Mövzu Kimyəvi silahlar və onlardan qorunma üsulları. 1-ci tədris sualı. Kimyəvi silah haqqında məlumat. Kimyəvi silahlar



Yüklə 56 Kb.
səhifə12/13
tarix11.12.2023
ölçüsü56 Kb.
#148545
1   ...   5   6   7   8   9   10   11   12   13
M vzu Kimy vi silahlar v onlardan qorunma sullar . 1-ci t dris

Sulfit anhidridi (kükürd 2-oksid) SO2.
Sulfit anhidridi (kükürd 2-oksid) SO2 xarakterik kəskin iyli və şirintəhər dadlı, rəngsiz qazdır. Sənayedə sulfat turşusu və natrium sulfat hazırlamaq üçün xammal kimi, yunun, ipəyin, qarğıdalı ununun, əncirin, şəkərin ağardılması üçün, meyvə və giləmeyvələrin konservləşdirilməsində, soyuducu maddə kimi və dezinfeksiya məqsədi ilə istifadə olunur.
Fiziki-kimyəvi xassələri. Sulfit anhidridi otaq temperaturunda 4-5 atmosfer təzyiq altında rəngsiz maye halına keçir. Qaynama temperaturu 10,10C, sıxlığı qaz halında 2,93 q/l-dır, suda, spirtdə, sirkədə, sulfat turşusunda və efirdə həll olunur. Nəm sulfit anhidridi adi temperaturda H2S (hidrogen sulfid) ilə reaksiyaya girərək tamamilə quru, reaksiyalara qoşulmayan kükürd əmələ gətirir. Açıq havada tüstülənir. Təzyiq altında mayeləşdirilmiş halda sisternlərdə daşınır.
Zəhərləyici xassələri. Sulfit anhidritinin təsirinin ümumi xarakteri, yuxarı nəfəs yollarını qıcıqlandırıb bronxlarda spazm törətməsindən və tənəffüsün çətinləşdirilməsindən ibarətdir. Dumanlı və yüksək rütubətli havada sulfit anhidridi aerozol halında təsir göstərərkən daha güclü qıcıqlanmalar baş verir və belə hava şəraitində əhalinin kütləvi surətdə zəhərlənməsinə səbəb ola bilər. Bu maddənin havada konsentrasiyasının yol verilən həddi 0,01 mq/l-dir. Sulfit anhidridi iyinin hissedilmə həddi 0,003 mq/l-dir.
Dəriyə və gözlərə təsiri. Əleyhqaz taxmış adam sulfit anhidridin 26 mq/l konsentrasiyası şəraitində dəri səthinin nazik və tərli hissələrində qıcıqlanma və istilik hiss edir. Maye halında belə maddənin təsirindən dəri səthində və gözlərdə yanıq əmələ gəlməsi halları mümkündür. Gözlərdə yanıq baş verməsi bu maddənin surətlə gözlərin buynuzvari qişasının dərinliyinə sorularaq orada sulfat turşusu kimi təsir göstərməsi ilə izah olunur. Xroniki (müntəzəm) təsir nəticəsində çox vaxt dərinin səthində irinli xoralar əmələ gəlir.

Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə