Mövzu Kimyəvi silahlar və onlardan qorunma üsulları. 1-ci tədris sualı. Kimyəvi silah haqqında məlumat. Kimyəvi silahlar



Yüklə 56 Kb.
səhifə10/13
tarix11.12.2023
ölçüsü56 Kb.
#148545
1   ...   5   6   7   8   9   10   11   12   13
M vzu Kimy vi silahlar v onlardan qorunma sullar . 1-ci t dris

Fiziki-kimyəvi xassələri. Ammonyak boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l, dadı çox acıdır, havadan yüngüldür. Bildiyiniz kimi havanın molekul kütləsi 29, ammonyakınkı isə 17-dir. Sıxlığı 00 C-də 0,771 q/l, 250 C-də 0,59 q/l-dir. Mənfi 33-350 C dərəcəyədək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. 1 həcm suda 700 həcm ammonyak həll olunur. Efirdə və digər üzvi həlledicilərdə həll olur. Ammonyakın hava ilə 4:3 nisbəti və ya 15-28%-li qarışığı partlayışa səbəb olur. Partlayış təhlükəli konsentrasiyanın hədləri: oksigendə 13,5-79%, aşağı valentli azot oksigendə 2,2-72%-dir. Ammonyak havada surətlə ammonium karbonata (NH4)2CO3 çevrilir, yaxud rütubətlə udulub naşatır spirtinə (ammonium hidroksidə) çevrilir. Reaksiyalara çox meyllidir, birləşdirmə, əvəzetmə və oksidləşmə reaksiyalarına daxil olur. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Maye halında çox vaxt suda 10 və 25%-li qaz məhlulu şəklində təsadüf edilir. Çənlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda saxlanılır və daşınır.
Zəhərləyici xassələri. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları (qatılığı) gözlərdə ağrıya və yaş axmaya, təngnəfəsliyə, kəskin öskürəyə, baş gicəllənməsinə, mədə ağrılarına və qusmaya səbəb olur, ağciyərlərin fəaliyyəti zəifləyir. Ammonyakın güclü təsirindən bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor qıcıqlanma, qıcolma halları müşahidə edilir, eşitmə qabiliyyəti azalır. Baş-beyin qabığında maddələr mübadiləsi pozulur. Kiçik konsentrasiyalarda gözlərin və burunun selikli qişaları azacıq qıcıqlanır, asqırma baş verir, yüngül ürəkbulanma, baş ağrıları, sifətin qızarması, güclü tərləmə, döşdə ağrı hiss edilir. Ammonyakın havada konsentrasiyasının yol verilən həddi (KYH) belədir: iş aparılan binaların havasında 0,02 mq/l, sənaye müəssisələrinin ərazisindəki açıq havada – 0,007 mq/l, yaşayış məntəqəsinin havasında – 0,0002 mq/l. Konsentrasiya 0,04-0,08 mq/l olarkən gözlərin, yuxarı nəfəs yollarının kəskin surətdə qıcıqlanması, güclü baş ağrıları baş verir. Susuz maye ammonyak ağır yanıqlar törədir, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Həcmcə 1%, 7 mq/l konsentrasiyada yaş dəri səthinin azacıq aşınması, 2%-də isə nəzərə çarpan aşınması müşahidə olunur, bir neçə dəqiqədən sonra suluqlu yanıq yarası əmələ gəlir. Naşatır spirti dəriyə zəif təsir göstərir, lakin hər halda kəskin ağrı, qızarma və uzun müddətli təsir zamanı suluqlar törədə bilər.

Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə