin enerji ilə təchizatının səviyyəsini müəyyən edir.
2. İş maşınları və avadanhqları» yarımqrupuna bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, termiki və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər. Maşın və avadanlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəssisənin istehsal gücünü müəyyən edir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə