Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Oxununu düzgünlüyünə verilən tələblər



Yüklə 302,66 Kb.
səhifə28/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   24   25   26   27   28   29   30   31   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

3. Oxununu düzgünlüyünə verilən tələblər.
Oxunun düzgünlüyü mətnin məzmununun şüurlu oxunmasına xidmət edən bir vasitədir.
İbtidai siniflərdə oxunun düzgünlüyü ən vacib sayılır və bunun üçün aşağıdakı tələblər irəli sürülür.

  1. Sözlərin aydın, səlis tələffüzü – sözü təhrif etmədən, heca və səs buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözün sonunu «yemədən» oxumaq;

  2. Sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək;

  3. Ədəbi tələffüz qaydalarını gözləmək;

  4. Rabitəli mətnləri cümlələrlə oxumaq, yalnız cümlələrin sonunda fasilə etmək;

  5. Durğu işarələrinin tələblərinə əməl etmək;

  6. Sözün qrammatik formasını digəri ilə (cəmi təklə, indiki zamanı keçmişlə və s.) bir sözü başqası ilə əvəz etməmək;

  7. Cümlədə sözburaxmamaq və əlavə etməmək;

  8. Cümlədə sözləri, mətndə cümlələri təkrarlamamaq;

  9. Kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq defektlərinə yol verməmək.

Yalnız yuxarıdakı qaydaları gözlədikdə oxu düzgün və normal hesab edilə bilər.
Oxu zamanı müəllim şagirdlərin sözləri yazıldığı kimi – kitab tələffüzü üzrə oxumalarına yol verməməli, şagirdlərə öyrətməlidir ki, dilimizdəki sözlərin bir qismi yazıldığı kimi oxunsa da, digər qismi yazılışından fərqli tələffüz edilir (ailə – ayilə və s.).
Oxu dərsində nitqi nöqsanlı şagirdlər daim müəllimin diqqət mərkəzində olmalı, yoldaşlarının belə uşaqlara kirayə ilə baxmalarına yol verilməməlidir.
Aşağı siniflərdən oxunun düzgünlüyü tez-tez pozulur. Bəzən yaxşı oxuya bilən şagirdlər yorulduqda, diqqəti mətn üzərinə toplaya bilmədiklərindən səhvlərə yol verirlər. Buna səbəb oxunan sözlərin obrazlarının düzgün qavranmamasıdır. Belə hallarda şagird ya həmin sözün daxil olduğu cümlənin mənasına əsaslanır, ya da onu mətndən, cümlədən kənarda dərk edir. Yenicə oxumağı öyrənən uşaq üçün məhz ikinci hal xarakterikdir. O, uzlaşma və idarə əlaqələrini gözləyə bilmədiyindən bütün gücünü hər sözü oxumağa və onun mənasını anlamağa yönəldir, onun cümlədəki digər sözlərlə əlaqəsini isə izləyə bilmir. Bəzən şagird sözdəki hecaların və ya hərflərin sayını azltmaqla oxu prosesini “asnlaşdırır”, gəlirdi sözünü gəldi, yazilir sözünü yazır, yığdılar sözünü yığdı şəklində oxuyur. Bəzən görmə yaddaşı uşağı aldadır. O, sözü səslənməsinə görə oxşar sözlə əvəz edir: “Biz möhtəşəm binaya yaxınlaşdıq” cümləsini “Biz möhkəm binaya yaxınlaşdıq” şəklində, “Uşaqlar tarlaya yollandılar” cümləsini “Uşaqlar talaya yollandılar ” şəklində, “Onlar talada çiyələk yığdılar” cümləsini “Onlar talada çiçək yığdılar” şəklində oxuyur. Bəzən isə daha sərbəst əvəzetmə halları olur. Şagird fərəh sözünü fəhlə, kibrit sözünü kirpi, fırtınalı sözünü fırtlatdı şəklində oxuyur.
Şagirdlər yuxarı siniflərdə də hecalarla oxuya qaçırlar. Bəzi hallarda müəllim sözləri hecalarla oxumağa təhrik etməlidir ki, uşaq gümana görə, uyduraraq oxumasın. Belə uşaqlarla müntəzəm təmrinlər aparılmalı,onların hecaları və sözləri təkrar oxumalarının qarşısı alınmalıdır.Oxunun düzgünlüyünü təmin edən birinci şərt cətinlik dərəcəsi tədricən artan mətinlərin oxunmasıdır.I sinifdə əlifbadan oxuya keçid dövründə bu,xüsusi əhəmiyyətə malikdir.İkinci şərt oxu üzrə məşqin müntəzəm,hər gün aparılmalıdır.Şagirdlərdə düzgün oxu vərdişlərinin yaranmasının əsas priyomlarından biri oxunun surətinin tənzim edilməsidir.Şagirdlərin bu və ya digər sözlərdə çətinlik çəkdikləri hallarda sözlərin heca,hətta səs təhlilini son dərəcə vacibdir.Əgər I sinifdə bu da kömək etməzsə,həmin sözləri yazı taxtasında hecalarla yazmaq və ya kəsmə əlifba ilə düzmək lazımdır.Bəzən mətndəki çətin sözlərin əvvəlcədən yazı taxtasınayazılıb təhlil edilməsi uşaqları düzgün oxuya hazırlayır və sinif oxusunun normal getməsini təmin edir.Çətin sözlərin xorla,hecalarla oxunması sonralar onların düzgün və bütöv sözlərlə oxunmasına şərait yaradır, şagirdlərdə oxu tematikasına yiyələnmək cəhdinigücləndirir.Şagird oxunan mətnin məzmununu bilməklə təkrar oxu zamanı onda “oxu sahəsi”yaranır.Belə ki,o, hər sözü öz nəzərləri ilə izləyir,oxuduğunun arxasınca gələn sozü oxumağa hazırlaşır.Nəticədə rəvan oxu vərdişi inkişaf edir,lakin eyni mətnin təkrarən oxunması şagirdlərin marağını aşağı sala bilər.Ona görə də təkrar oxu zamanı hər dəfə yeni tapşırıq verilməlidir.Bu ,oxu prosesinin canlı və maraqlı getməsini təmin edir.Oxunun düzgünlüyünə xidmət edən vasitələrdən biri də çətin ifadələrin ,yanıltmacların oxunmasıdır. Yanıltmaclar nitq aparatını qaydaya salır.Onları oxuyarkən şagird tələffüz aydınlığına nail olmaq üçün bu və ya digər orqanların hərəkətsizliyinə qalib gəlir.Yanıltmaclar fərdi və ya xorla ,əvvəlcə yavaş-yavaş ,sonra sürətlə oxunmalıdır.Oxunun düzgünlüyünə nail olmaq üçün şagirdlərin oxusuna müəllim tərəfindən müntəzəm nəzarət olunmalıdir.Müəllim hər bir şagirdin buraxdığı səhvin xarakterini nəzərə almaqla dərhal düzəliş verməlidir.Əgər bir halda təkrar oxumaq kifayətdirsə,digər halda cümlə içərisində sözün hansı mənada işlənməsi xəbər alınmalı,üçüncü halda nümunə verilməlidir.Oxunun düzgünlüyünə nəzarət uşaqların özlərini də cəlb etmək lazımdır.Hər bir şagirddə gözüitilik tərbiyə olunmalı,öz oxusuna nəzarət etmək və yoldaşlarının nöqsanlarına düzəliş vermək bacarığı yaradılmalıdır.Bu proses yalnız müəllimin rəhbərliyi altında getməlidir.Müəllim sual qoyur:”Yoldaşınız nəyi düzgün oxumadı?”.Şagirdlər nöqsanı qeyd edir və hamı eyni qənaətə gələndən sonra düzəliş verilir.Belə düzəliş sinfin diqqətini mətinə yönəldir,uşaqları fəallaşdırır,oxunun məsuliyyətini artırır.
Oxunun düzgünlüyünü artikulyasiyanın dəqiqliyindən də asılıdır. Savad təlimi dövründə bu sahədə başlanan iş sonradan fonetikanın tədrisi prosesində daha da genişlənir,sözlərin ədəbi tələffüz normalarına müvafiq tələffüz olunmasına diqqət artır.Müəllim oxu prosesində şagirdlərin sözləri yazdığı kimi ,orfoqrafik tərkibinə görə oxumalarına yol verməməlidir.Şagirdlər bilməlidir ki, bir çox hallarda orfoqrafiya ədəbi tələffüzə və heç bir yerli şivəyə uyğun gəlmir.Ona görə də bir tərəfdən orfoqrafik tələffüzə ,digər tətəfdən yerli şivə tələffüzünə qarşı mübarizə aparılmalıdır,lakin şagirdlərin canlı dilinə ,yerli şivə xüsusiyyətlərinə kinayə ilə yanaşmaq olmaz.
Oxu prosesinin düzgünlüyünün pozulması bəzən nitq orqanının nöqsanlılığından irəli gələn fiziki defektlərlə bağlı olur.
Z, S, Ş səslərini düzgün tələffüz edə bilməmək (onları fısıltı , fışıltı ilə tələffüs edmək): zal, zər əvəzinə sal, sər; şal,şən əvəzinə sal, sən tələffüz etmək və s.
R səsini düzgün tələffüz etməmək; şar, nar, keçər, rahat, qatar, şəhər əvəzinə şal, nal, keçəl, keçəl, lahat, qatal, səhəl; bir armud əvəzinə biy aymud və s.
Bundan əlavə, digər hallara da rast gəlmək mümkündür:
Söz əvvəlində Y əvəzinə L samitinin işlənməsi (yumaq-lumaq, yemiş-lemiş);
Söz daxilində L əvəzinə Y samitinin işlənməsi(alma-ayma, qulaq-quyaq, dələ-dəyə);
Sözün əvvəlində G əvəzinə D samitinin işlənməsi(gəldi-dəldi, gözəl-dözəl, geyim-deyim);
Sözün əvvəlində K əvəzinə T samitinin işlənməsi(kitab-titab, kələm-tələm);
Sözün əvvəlində Q əvəzinə D samitinin işlənməsi(qala-dala, qaya-daya, qoy-doy və s.)
Belə səhvlərin qarşısını almaq üçün tərkibində həmin hərflərin çox işləndiyi hecalar və sözlərin oxunmasındanibarət loqopedik çalışmalar vermək lazımdır.
Ra ar rar ara arar arı
Ro or ror oro oror ora
Ru ur rur uru urur ura
Rə ər rər ərə ərər dərə
Re er rer ere erer yere
Nitqi bu cəhətdən nöqsanlı şagirdlər müəllimin daimi nəzarəti altında olmalıdır. Onlara fərdi yanaşmaq, məktəbdə loqopedik müraciətinə kömək etmək və müstəqil işləmələrinə istiqamət vermək lazımdır.
Oxunun keyfiyyəti şagirdlərin oxu vərdişlərinə necə yiyələnməsi və bu vərdişlərin inkişafından asılıdır. Həm səsli, həm də səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir: 1) düzgünlük; 2) şüurluluq; 3) optimal sürətlilik 4) ifadəlilik.
Oxunun keyfiyyətləri bir-biri ilə sıx əlaqədardır, lakin ən əsası şüurluluqdur. Oxu vərdişləri arasındakı bu qanunauyğunluq oxunun bütün tələblərini təmin edir. Yəni oxunun sürətliliyi onun şüurluluğu ilə tənzim olunur, oxunun düzgünlüyü mətnin məzmununun şüurlu mənimsənilməsinə xidmət edir. Nəhayət, düzgünlük, şüurluluq və sürətlilik ifadəli oxu üçün əsas hesab olunur. İfadəlilik üzrə iş məzmunun dərindən – emosional qavranılmasını təmin edir, şagirdin nitqini gözəlləşdirir.
Oxunun ifadəliliyini təmin etmək üçün intonasiya, məntiqi vurğu, fasilə və oxunun sürəti kimi mühüm vasitələrdən istifadə olunmalıdır.
Oxu vərdişlərinin inkişafını təmin edən bu vasitələrə təkcə oxu zamanı deyil, həm də məzmunun söylənilməsi, əzbər deyilmə və danışıqda riayət olunmalıdır.
Oxunun düzgünlüyü ibtidai siniflrədə ən vacib sayılır və bunun üçün aşağıdakı tələblər irəli sürülür:

  1. sözü təhrif etmədən, heca və səsləri barıxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözün axırını «yemədən» oxumaq;

  2. sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək;

  3. ədəbi təfəkkür qaydalarını gözləmək;

  4. rabitəli mətnləri cümlələrlə oxumaq, yalnız cümlələrin sonunda fasilə etmək;

  5. durğu işarəsinin tələblərinə əməl etmək;

  6. sözün qrammatik formasını digəri ilə cəmi təklə, indiki zamanı keçmişlə və s. Bir sözü başqası ilə əvəz etməmək;

  7. cümlədə söz buraxmamaq və əlavə etməmək və s.



Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə