Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


İfadəli oxuya verilən tələblər



Yüklə 302,66 Kb.
səhifə30/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   26   27   28   29   30   31   32   33   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

İfadəli oxuya verilən tələblər
Oxunun ifadəliliyi ana dili tədrisinə verilən ən mühüm tələblərdən biridir. Oxunun ifadəliliyi əsərin ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı, nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir, nəhayət, düzgünlük, şüurluluq və sürətlilik ifadəli oxu üçün əsas hesab olunur.
İfadəlilik üzrə iş məzmunun emosional qavranılmasını, yaxşı anlaşılmasını təmin edir, şagirdin özünün də nitqini gözəlləşdirir.
İfadəli oxu üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:

  1. Danışdığın kimi oxu

  2. Sadə və təbii oxu

  3. Durğu işarələrinin tələbini gözlə

  4. Sözləri aydın və düzgün tələffüz et

  5. Ayrı-ayrı adamların sözlərini oxuyarkən hər şəxsin xarakterinə görə səsini dəyiş.

  6. Oxuduğun mətnin məzmununa uyğun olaraq səsini ölç, lazım olan yerdə onu qüvvətləndirib zəiflətməyi bacar.

  7. Qrammatik məntiqi və emosional vurğunu gözlə

  8. Oxu zamanı nəfəsini idarə etməyi bacar və s.



İfadəli qiraəti təmin edən qrammatik fasilənin gözlənilməsi
Qrammatik fasilə etdikdə durğu işarələri ilə bağlı olan fasilə nəzərdə tutulur. Şagird oxuduğu mətndə durğu işarələrinə fikir verməklə fasilənin yerini müəyyənləşdirir və ona riayə tedir. Hər bir dürğu işarəsi olan yerdə səs müəyyən qədər dəyişir.
Nöqtə fikrin bitdiyini bildirir, səsin aşağı düşməsini tələb edir.
Nöqtəli vergül fikrin müəyyən qədər bitdiyini bildirir, səs nöqtəyə nisbətən bir qədər azaşağı düşür.
Qoşa nöqtə fikrin bitmədiyini göstərir, yəni hələ də nə isə aydınlaşdırılacaq, dəqiqləşdiriləcəkdir.
Vergül fikrin bitmədiyini göstərir, səsin artırılmasını tələb edir.
Tire fikrin sözləi fadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir.
Sual və nida işarələri adamın niyyətini emosional boyalarla verilməsinə xidmət edir.
Şagirdlər yalnız III-IV siniflərdə durğu işarələrinə düzgün riayət edə bilirlər. Lakin bu isə I sinifdən başlanılmalıdır.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə