Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə36/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   32   33   34   35   36   37   38   39   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

Hekayələrin oxunması
Bədii əsərlərin bu janrında hadisə müəyyən xətt üzrə, ardıcıllıqla inkişaf edir, hadisənin gedişi canlı dillə söylənilir. Belə hadisələri şagirdlər asanlıqla izləyir və yadda saxlayırlar.Hekayədə hadisə müəyyən xətt üzrə inkişaf edir və onun gedişi canlı dillə təsvir olunur.Belə hadisələri şagirdlər asanlıqla izləyə və yadda saxlaya bilirlər. Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hadisənin baş verdiyi şəraiti, qəhərmanları aydın təsəvvür etsinlər. Şagirdlər hadisədə iştirak edən şəxslərin, xüsusilə qəhrəmanların xarakterik əlamətlərini, xarici görüşünü müəyyənləşdirməyə çalışırlar. IV sinifdə M. Qorkinin “Arxip baba və Lyonka” hekayəsindən şagirdlər aşağıdakı parçanı oxuyarkən Lyonkanın görünüşü ilə tanış olurlar: “Lyonka mürgüləyir. Arxip baba isə ürəyi ağrıdığından yata bilmirdi. Onların günəşdən qaralmış üzlərinin rəngi əyinlərindəki köhnə, cındır paltarın rəngindən seçilmirdi.
Lyonka arıq və balaca idi. Onun babası çay dalğalarının qırağa atdığı qurumuş ağaca, özü isə həmin ağacın qırılmış bir budağına bənzəyirdi.....”
Lyonkanın xarici görünüşü haqqındakı bu sözlər onun xarakterini açmaqda şagirdlərə kömək göstərir. Ola bilər ki, şagirdlər hekayədən Lyonkanın psixologiyasını, daxili aləmini əks etdirən söz və ifadələri seçsinlər. Hekayəyə əsasən Lyonkanı təxminən aşağıdakı şəkildə səciyyələndirmək mümkündür.: babasını çox sevir, onun öləcəyi yadına düşəndə ağlayır: babsı ölsə, avara gəzməməyi, çayçı dükanında və ya başqa yerdə iş tapıb işləməyi qərara alır; sədəqə yığmaq istəmir, babsınıda bu işdən çəkindirmək istəyir; diqqətli və nəzakətlidir, rəhimli və xeyirxahdır, yaylığını itirmiş qıza kömək etmək istəyir; oğurluğu alçaqlıq hesab edir; babasını oğurluüq üstə danlayır; babasını təhqir etdiyi üçün üzr istəyir və s.
Müəllim hekayədən qəhrəmana aid sifətləri seçib bildirən sözləri seçməyi, ona sadə xasiyyətnamə tərtib etməyi öyrətməlidir. I-II siniflərdə xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır: məsələn, X. Hasilovanın “Buyurun əyləşin” hekayəsi oxunarkən şagirdlər Nazimin xasiyyətnaməsinə bu sözləri daxil edirlər: dözümlüdür, diqqətlidir, rəhimlidir, nəzakətlidir və s. II sinifdən etibarən şagirdlər bəzən iştirak edən sürətlərə xasiyyətnamə yazmağı, onları tutuşdurmağı öyrənirlər: məsələn, II sinifdə “Acı su” hekayəsi oxunarkən Vaqif və Ramiz surətləri tutuşdurulur. Şagirdlər bildirirlər ki, Ramiz laqeyd, diqqətsiz, yaşlılara hörmət etmək istəməyən, lakin öz təqsiri başa düşən və ona görə xəcalət çəkəndir. Vaqif isə diqqətlidir, yoldaşına nümunə olmağa və onu yaxşı yola dəvət etməyə çalışandır və s. III-IV siniflərdə bu sahədə iş bir qədər də mürəkkəbləşir. Şagirdlər iştirak edənləri müqayisə etmək, qəhrəmanların hərəkətlərini qiymətləndirməklə yanaşı, onlara münasibət bildirməyə, həm də bunun səbəbini izah etməyə çalışırlar. Bir çox hallarda hekayədəki dialoqa qəhrəmana xasiyyətnamənin verilməsi vasitəsi kimi baxmaq lazımdır.
Hekayənin oxunması düzgün oxu texnikasının inkişafı baxımından da faydalıdır.
Hekayənin məzmunundan, həcmindən və şagirdlərin yaşından asıyı olaraq onun öyrənilməsinə həsr olunmuş məşğələlər müxtəlif cür qurulur. Dərsin sxemi belə ola bilər.

  1. Müəllimin giriş müsahibəsi, motivasiya

  2. Tədqiqat probleminin qoyulması

  3. Hekayənin müəllim (və ya yaxşı oxuyan şagird) tərəfindən bütöv, ucadan, ifadəli oxunması

  4. Hekayənin şagirdlər tərəfindən hissə-hissə ucadan oxunması və təhlili (lüğər işi və bu zaman aparılır), planın tərtibi, səhnələşdirilməsi

  5. Hekayənin şagirdlər tərəfindən bütöv oxunması

  6. Hekayənin məzmununun nəql edilməsi

  7. Qiymətləndirmə

  8. Dərsə yekun vurulması və evə tapşırıq.

Hekayələrin oxunması düzgün oxu texnikasının inkişafı baxımından faydalıdır. Bu məqsədlə aşağı siniflərdə buna daha çox yer verilir. Dərin emosional hadisələri I-II sinif şagirdləri müəllimin ifadəli oxusu əsasında yaxşı qavrayırlar.
Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hekayədə baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər, xarici görünüşü və xarakterini öyrənsinlər. Adətən, ilk növbədə hekayənin süjeti, hadisənin inkişafı təhlil olunur. Getdikcə şagirdlər qəhrəmanları xarakterizə etməyi, onları tutuşdurmağı, hadisələrdən düzgün nəticə çıxarmağı da öyrənirlər.
III-IV siniflrədə iş genişləndirilir, şagirdlər qəhrəmanların hərəkətini qiymətləndirir, onlara münasibət bildirirlər.
Hekayə hissə-hissə oxunur, hər hissə ayrılıqda təhlil edilir, plan qurulur və s. Belə iş mövzunun şüurlu mənimsənilməsinə kömək edir.
Hekayənin həcmi, məzmunu və şagirdlərin yaşından asılı olaraq müəllim bu işə diqqətlə yanaşmalı, tədrisin maraqlı və səmərəli keçməsinə nail olmalıdır.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə