Mövzu kompüterlərin proqram təminatı


Proqramlaşdırma dilləri və sistemləri



Yüklə 41,09 Kb.
səhifə5/5
tarix30.03.2022
ölçüsü41,09 Kb.
#84885
1   2   3   4   5
MÖVZU 1

Proqramlaşdırma dilləri və sistemləri: bu sistemlər proqram hazırlamağa və proqramı hazırlamaq üçün istifadə etdiyimiz proqramlaşdırma dillərini bizə təqdim edir. Proqram hazırlamaq üçün müəyyən mərhələlər keçmək lazımdır. İlk öncə proqramı yazmaq üçün proqramlaşdırma dili seçmək lazımdır. İnsan dilində yazılmış proqram ilkin proqram adlanır. Ancaq kompyuter insan dilini yox rəqəmsal dili başa düşdüyünə görə biz ilkin proqramı maşın dilinə çevirməliyik. Bunun üçün bizə Translyator adlanan proqram köməyimizə çatır. Translyator insan dilində yazılmış proqramı maşın (kompyuter) dilinə çevirir. Translyatorun iki növü vardır: İnterpretatorKompilyator. Maşın dilinə çevirilmiş proqram işçi proqram adlanır və setup.exe adlı faylla birlikdə bizim işlətməyimiz üçün hazır vəziyyətə gəlir.

İnterpretator: insan dilində olan kodları maşın dilinə bir-bir çevirir. Bu da çevrilmənin ləng getməsinə gətirib çıxarır. İnterpretator istənilən operatordan başlayaq emal etməyə imkan verir.

Kompilyator: ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Əgər proqramda hər hansı səhvliklər olarsa istifadəçiyə xəbər verir.

Proqramlaşdırma dilləri proqramları, iki yerə ayrılır:



Maşınyönlü(aşağı səviyyəli dillər) -- Assembler və Avtokod aiddir

Yuxarı səviyyəli dillər -- C++, C#, Ptyhon, C, Fortran, Alqol, Lisp, Simula, Scala, Ruby, Paskal, F#, Visual Basic, Prolog, Java, Cobol və.s aiddir.



Saytlar yaratmaq üçün isə Web-Proqramlaşdırma dillərindən istifadə edilir. Web-Proqramlaşdırma proqramları: HTML, JvaScript, PHP, ASP.NET, CSS.

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti: əsasən yazılmış ilkin proqramın mətnində redaktə işləri aparmaq, proqramın icra olunması üçün nəzərdə tutulmuş proqramlar toplusudur. Delphi, Dev C++, Rad Studio, Visual Studio, Turbo Pascal, Pascal ABC və.s.

Proqram komplekslər: İnformasiya sistemləri yaradılan zaman istifadə edilən proqramlardır. Mürəkkəb informasiya sistemlərinin yaradılmasında CASE Texnologiyasından istifadə edilir.
Yüklə 41,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə