Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


MÖVZU: 7 MÜXTƏLİF JANRLARDA OLAN BƏDİİ ƏSƏRLƏR ÜZƏRİNDƏ OXUNUN METODİKASI. ELMİ-KÜTLƏVİ MƏTİNLƏR.OXU ÜZƏRİNDƏ İŞİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 302,66 Kb.
səhifə35/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   31   32   33   34   35   36   37   38   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

MÖVZU: 7
MÜXTƏLİF JANRLARDA OLAN BƏDİİ ƏSƏRLƏR ÜZƏRİNDƏ OXUNUN METODİKASI. ELMİ-KÜTLƏVİ MƏTİNLƏR.OXU ÜZƏRİNDƏ İŞİN XÜSUSİYYƏTLƏRİ

PLAN
Müxtəlif janrlardan olan bədii əsərlər üzrə oxunun metodikası
a) şeirlərin oxunması
b) hekayələrin oxunması
c) nağılların oxunması
d) təmsillərin oxunması
e) Elmi-kütləvi mətnlərin oxunması üzrə iş

ƏDƏBİYYAT SİYAHISI
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
3.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010)
4.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
5.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
6.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün

Bədii əsərlər janr etibarilə müxtəlifdir.Hər bir ədəbi janrın öz qurluşu,üslubi priyomları olduğundan onların şagirdlərə təsiri də fərqlidir. Müxtəlif növ əsərlərin düzgün oxusunu təşkil etmək üçün onların özünəməxsus xüsusiyyətlərini bilmək,müvafiq mütod və priyomlardan istifadə etmək son dərəcə vacibdir.Hekayə, nağıl, şeir, təmsil, tapmaca və atalar sözlərindən ibarət olan bədii materiallar ilk növbədə tərbiyəvi vəzifələrin həyata keçirilməsinə xidmət edir. Bədii əsərlərin oxusunu səmərəli təşkil etmək üçün müəllim onun metodikasını yaxşı öyrənməlidir. O, bədii əsərlərin oxusu prosesində şagirdlərdə ifadəli oxumaq, oxuduğunu obrazlı surətdə danışmaq bacarığı aşılamalı, onlara bədii əsərlərin növlərini fərqləndirməyi də öyrətməlidir.


Bədii ədəbiyyat söz sənətidir. Bədii əsər varlığı obrazlı surətdə əks etdirir, həyatın bütün rəngarəngliyini, zənginliyini açır. Ona görə də, bədii əsəri təkcə oxumaq kifayət deyil, onu duymaq, dərk etmək zəruridir.
İbtidai siniflərdə bədii əsərlərin oxusu ümumidən xüsusiyə – deduktiv yolla gedir. Burada əvvəlcə əsərin məzmunu bütöv qavranılmalı, sonra mətnin bitmiş hissələri üzrə iş aparılmalıdır.
Bədii əsərlər janr etibarilə bir-birindən seçilir. Hər bir ədəbi janrın öz quruluşu, üslubi priyomları olduğundan onların təsiri də fərqlənir. Ona görə də, müəllimin seçdiyi priyomlar müxtəlif olmalıdır.
Şeirlərin oxunması
Şagirdlərin hafizəsini gücləndirmək, nitqini inkişaf etdirmək, estetik zövqünü tərbiyə etmək baxımından şeirlər çox böyük əhəmiyyətə malikdir. Yaxşı şeir uşağın mənəvi aləmini zənginləşdirir, doğma dilin gözəlliklərinə həssaslıq tərbiyə edir. Şeirin tədrisində müəllim ifadəli oxu nümunəsi verməlidir. O, öz nümunəsi ilə fasiləni, surəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə uşaqları dəvət etməlidir. Şagirdlərə şeirin məzmununa uyğun şəkil çəkmək öyrətmək də lazımdır. İbtidai siniflərdə həm epik, həm də lirik şeirlər keçilir.Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Ucadan ifadəli oxu prosesində şeirin ölçüləri(heca,vəzn,ritm və s.)daha aydın,dəqiq qavranılır.Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı.Müəllim öz nümunəsi ilə şagirdləri özü kimi oxumağa deyil,oxu prosesində fasiləni,surəti,məntiqi vurğunu,intonasiyanı,ədəbi tələffüzü və s. gözləməyə dəvət etməlidir.Bunun üçün isə müəllim özü şeiri ifadəli oxumağa ciddi hazırlaşmalı,onun əasas ideyasını,tonunu ,surətini,ritmini müəyyənləşdirməli və məşq etməlidir.Şagirdlərdə bu cəhətlərə şüurlu münasibət yaranarsa,onlar düzgün oxumağa alışarlar.Məhz bu siniflərdə bəzən şagirdlər müəllimdən daha ifadəli oxuyurlar.I sinifdə şeirin məzmununa uyğun sözlə “şəkil çəkmək” xorla oxumaq,həmçinin şeiri bənd-bənd paylayıb,oxutmaqdan da istifadə etmək mümkündür.Şeirlərin epik və ya lirik xarakter daşıması ,şagirdlərin nə dərəcədə düşündürməsi nəzərə alınmalıdır.Epik şeirlərdə müəyyən əşya,təbiətin bir guşəsi,həyat hadisələri,təhkiyə yolu ilə verildiyindən onlar üzərində iş bir növ hekayə üzərində işi xatırladır.Bununla belə,şeirlər sintaktik quruluşuna görə hekayələrdən fərqləndiyindən onlarda obrazlı,lakoniklik daha üstün olduğundan oxunmasına və təhlilinə xüsusi diqqətlə yanaşmaq lazımdır. II sinifdə “Mənim babam”,III sinifdə Qabilin “Birinci qar”,IV sinifdə Ə.Kərimin “Dənizdə şəhər”və s. oxunması bunu tələb edir.Ə.Kərimin “Dənizdə şəhər ”şeirinin çox gərgin drammatik süjeti var.Müəllim şeirin ideya məzmunu ilə əlaqədar müsahibə aparır.Dəniz nefçilərinin ,ümumiyyətlə,fədakar əmək adamlarının qəhrəmanlığı haqqında nələri bildiklərini xəbər alır.Müsahibəni yekunlaşdırırkən müəllim şagirdlərin briqadanın qorxmazlığını,mətinliyi haqqında gözəl misallar gətirdiklərini və həqiqitən Xəzər dənizində baş vermiş bir hadisə haqqında şeir oxuyacağını söyləyir.
Müəllim şeiri sakit tonda və aramla oxuyur.Uşaqla ata arasında sakit tonda başlanan söhbət oxucuda atanın öz iş yerini təsvir edəcəyini və orada görülən işlərdən məlumat verəcəyi təsəvvürünü yaradır.Birdən atanın söhbəti qarşıya çıxan çətinliklərə yönəlir.O,dənizinçırpıntısından söz açır:
Hirslənib səhərəcən
Yatmırsa da göy dəniz,
İşdən gəlib yatırıq,
Dənizin üstündə biz.
Daha sonra o soyuq bir qış gecəsində dənizin dalğalanmasından,Qafqaz dağı kimi qalxıb,guruldamasından,bəzi estakadaların dağılıb sökülməsindən danışır.Biriqada üzvlərinin çox uzaq bir mədəndə qaldığını,başlarının üstünü suaların aldığını,ustanın isə ucadan “Qorxmayın!Qorxmayın!” deye qışqırdığını bildirir. Mədəndə işıq sönür,dəniz bu altı fəhləni udmaq istəyir,birdən usta qışqırdı”Köməyə dostlar gəlir!”Fəhlələr deyirlər:
Ey!Bura gəlin,bura !
Hara dönürsünüz,hara?
Qayıq gəlir irəli.
Tez-tez alıb başına
Qaldırır onu dalğa.
Nəhayət,fəhlələr dalğaların üstündən qayığa atılırlar.Qayıq onları xilas edir.
Müəllim hər bir bənddən sonra şagirdlərin diqqətini hadisənin mahiyyətini açan sözlərə yönəldir:”Qoçaq adamlar”,”Neyləyək, dalğalar çox biz altı”,”usta, qorxmayın,-dedi”,”insan qorxmasın gərək”,”inadkar adamlar”,”boz sular”və s.
Şeir oxunub qurtardıqdan sonra uşaqlar atanın hekayətini danışmazdan əvvəl dediyini aşağıdakı sözlərin mənasını anlayırlar:
Mənim mehriban oğlum,
Getsən əgər ora sən,
Neçə canlar sənə,
Neçə nağıl görərsən.
Şeirin kompazisiyası,dili,müraciət forması,feillər,nidalar şagirdlərə qəhrəmanların xarakteri haqqında fikir oyadır,qorxmazlıq,dözümlülük tərbiyə edir.Şagirdlər belə epik əsərlərin məzmununu öz sözləri ilə nəql edə,onlara dair şəkil çəkə, illüstrasiyalar hazırlaya bilərlər.
Epik əsərlərdə lirika nümunələrinə də rast gəlmək olur.Lirik şeirlərdən əşya,mənzərə,hadisə insan deyil,onlara münasibət onlar haqqında poetik təəssürat,hiss və həyəcan verilir.
Lirik şeirlərin mənzərə, psixoloji hallar və mühakimə ilə əlaqədar olduğunu nəzərə alaraq müəllim bu işə ciddi yanaşmalıdır. Onlarda hansı hissləri tərbiyə edəcəyini düşünməlidir. Məsələn, İ.Səfərlinin «Ana» şeirində övladların anaya dərin məhəbbət və qayğısı öz əksini tapır:

  1. Əzizana, canana! Gözəl, mehribanana!

Böyütdükcəbizisən, dəndüşürsaçlarına.
Burada uşaq anasının saçlarının ağarmasına sevinmir, əksinə kədərləndiyini bildirir.
A.Səhhətin «Quşlar» şeirində quşlara məhəbbətlə bağlı güclü hisslər verilmişdir. Ümumiyyətlə, şeirlərin tədrisi şagirdlərdə emosional hisslər oyadır.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə